Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Tədqiqatçı alim Rəzi əd-Din Əli ibn Musaya (Seyid ibn Tavus) görə hüzuri-qəlb

Əgər sən həyatın bütün mərhələlərində, bütün hərəkətlərində, sakitliklərində diqqətini Allaha yönəldirsənsə, Onun “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat”, 56) buyuruğundan xəbərdarsansa, onu anlayırsansa, daim özünü onun əmrlərinə tabe etməyə hazır olursan

və nəticədə Allahın namaz əmrini, öz dərgahında tam hazır olma göstərişini həyata keçirirsən. O, zat etibarı ilə ibadətə layiq olduğu üçün Ona ibadət edir, tapınırsan. Amma, əksinə, hərəkətlərində, sakitliklərində daim Allahdan qafil olsan, Onu xatırlamaqdan yayınsan, daim özünü dünya və nəfsani ehtirasların ağuşuna atsan, dünya fikrində olsan, labüd namaza dayanarkən böyük çətinliklə, əzab-əziyyətlə, öz ağıl bağlarınla, Allahdan yayınmış könlünü geri döndərməli, mövlanın qarşısında dayanmağa vadar etməli və ona xatırlatmalı olursan ki, Allah səni görüşə dəvət etmişdir. Daim onun hüzurundasan və O, səni görür. Həmçinin öz ağıl və qəlbinlə Allaha sitayişə layiq olduğu üçün ibadət etmək istədiyini qarşına məqsəd qoyursan. Onunla minacat anında gerçək abidlər kimi hazır olur və ibadətini həyata keçirirsən.

Yaxşıdır ki, “Allahu əkbər” dedikdə, Allahla danışmağa, söhbət etməyə başladıqda bu sözün mənasını dərk etməyə, başa düşməyə çalışasan. Biləsən ki, sadəcə qafil halda tələffüz edərək, vərdiş olaraq yox, gerçək ibadətlə məşğulsan. Bunu sədaqətlə deməyə çalışasan.

Təkbir (“Allahu əkbər”) deyərkən Allaha ibadətdə olmağın mənası budur ki, Allah sənin ürəyində, ağıl gözündə öz zatı (substansiyası), kamil sifətləri (atributları) ilə bağlı sənə bəxş etdiyi idrak səviyyəsində böyük və əzəmətli olsun. Nəticədə sənin Allahın əzəmətinə olan etiqadında, “Allahu əkbər” deməkdə məqsədin yalnız Uca Tanrıya ibadət etmək olsun. Buna görə ki, O, ibadətə layiq, sitayişə dəyərdir.

Təkbir (“Allahu əkbər”) deyərkən sədaqətli olmağın mənası budur ki, əməlin sözünlə bir olsun, üst-üstə düşsün. Belə ki, təkbir (“Allahu əkbər”) dedikdə batinin zahirinlə səsləşsin. Yəni qəlbində, ağılında, nəfsində, niyyətində Allahdan daha böyük, daha əzəmətli bir varlıq olmasın. Sənin üçün heç bir şey ondan daha əziz, sevimli olmasın. Heç bir şey o halda səni özünə məşğul etməsin və onu hüzuri-qəlblə yerinə yetirəsən.

Allah-taala Quranda başqasını ondan üstün tutanlar haqqında açıqca buyurur: (Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (“Tövbə”, 24)

Buna görə də demək olar ki, nə zaman Allahdan qeyrisinin məhəbbətinin, sevgisinin sənin ağlına, qəlbinə, nəfsinə yer etdiyini, yol tapdığını görürsənsə, bil ki, sən Allah tərəfindən hədələnmişsən. Bəlkə də o insanlardansan ki, Allah onlara qəzəb edib, acığı tutub və həmin günahına görə Allah səni hidayət etməmiş, “fasiq”lərdən (günahkarlardan) hesab etmişdir.

İndi isə deyirəm: Rəvayətlərdə (hədislərdə) də həmin məsələ Quranda deyildiyindən daha ətraflı şəkildə yer almışdır. Belə ki, Hüseyn ibn Seyf deyir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Allah insanın yanında özündən, ata-anasından, övladlarından, qohumlarından, bütün xalqdan daha əziz, sevimli olmayınca, Ona olan imanı xalis ola bilməz”. Bu, hər adam üçün hasil olmayan gerçək imandır. Bu, yalnız Allah elçisini hər şeydən üstün tutanlara nəsib olan imandır. Buna görə də rəvayətlərdə deyilir ki, əziz Peyğəmbərimiz (s) buyurmuşdur:

“Heç bir Allah bəndəsi, mən onun üçün özündən əziz olmayınca, Əhli-beytim (ə) ailəsindən, qohum-əqrəbasından əziz olmayınca, övladların özladlarından əziz olmayınca, mənim vücudum da onun üçün öz vücudundan sevimli olmayınca, iman gətirmir”.

Demək, əgər Allahın elçisi (s) onu başqalarından üstün tutanın imanını gerçək, doğru hesab etmirsə, başqasını Allahdan üstün tutmaqla iman necə hasil ola bilər.

Allahın əzəmətini dərk etmək hüzuri-qəlbin səbəbi kimi

İmam Sadiqin (ə) belə buyurduğu rəvayət olunur: “İmam Əli (ə) namaz qılmağa başlayarkən “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (“Ənam”, 79) dedikdə mübarək çöhrəsinin rəngi dəyişərdi. Belə ki, bu, onun üzündən tam bəlli olardı”.

Həmçinin İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Namaz vaxtı gəlib çatdıqda Əli ibn Hüseynin (ə) bədəni lərzəyə düşürdü. Rəngi saralır və xurma ağacının quru budağı tək əsərdi”.

İmam Zeynül-abidin Hüseyn ibn Əlinin (ə) haqqında da İmam Əlinin (ə) haqqlnda nəql olunanlar rəvayət olunmuşdur. Bu iki böyük insan namaz qılmağa başlayarkən rəngləri saralar, Allah qorxusu onlarda aşkar olardı. Çünki onlar qarşısında dayandıqları padşahın əzəmətini.ş böyüklüyünü dərk edirdilər.

Biz başqa yerdə İslam peyğəmbərinin (s), Əhli-beytin (ə) namazdakı xofu haqqında söhbət açacağıq. Şübhəsiz, sən özün də bilirsən ki, bu sahədə heç zaman onlar kimi ola bilməyəcək, onlar kimi Allaha ibadət edə bilməyəcəksən.

İndi isə deyirəm: Bizim hamımıza vacibdir ki, Allahın zati olaraq layiq olduğu heybətə, hörmətə görə daim ondan qorxub, çəkinək. Lakin qəflət bizi elə bir yerə sürükləmişdir ki, Ondan qorxumuz yoxdur. Hətta ardıcılı olmalı olduğumuz məsum Əhli-beytin (ə) xofunu, Allah qorxusunu da təqlid etmir, Allahdan qorxmuruq.

Həmçinin davamlı olaraq Onun istəklərinə qarşı çıxmağımız, Onun əmrlərini, yasaqlarını, sevgisini, minacatını, Ona yaxınlaşmağı kiçik sanmağımızın təsiri ilə Ondan qorxmamış, namazda hüzuri-qəlbə yiyələnməmişik. Əlbəttə, bu, bizim İlahinin məqamına nisbətdə nə qədər nadan, cahil olmağımızdan əmələ gəlir. Hansı ki, inkarçıların, kafirlərin cahilliyinə yaxındır.

Deməli, bəndə namaza başladıqda “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (“Ənam”, 79) – deyib həzrət Haqqın dərgahında olduğunu bilməyi yaxşıdır.

Təbii ki, “üzümü göyləri və yeri yaradana çevirdim” deməkdə məqsəd yalnız üzümü gözyləri ve yeri yaradan Allaha çevirdim, qibləyə üz tutdum demək deyil. Əksinə, məqsəd öz könlünün, ağlının üzünü başqalarından yayındırmaq, bütün ehtiraslardan, məkruhlardan döndəribYaradana çevirməkdir.

Bəzi ariflərə “Namaza necə də diqqətlisən”, - deyildikdə demişlər: “Üzümün qibləyə doğru olmasına baxmayaraq, könlümün üzü Allahdan çox yayınmış, üz çevirmişdir”. Demək, qəlb tam olaraq Allaha doğru yönəlsə, diqqətini Allaha toplasa, bədən üzvləri də ona tabe olaraq yaradıldıqları şey üçün – yəni həzrət Haqqa ibadət etmək, sitayiş etmək üçün – səfərbər olur, bütün diqqətlərini Ona yönəldirlər. Çünki bədən üzvlərinin qəlblə əlaqəsi əmr edənlə əmrə tabe olan misalındadır. Əgər namaz qılan namaza bu vəziyyətdə daxil olsa, namaza Allaha üz tutanlar kimi başlayacaq. Namazın sonunadək hüzuri-qəlb halında davam edəcək. Öz arzusuna – gerçək namaz qılmaq arzusuna çatacaq. Amma öz mövlasını müşahidə etdiyi halda diqqətini Ondan çəksə, üz döndərsə, yol gedərkən sürüşənlərin vəziyyətində olacaq. Hansı ki, yolda addımlamaq istədikdə bəzən yıxılır, bəzən dururlar. Çox ola bilsin ki, bu sürüşkənlik hüzuri-qəlbin, Allaha, Onun razılığına üz tutmağın əldən çıxmasına gətirib çıxarsın.

Əgər bəndə namazın əvvəlindən başlayaraq, Allah-taalanın hüzurunda olmaq heybətindən, namazın hörmətini saxlamaqdan qafil olsa, yaxud özünü qafilliyə vursa, dediyi “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” sözlərində yalançı olacaq və namazı yalanla, böhtanla başlayacaq. Namazının əvvəlində açıqca yalan söyləyənin, yanlışda olanın aqibəti necə olacaq? Zəlalətə, xar olmağa layiq olmayacaqmı?

Əgər namaz qılan namaza dayanarkən namazın ona ağırlıq etdiyini hiss edərsə, Qurana müraciət etməsi lazımdır (“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın” (“Nisa”, 43) ayəsinə işarədir). Tənbəlliklə, ikrahla namaza duran insanların halını görsün. Özlüyündə düşünsün ki, əgər bu namaza başlamazdan öncə hörmət göstərdiyi, rəğbət bəslədiyi bir adam onun yanına gəlsəydi, ona hörmətini göstərmək üçün necə ayağa durar, tənbəllik hiss etmədən, ağırlıq hiss etmədən onu qarşılayardı. Elə isə bilməlidir ki, onun üçün Allah bəndələrindən birindən daha aşağıdır. Bundan pis hansı təhlükə, fəlakət ola bilər?!

Namazın zikrlərində hüzuri-qəlb

İndi isə namazın zikrlərini, dualarını oxuduqda ədəb qaydalarına riayət etmək haqqında söhbət açacağıq. Misal üçün, “bizi doğru (düz) yola yönəlt!” (“Fatihə”, 6) dedikdə, yaxud namazın namazın digər yerlərində Allahdan bir hacət istədikdə sağlam qəlblə, pak ürəklə, hüzuri-qəlblə dua etməlidir. Məbada bəndə öz Mövlasına, Pərvərdigarına müraciət etdiyi zaman nəfsini paklaşdırmaqdan, könlünü paklaşdırmaqdan qafil olmuş olsun. Çünki Allahdan istədiyi an ürəyi ondan qafil olsa, yaxud Onun uca məqamına hörmətsizlik olsa, başqa bir fikrə məşğul olsa, sanki dünya padşahlarından birinin hüzuruna çıxarkən, ondan diləyini dilərkən ona arxa çevirib. Bilmirsənmi ki, padşahlarla söhbət edərkən onlara arxa çevirsən, yaxud onlara diqqət yetirmək əvəzinə fikrin başqa yerdə olsa, onlardan qafil olsan, onlara bu şəkildə hörmətsizlik etsən, hüzurlarından qovulmağa layiq olacaqsan və onların sevgisindən, məhəbbətindən məhruz qalacaqsan? Çox ola bilsin ki, səni bu hörmətsizlik, sayğısızlıq ucbatından dustaqxanaya atıb, hədsiz işkəncə, əzab versinlər. Bu halda sənin inamın bu olacaq ki, çəkdiyin işkəncələrin səbəbi sən özünsən. Özünü göstərdiyin sayğısızlığa, hörmətsizliyə, diqqətsizliyə görə işkəncəyə, cəzaya layiq hesab edəcəksən. Demək, dünya va axirət malikinin hörməti sənə görə sadəcə Allah bəndələrindən biri olan bu fani, həqir dünyanın padşahlarından birinin hörmətindən az olmamalıdır. Əgər dualarının qəbul olunması, diləklərinə yetmən qeyd etdiyimiz qəflətlər səbəbi ilə bu qədər gecikmişsə, günah sənin özündədir. Allah sənə yaxşılıq etmiş, mərhəmət göstərmişdir ki, o günahlarını əvf etmişdir.

Məbada bəzi öz ürəklərindəki imandan, dindən qafil olanlar tək ürəyindən belə bir şey keçirəsən və ya dilinə belə bir şey gətirib tələbkarcasına deyəsən ki, biz dua etdik, amma onun qəbul olunmasını Quranda qeyd olunduğu kimi gösrmədik.

Belələri sanki Allahın onlara verdiyi vədə vəfa qılmadığını güman edirlər. Bu, iman əhlinə görə küfrə bərabərdir. Çünki əgər onlar Allahı kifayət qədər tanısaydılar, yəqinə yetsəydilər, belə bir cəsarətə təşəbbüs göstərib onun hüzurunda deməzdilər ki, sən bizə duamızı qəbul edəcəksən deyə vədə vermisən, amma vədəxilaf çıxır, onu qəbul etmirsən. Bəlkə də bütün bu sözlərə səbəb budur ki, ya dua edərkən kifayət qədər idrakı olmamış, ya da Allahın hüzurunda dayandığı zaman dünya və axirət malikinin hüzurunda dayandığını yaddan çıxarmışdır. Bu halda o, Allahın ondan üz döndərməsinə, dualarını qəbul etməməsinə layiqdir. Bu onlara bəs edər ki, Allah (bütün bunlara baxmayaraq) qəflətlərini, nadanlıqlarını cəzalandırmamış, əfv etmişdir.

Rəvayətdə deyilir ki, mövlamız İmam Sadiqdən (ə) soruşdular: “Bizə nə olub ki, dua edirik, amma dualarımız qəbul olunmur?” Həzrət (ə) buyurdu: “Siz, elə bir adamı çağırırsınız ki, tanımırsınız. Onun uca məqamından xəbərsizsiniz”.

Bil ki, namaz qılan daim müşahidəsi önündə olduğu mövlası ilə danışdığı zaman onun uca məqamını, onun hüzurunda olduğunu xatırlamalı, yada salmalıdır. Onunla danışmağı özü üçün şərəf bilməli, ondan (bu söhbətdən) həzz almalıdır. Onun əzəməti qarşısında ədəbli olmalı və Allahın müqəddəs kəlamı olan namaz zikrlərini onun əvəzindən tilavət etməlidir. Həmçinin diqqət yetirməlidir ki, Allah ona üz tutmuş və öz pak kəlamını onun dilindən eşidir.

Məbada namazın sözlərini qiraət edən zaman Pərvərdigarının məqam və dəyəri sənin yanında kitabını oxuduqda bütün diqqətini topladığın yazıçıların məqamından az olmasın. Çünki Allah-taalanı bundan daha aşağı hesab etsən azğınlığa yuvarlanmış, cəzaya layiq olmağa daha yaxın olmuş olacaqsan. Bu məsələdə ardıcılı olduğunu, nuru ilə hidayət tapdığını, yolundan, üsulundan örnək aldığını iddia etdiyinə iqtida etməlisən. Rəvayətə görə, mövlamız İmam Cəfər Sadiq (ə) namazda qiraət halında ikən huşunu itirdi. Özünə gəldikdə ondan soruşdular: “Sizin halınızın bu vəziyyətə gəlib çıxmasına səbəb nədir?” Həzrət (ə) buyurdu: “Ardıcıl olaraq Quran ayələrini təkrar edirdim. Sonda elə bir hala gəlib çıxdım ki, sanki onu nazil edənin dilindən eşidirdim. Bəşəri qüvvə İlahı təcəllaya tab gətirə bilməz”.

Bu məsələnin həqiqətindən xəbərdar olmayan kəs, məbada onu uzaq sanasan və ya Şeytan rəvayət etdiyimiz hadisənin doğruluğu ilə bağlı səndə şübhə oyatsın. Ona inan. Məgər eşitməmisənmi ki, Allah-taala buyurur:

Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi (“Əraf”, 143).

Rükuda hüzuri-qəlb

Yaxşıdır ki, bəndə rükunun təkbirini (“Allahu əkbər”) dedikdə zillət, təvazö, xüzu ilə rüku etsin, hüzuri-qəlbi olsun. Belə niyyət etsin ki, rükuya gedərkən dünya və axirətin maliki olan Tanrıya ibadət edir. Nəticədə köləlik zilləti içində tam ilahi əzəmətlə qarşılaşsın.

Necə də gözəl deyilmişdir:

“Əgər sevdiyin kəs sevimli, əzəmətli biridirsə və sən onun qarşısında əzilmirsənsə, sınmırsansa, o halda ona yetməkdən əlini üz, onunla sağollaş”

Görmürsünüzmü, kölələrin, qulların padşahlarla görüş qaydası onların qarşısında baş endirməkdir? Onlar bu halda yada salırlar və unutmurlar ki, padşahın hüzurundadırlar. Onların bu hərəkətdə məqsədi qarşılarındakını yüksəltmək, anmaq, sayğı göstərməkdir.

Elə isə sən könüllərdən xəbərdar olan, hər bir böyükdən daha uca olan Allaha necə rüku edirsən ki, qəlbin Onun hüzurunda olduğunu hiss etmir, kandarında rüku etdiyin İlahiyə diqqət etmir, Ondan qafildir.

Namazda rükunun digər batini qaydalarından biri bəndənin bütün üzvləri tam olaraq, həqiqətən, Allaha yönəlməli, Ona təslim olmalı, özünü Ona tapşırmalı və təvəkkül etməlidir. Məbada sənin üzvlərindən biri xüşu və xüzu göstərməsin, Allaha tam təslim olmasın. Məbada dünya və ya axirət işlərindən birində ona təvəkkül etməmiş olsun. Əgər namazı bütün varlığın malikinə yalan və böhtanla başlasan, sənin üçün hansı namaz qalacaq?

Namazda bəndənin rüku ədəblərindən biri də budur ki, rükuda öz mövlası qarşısında tam alçalmasını nümayiş etdirməyincə başını qaldırmağa tələsməsin. Necə ki, İmam Sadiq (ə) buyurur: “İmam Əli (ə) o qədər rüku edirdi ki, onu tər basırdı. Belə ki, ibadətdə, rükuda dayanmaqdan tər ayaqlarına tökülürdü”.

İndi deyirik: Ey öz ruh və cisminə mehriban olan, ürəyi yanan! Ey öz qeydinə qalan! Bunlar Allahın doğru yola yönəltdiklərinin tövsiyələridir. Elə isə onların bələdçiliklərini ciddiyə al, onlara iqtida et.

Səcdə zamanı hüzuri-qəlb

Xəbərin olsun ki, bəndənin rüku qaydalarından, ədəb-ərkanlarından biri öz məbudu qarşısında kiçilməsinin, hüzuri-qəlbinin rükudakından daha çox olmasıdır. Elə isə məbada qəlbin Allah dərgahında olduğundan qafil olsun.

Həmçinin bəndə bilməlidir ki, Allah-taala elə əzəmət və uca məqam sahibidir ki, heç kimin sözü Onun əzəmətini ehtiva edə bilməz. Bəndə isə elə səfilliyə, ehtiyaca, günahlara malikdir ki, onu zillətə, səviyyəcə aşağıya salmışdır. O zaman səcdədə rükuda dediyimiz xüzudan, xüşudan daha çox xüzu və xüşu ilə səcdəyə düşməli, başını torpağa qoymalıdır.

Çünki əgər bu hal vərdiş olaraq, yalnız zahiri səcədə ədəb qaydalarına riayət kimi, öz mövlasının ibadətində olduğunu xatırlamadan, Pərvərdigarın dərgahında hüzuri-qəlb olmadan gerçəkləşərsə, bəndə, səcdə də oyun oynayan, öz malikindən, məbudundan üz döndərən, Ona iztehza edən, rişxənd edən birinə bənzəyəcək.

Elm və bilik əhli yaxşı bilir ki, rüku və səcdə namazın ən mühüm rüknlərindəndir. Əgər bəndə namaz qılarkən onlardan birini bilərəkdən, səhv üzündən və ya unutqanlıqdan tərk edərsə, fəqihlərin fətvasına və rəvayətlərə görə namazı batil olur. Təbii ki, şəriət sahibi (s) həqiqi məbuddan başqasına bəndəlik üçün göndərilməmişdir.

Demək, qəlbin səcdə zamanı zillətdən, köləlikdən qafil olarsa, səninlə inkarçılar arasında fərq nədən ibarətdir? Səninlə Allahı xatırlamağı unudan və faydasız, əbəs işlərlə məşğul olanın nə fərqi var?

Şübhəsiz, həzrət Məhəmməd (s) ona görə gəlmişdir ki, insanları həqiqi məbuda, gerçək məbuda dəvət etsin. Elə isə məbada hüzuri-qəlbi olmayanlardan, qəlbi Allaha bəndəlik ehtiyacından ari olanlardan olasan. Məbada namazda duruşu, rükunu, səcdəni adət, vərdiş olaraq, qəlbin Tanrıdan qafil olaraq yerinə yetirəsən.

İndi isə deyirik: Əgər səcdədə hüzuri-qəlbi olmayanlardan olsan, səcdənin zikrini bütün üzvlərinin məbuduna təslim olduğu, qarşısında kiçildiyi, təvazö göstərdiyi halda deməsən, sanki, səcdənin mənasından xəbərin olmamışdır. Sözün və iddian mövlana yalan və böhtan olacaqdır. İbadətin yalanla, böhtanla, sayğısızlıqla birgə olduqda namazın necə doğru və düzgün ola bilər?

Sonra deyirəm: Əgər səcdəndə təskinlik, gümrahlıq hiss etsən, dostun məhbubuna yetdiyi anın sevincini yaşasan, xoş sənin halına! Əgər səcdən pislənmiş, puç səcdə olarsa, demək, qəlbin xəstə və dərdlidir. Çünki Quranın açıqca buyurduğu bu ayəni eşitmisən: “Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!” (“Ələq”, 19) Deməli, Qurani-kərim səcdəyə gizlinləri bilən, batinlərdən xəbərdar olan Allaha yaxınlaşmağın ən mühüm əlamətlərindən biri kimi yer vermişdir.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap