Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Şəhid-Saninin kəlamında namazda qəlbin hüzuru

İstifadə olunmuş kitab: “Ariflərin nöqteyi-nəzərindən namazda qəlbin hüzuru” Ləyaqətli bəndələrinə dünyanın həqiqi sirr və həqiqətlərini açan, qəlblərin və gözlərin dərk edə bimədiyi mərifət sirlərini seçilmiş bəndələrinin qəlbində əmanət qoyan Mənnan Allaha sonsuz şükür və sitayişlər olsun. O Allah ki, qəlbləri nicat vasitəsi, münacat yeri, xeyir mənbəyi, uca məqamlara çatmaq vasitəsi etmiş, ləyaqətli və seçilmiş bəndələrinin qəlblərini qeyb açarları ilə açıb, gözləri önündən pərdələri və dumanı göütürmüş, təbiət və xilqətin sirlərini onlara göstərib, naməhrəmlərin qəlblərini o sirləri dərk etməkdə aciz etmişdir.

Peyğəmbərlərin sonuncusu, tükənməz sirr mədəni, Allahın sevimlisi həzrət Məhəmməd (s) ibn Abdullaha və uca məqamlı övladlarına, pak imamlara - məsumlara, onların pak xislətli və imanlı əshabına yer-göy və gecə-gündüz dolandıqca sonsuz salamlar olsun!

Xoşbəxtlik və səadət elə bir gülüstandır ki, onun gül-çiçəyi qəlbin Haqqa üz tutması və diqqətidir.

İbadət bir bədən kimidir, onun ruhu isə qəlbin Allaha olan diqqətidir. Əməllərin qəbul olması və cənnətdə çoxlu mükafatlara çatmaq bu diqqətdən asılıdır. Bu diqqət sayəsində insan özünü cənnətə - gözün görmədiyi, qulağın eşitmədiyi və heç kəsin ağlına gəlməyən əbədi nemətlərə layiq edə bilər.

Məhz bu diqqət vasitəsi ilə torpaqdan yaranmış insan pak mələkut aləminə yol tapıb mələkələrin geniş üfüqündə qanad aça və maddi-mənəvi feyzlərə çata bilər. Bu diqqət sayəsində az ibadət sonsuz mükafatların əldə olunmasına səbəb olur.

Mükafatın çoxluğu əməllərdə, sözlərdə və rəftarlarda qəlbin Allaha olan diqqətinə və ibadətlərdəki sirlər haqqında olan düşüncələrə bağlıdır.

İbadət bəzən düzlük, əxlaq, insanlardan təcrid olub misli olmayan Xaliqə qovuşmaqdan, bəzən böyük Allaha təzim, şükür, sitayiş, münacat və yalvarışdan, bəzən Mənnan Allahın qarşısında alını torpağa qoymaqdan, bəzən qəlbi etiqadları dilə gətirib, tövhid kəlməsi ilə yenidən əhd bağlamaqdan və ilk əhdi xatırlamaqdan, bəzən Allahın övliyalarına və səmavi rəhbərlərə salam göndərməkdən, bəzən də həqiqi bir namaz qılan üçün öz düşüncəsi sayəsində kəşf olan zərif hikmət və həqiqətlərdən ibarətdir.

Elə buna görə də, Qurani-kərimdə və pak əhli-beytin hədislərində buyurulur ki, namaz insanı pisliklərdən uzaqlaşdırır, Allaha yaxınlıq məqmına və sonsuz feyzlərə qovuşdurur. Odur ki, sayıq namazqılan namaz qılarkən yalnız Rəbbinə üz tutub diqqətini Ona yönəltməli, namazın sirləri haqda düşünməli, onun ayinlərini dəqiq şəkildə yerinə yetirməlidir, əks təqdirdə onun namazı cansız cəsəd, ruhsuz bədən, barsız ağac və ölçülüb-biçilməyən bir hərəkətə çevrilər.

Biz bu yazıda namazda qəlbin hüzurunun qayda-qanunları və onun sirləri haqda bir sıra məsələləri toplamışıq və əlbəttə, onların çoxunu məsum imamlardan (əleyhimus-salam) nəql olunan hədislərinin məzmunundan əldə etmişik. Sayıq namazqılan bu məsələlərə riayət etməklə sirlərin aşağı dərəcəsindən uca dərəcəsinə yüksələr və ilahi nurların təcəllası ilə sonsuz feyzlər kəsb edir.

Qəlb” sözünün mənası haqqında araşdırma

Ərəb dilində qəlb sözü iki mənada işlənir[1]:

1. Sinənin sol nahiyəsində yerləşən, qanı dövran etdirən, ruhun mərkəzi sayılan bir parça ət. O, heyvanlarda, hətta ölülərdə də var və qətiyyən bəhsimizin mövzusu deyil.

2. İnsanın maddi ürəyi ilə bir növ əlaqəsi olan lətif, ruhani və ilahi mövcud. Bu lətif mövcud “nəfs”, “ruh” və “can” adalanır və hər növ dərk onun vasitəsilə həyata keçir. Allahın xitabı da, əzab və savab da ona aiddir. Qəlb sözü Quranda və hədislərdə ikinci mənada istifadə olunub. Quranda oxuyuruq:

فَإِنَّها لا تَعْمَى الْأَبْصارُ وَ لكِنْ تَعْمَى الْقُلُوبُ الَّتي‏ فِي الصُّدُورِ

“Gözlər deyil, sinələrdəki qəlblər kor olar”. (“Həcc” surəsi, ayə: 46)

Ruha qəlb deyilməsi onun sinədə olan maddi ürəklə rabitəli olmasına görədir. Bütün bədənin fəaliyyətinin qəlbdən asılı olmasına baxmayaraq, qəlbin əsas rabitəsi cismani ürəklədir. İkinci mənada olan qəlb bədənin bütün üzvləri ilə əlaqədə olub onları idarə etsə də, onun ilk əlaqəsi cismani ürəklədir, yəni ora onun məskənidir və onun vasitəsi ilə bədənin digər üzvləri də ona aid olur.

Qəlb səfalı və cilalı olduğu üçün bir şəffaf və təmiz güzgü kimi ilahi nurları özündə əks etdirə bilir. Amma kənar amillər nəticəsində yaradılşca ruhani və nurani olan qəlb ilahi nurları qəbul etmək qabiliyyətini itirə bilər və bunula da onda pislikləri qəbul etmək qabiliyyəti yarana bilər.

Qəlbdə ilahi nurları qəbul etmək qabiliyyəti o qədərdir ki, ilahi nurun saçması nəticəsində çoxlu həqiqətləri dərk edib saysız incəliklərə yol aça bilər. Əziz peyğəmbərimiz (s) belə bir qəlbə işarə edib, buyurur:

إِذَا أَرَادَ اللَّهُ بِعَبْدٍ خَيْراً جَعَلَ لَهُ وَاعِظاً مِنْ قَلْبِه

“Allah bir bəndənin yaxşılığını istəsə, qəlbindən ona bir moizəçi verər”. (“Biharul-ənvar”, c. 70, səh. 327)

İmam Baqir (ə) buyurub:

الْقُلُوبُ ثَلَاثَةٌ: قَلْبٌ مَنْكُوسٌ لَا يَعِي شَيْئاً مِنَ الْخَيْرِ وَ هُوَ قَلْبُ الْكَافِرِ وَ قَلْبٌ فِيهِ نُكْتَةٌ سَوْدَاءُ فَالْخَيْرُ وَ الشَّرُّ فِيهِ یختلجان فَأَيُّهُمَا كَانَتْ مِنْهُ غَلَبَ عَلَيْهِ وَ قَلْبٌ مَفْتُوحٌ فِيهِ مَصَابِيحُ تَزْهَرُ وَ لَا يُطْفَأُ نُورُهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ هُوَ قَلْبُ الْمُؤْمِن"

“Qəlblər üç növdür: 1. Dönük, alt-üst olmuş qəlb ki, ona heç bir xeyir daxil olmur. O, kafirin qəlbidir. 2. Qara nöqtəsi olan qəlb. Xeyir və şərin hər ikisi ona daxil ola bilir, nəhayət onlardan biri qalib olur. 3. Açıq qəlb. Onda yanar bir çıraq var ki, qiyamətədək sönməz. Bu isə möminin qəlbidir.”

Hədisdə deyilən “qiyamət gününədək sönməz” sözü çox maraqlıdır, qəlb sözünün ikinici mənasına aid olan xüsusiyyəti bəyan edir. Onun nuru qiyamət gününədək sönmür. Bədən çürüdükdən sonra da qəlbin nuraniyyəti davam edir. Birinci mənada deyilən cismani qəlb (ürək) isə bədənlə bərabər çürüyüb məhv olur.

Zürarə İmam Baqirin (ə) belə buyurduğunu nəql edir:

مَا مِنْ عَبْدٍ إِلَّا وَ فِي قَلْبِهِ نُكْتَةٌ بَيْضَاءُ فإِذَا أَذْنَبَ ذَنْباً خَرَجَ فِي تلک النُّكْتَةِ نُكْتَةٌ سَوْدَاءُ فَإِنْ تَابَ ذَهَبَ ذَلِكَ السَّوَادُ وَ إِنْ تَمَادَى فِي الذُّنُوبِ زَادَ ذَلِكَ السَّوَادُ حَتَّى يُغَطِّيَ الْبَيَاضَ فَإِذَا غَطَّى الْبَيَاضَ لَمْ يَرْجِعْ صَاحِبُهُ إِلَى خَيْرٍ أَبَداً وَ هُوَ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ «كَلَّا بَلْ رانَ عَلى‏ قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُون»‏

“Elə bir bəndə yoxdur ki, qəlbində bir ağ nöqtə olmasın. O günah etdikdə, ağ nöqtənin ortasında qara nöqtə əmələ gəlir. Tövbə etsə, qara nöqtə aradan qalxar. Günaha qərq olsa, hər dəfə günah etdikcə o qara nöqtə böyüyər və nəhayət ağ nöqtəni bütünlüklə örtər. Qara nöqtə ağ nöqtəyə üstün gəldikdə o qəlbin sahibi bir daha xeyirə tərəf qayıtmaz. Allah-taala Quranda buna işarə edərək buyurur: “Etdikləri əməllər onların qəlblərini qıfılladı.” (“Əl-Kafi”, səh: 273)

Başqa bir ayədə buyurur:

إِنَّ الَّذينَ اتَّقَوْا إِذا مَسَّهُمْ طائِفٌ مِنَ الشَّيْطانِ تَذَكَّرُوا فَإِذا هُمْ مُبْصِرُونَ

“Təqvalı şəxslərə şeytan vəsvəsə etdikdə Allahı xatırlaıyıb gözüaçıq olarlar.” (“Əraf” surəsi, ayə: 201)

Bu ayədən məlum olur ki, qəlbin cilası və nuraniyyəti Allahı yad etməklə hasil olur və təqvalılar Allahı yad edənlərdir. Təqva Allahı xatırlamağın, Allahı xatırlmaq həqiqətləri kəşf etməyin, həqiqətləri kəşf etmək isə böyük qurtuluşun qapısıdır.

Bil ki, qəlb bir möhkəm qalaya, şeytan isə bu qalaya daxil olub ona yiyələnməyə çalışan hücumçu düşmənə bənzəyir. Bu qalanı qorumaq yalnız onun giriş qapısında keşik çəkməklə mümkündür. Odur ki, qalanı qorumaq üçün onun bütün giriş qapılarını və düşmənin nüfuz yollarını tanımaq lazımdır.

Qəlb qalasına şeytanın bütün giriş yollarını bağlayan amil Allaha diqqət etmək və Onun dərgahına üz tutmaqdır. Allahın qarşısında durduğunu düşünməlisən. Hədislərdə deyildiyi kimi, sən Onu görməsən də, O səni görür.

Bu mənanı dərindən dərk edib, onu həyata keçirsən, rəzil şeytanın daxil ola biləcəyi bütün girişlər bağlanmış olar, qəlb tam şəkildə Allah yönələr və ibaətdə xalis olar.

Rəsuli-əkrəm (s) buyurub:

اِنَّ العَبدَ اِذَا اشتَغَلَ بِالصَّلاةِ جاءَهُ الشَّیطانُ وَ قالَ لَهُ: اُذکُر کَذا، اُذکُر کَذا، حَتّی یَظِلَّ الرَّجَلُ لایَدري کَم صلّی

“Bəndə namaza qılan zaman şeytan gəlib “filan şeyi, filan şəxsi fikirləş” - deyir ki, insan neçə rükət namaz qıldığını bilməsin”. (“Məkarilmul-əxlaq”, səh. 458)

Bu hədisdən aydın olur ki, insanı şeytanın vəsvəsindən təkcə ilahi zikri tələffüz etmək qorumur. Əksinə, insanın qəlbi təqva ilə bəzənməli, pis və rəzil sifətlərdən təmizlənməlidir. Rəzil sifətlər şeytanın və iblisin ordusunun torudur. Zikr də digər ibadətlər kimi şeytanlar tərəfindən ciddi şəkildə hücuma məruz qalır.

Elə buna görə də Allah-taala buyurur:

“Təqvalı şəxslərə şeytan vəsvəsə etdikdə Allahı xatırlaıyıb gözüaçıq olurlar”.

Diqqətəlayiqdir ki, ayə Allahı xatırlamanın təqvalılara məxsus olduğunu bildirir. Odur ki, zikrlərində, ibadətlərində, xüsusən də onların ən yaxşısı olan namaz haqqında yaxşı fikirləş. Əlbəttə, eşitmək heç bir vaxt görmək kimi olmaz.

Qəlbinin keşiyində yaxşı dur. Gör, namaz qıldığın zaman şeytan sənin qəlbini necə oğurlayıb küçə-bazara aparıb camaatın alveri, müxalfilərin cavabı və başqa məsələlər haqqında düşünməyə vadar edir?!

Bir də görürsən ki, çöldə hərəkət edirsən, özünü təhlükədən qoruyursan. Başqa vaxt qətiyyən diqqət etmədiyin əhəmiyyətsiz məsələlər namaz qılan zaman xəyallarında təcəssüm edib fikirlərini dağıdır. Şeytan namazdan başqa bir vaxtda sənə təzyiq göstərmir, o fikirləri sənə təlqin etmir.

Bir sözlə, təkcə namazın forması ilə və vəzifəni yerinə yetirməyə çalışmaqla şeytan səndən uzaqlaşmaz. Onu özündən qovmaq üçün başqa üsullara əl atmalı, o cümlədən daxilini islah edib rəzillikdən təmizləməlisən. Çünki rəzil sifətlər şeytanın köməkçisidir və onları aradan qaldırmayınca nəinki ibadətin sənə xeyri olmaz, hətta bəzən zərəri də olar. Pəhriz qaydalarına riayət olunmadan istifadə edilən dərman xəstəyin çoxalmasına səbəb olduğu kimi, insan da yalnız rəzil sifətləri kənarlaşdırdıqdan sonra gözəl sifətləri əldə edə bilər. Məhz o zaman insanda Haqqın dərgahına üz tutmaq və Ona diqqət edib ilahi feyzləri kəsb etmək qabiliyyəti yaranır. O, Allahı xatırlamaqla hər növ süstlük və tənbəllikdən çəkinər, vəzifəsini yerinə yetirməkdə hər cür səhlənkarlıq onun üçün vəhşət və iztirab olar və Allahı xatırlamaqla o vəhşət və iztirabı özündən uzaqlaşdrar.

Allah-taala buyurur:

أَلا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Bilin ki, qəlblər təkcə Allahı xatırlamaqla rahatlıq tapar. (“Rəd” surəsi, ayə: 28)

Ey əziz! Bu nişanələri yadında saxla! Düz yolda sabit qalmağa çalış.

Namazda hüzuri-qəlbin zəruriliyi

Bu bölümdə ayə və hədislərlə isbat edirik ki, bütün ibadətlərdə, xüsusilə ibadətlərin ən üstünü və dinin sütunu olan namazda qəlbin hüzuru lazımdır.

Allah-taala möminlər haqqında buyurub:

الَّذينَ هُمْ في‏ صَلاتِهِمْ خاشِعُونَ

“O kəslər ki, namazlarında (hər şeyi unudaraq Allaha müti olub) boyun əyərlər!” (“Möminin” surəsi, ayə: 2)

Digər bir ayədə buyurur:

فَوَيْلٌ لِلْمُصَلِّينَ * الَّذينَ هُمْ عَنْ صَلاتِهِمْ ساهُونَ

“Vay o namaz qılanların halına ki, öz namazlarından qafildirlər.” (“Maun” surəsi, ayə: 4-5)

Bu ayədə namazı bütünlüklə tərk edənlər deyil, ona qəlbən hazır olmadan, etinasız halda namaz qılanlar məzəmmət olunub.

Allah-taala möminləri mədh edərək buyrur:

وَ الَّذينَ يُؤْتُونَ ما آتَوْا وَ قُلُوبُهُمْ وَجِلَة

“Verdiklərini qəlblərində qorxu olan halda verirlər” (“Möminin” surəsi, ayə: 60)

Allah-taala ayədə ibadətləri yerinə yetirən zaman qorxu içində olanları tərifləryir, bu isə qəlbin ən yüksək səviyyədə hüzuru deməkdir.

İslam Peyğəmbəri (s) buyurub:

"الصَّلَاةُ مِيزَان مَنْ وَفَى اسْتَوْفَى"

“Namaz meyar və ülgüdür. Hər kəs onun şərtlərinə layiqli şəkildə riayət etsə, kamil şəkildə mükafat alacaq”. (“Biharul-ənvar”, c. 73, səh. 348)

Digər bir hədisdə buyurulur:

اعْبُدِ اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاك

“Allaha elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görməsən də, şübhəsiz, O, səni görür.” (“Biharul-ənvar”, c. 25, səh. 204)

Namazın fəziləti haqqında buyurur:

إنَّ الرَّجُلَينِ مِن اُمَّتي يَقومانِ في الصَّلاة و رُكُوعُهُما وَ سُجُودُهُما واحِدٌ وَ إِنَّ ما بَينَ صَلاتِهِما [مثل] ما بَينَ السَّماءِ وَ الأَرضِ

“Ümmətimdən eyni şəkildə rüku və səcdə edən iki nəfərin namazı aralarında yerlə göy qədər fərq var.” (“Dürərül-əxbar”, səh: 584)

Yenə bu barədə buyurur:

اَما یَخافُ الَّذي یَحَوِّلُ وَجهَهُ فِی الصَّلاة اَن یُحَوِّلَ اللهُ وَجهَهُ وَجهَ حِمارٍ

“Namazda üzünü o tərəf-bu tərəfə çevirən şəxs qorxmur ki, Allah-taala onun sifətini ulaq şəklinə salar?! (“Biharul-ənvar”, c. 84,səh. 259)

Həmçinin buyurur:

مَن صَلّی رَکعَتَینِ لَم یُحَدِّث فیهِما نَفسَهُ بِشَی ءٍ مِنَ الدَّنیا غَفَرَ اللهُ لَهُ ذُنُوبَهُ

“Hər kəs qəlbindən dünaya məqsədləri haqqında bir şey keçirmədiyi halda iki rükət namaz qılsa, Allah onu bağışlayar”. (“Əvalil-ləyali”, c.1,səh. 322)

Başqa bir hədisdə deyilir:

مَنْ حَبَسَ نَفْسَهُ عَلَى صَلَاةٍ فَرِيضَةٍ يَنْتَظِرُ وَقْتَهَا فَصَلَّاهَا فِي أَوَّلِ وَقْتِهَا فَأَتَمَّ رُكُوعَهَا وَ سُجُودَهَا وَ خُشُوعَهَا ثُمَّ مَجَّدَ اللَّهَ عَزَّ وَ جَلَّ وَ عَظَّمَهُ وَ حَمَّدَهُ حَتَّى يَدْخُلَ وَقْتُ [فریضة]صَلَاةٍ أُخْرَى لَمْ يَلْغُ بَيْنَهُمَا كَتَبَ اللَّهُ لَهُ كَأَجْرِ الْحَاجِّ وَ الْمُعْتَمِرِ وَ كَانَ مِنْ أَهْلِ عِلِّيِّين

“Hər kəs bir vacib namazda qəlbini dağınıq fikirlərdən saxlayaraq təzim halında rüku və səcdəni kamil şəkildə yerinə yetirsə, Allah-taalanı təqdis, təmcid və sitayiş edib, başqa bir namazın vaxtı gəlib çatınca əbəs bir iş etməsə, Allah-taala ona həcc və ümrə savabını yazar, onu illiyyun[2] əhlindən edər.” (“Mən la yəhzuruhul-fəqih”, c.1 səh. 211)

"اِنَّ مِنَ الصَّلاةِ لَما یُقبَلُ نِصفُها وَ ثُلثُها وَ رُبعُها وَ خُمسُها إلی العُشرِ، وَ اِنَّ مِنها لَما یُلَفُّ کَما یُلَفُّ الثُّوبُ الخَلِقُ فَیُضرَبُ بِها وَجهَ صاحِبِها، وَ اِنَّما لَکَ مِن صَلاتِکَ ما اَقبَلتَ عَلَیهِ بِقَلبِکَ"

“Üçdə biri, dördə biri, beşdə biri və nəhayət onda biri qəbul olan namazlar var. Bəzi namazlar isə köhnə və büzüşmüş paltar kimi namaz qılanın üzünə vurular. Həqiqətən də yalnız qəlbən diqqət etdyin qədər namazdan sənə xeyir çatır.” (“Müstədərəkül-vəsail”, c. 3, səh.59)

İmam Baqir (ə) peyğəmbərdən (s) nəql edib buyurur:

"إِذَا قَامَ الْعَبْدُ الْمُؤْمِنُ فِي صَلَاتِهِ نَظَرَ اللَّهُ إِلَيْهِ أَوْ قَالَ أَقْبَلَ اللَّهُ عَلَيْهِ حَتَّى يَنْصَرِفَ وَ أَظَلَّتْهُ الرَّحْمَةُ مِنْ فَوْقِ رَأْسِهِ إِلَى أُفُقِ السَّمَاءِ وَ الْمَلَائِكَةُ تَحُفُّهُ مِنْ حَوْلِهِ إِلَى أُفُقِ السَّمَاءِ وَ وَكَّلَ اللَّهُ بِهِ مَلَكاً قَائِماً عَلَى رَأْسِهِ يَقُولُ لَهُ أَيُّهَا الْمُصَلِّي لَوْ تَعْلَمُ مَنْ يَنْظُرُ إِلَيْكَ وَ مَنْ تُنَاجِي مَا الْتَفَتَّ وَ لَا زِلْتَ مِنْ مَوْضِعِكَ أَبَدا"

“Mömin bəndə namaza durduğu zaman, Allah-taala ona namazın sonunadək mərhəmətlə baxar, Allahın mərhəməti onun başının üstündən səmayədək kölgə salar, onun yanından üfüqlərədək mələklər toplanar. Allah-taala onu üçün bir mələk təyin edər ki, onun başı üstündə durub deyər: Ey namaz qılan! Əgər kimin sənə baxdığını və kimlə söhbət etdyini bilsən, heç vaxt yeirndən tərpənməz, bu haldan çıxmazsan.” (“Əl-Kafi”, c. 3 səh. 256)

İmam Sadiq (ə) buyurub:

"لا تجتمع الرّغبة و الرّهبة في قلب أحد إلّا وجبت له الجنّة، فاذا صلّيت فأقبل بقلبك على اللّه عزّ و جل فانّه ليس من عبد مؤمن يقبل بقلبه على اللّه عز و جل في صلاته و دعآئه إلّا أقبل اللّه عليه بقلوب المؤمنين إليه و أيّده مع مودّتهم إيّاه بالجنّة"

“Qorxu və ümid hansı şəxsin qəlbində bir araya gələrsə, cənnət ona vacib olar. Namaz qılanda bütün qəlbinlə Allaha diqqət et! Namazda və duada Allaha üz tutan hər bir mömin bəndə cənnətə girənədək Allah-taala möminlərin qəblini ona tərəf açar və onların məhəbbətilə onu dəstəkləyər. (“Təraiuful-hikəm” səh. 298)

Əbu Həmzə Sümali deyir: İmam Zeynəlabidinin (ə) namazla məşğul olduğunu gördüm. Birdən çiynindən əbası düşdü, namazı qurtarınca onu düzəltmədi. Səbəbini ondan soruşduqda buyurdu: “Vay olsun sənə! Bilmirsən, kimin hüzurunda durmuşdum?! Hər kəsin namazından yalnız qəlbin Allaha olan diqqəti qədər qəbul olar.” Dedim: Canım sənə fəda olsun! Elə isə biz həlak olduq!” Buyurdu: “Xeyr, Allah-taala namazı nafilələr vasitəsilə tamamlayır.”

Füzeyl ibn Yəsar İmam Baqir (ə) və İmam Sadiqdən (ə) belə nəql edir:

صَلَاتِكَ مَا أَقْبَلْتَ عَلَيْهِ مِنْهَا فَإِنْ أَوْهَمَهَا كُلَّهَا أَوْ غَفَلَ عَنْ أَدَائِهَا لُفَّتْ فَضُرِبَ بِهَا وَجْهُ صَاحِبِهَا"

“Sənin namazdan qazandığıın yalnız onda Allaha olan diqqətin qədərdir. Əgər namaz qılan onu xəyallarla başa vursa, yaxud onun ayinlərindən qafil olsa, belə bir namazı büküb sahibinin üzünə vururlar. (“əl-Kafi”, c. 3, səh. 363)

Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

: "إِذَا قُمْتَ فِي الصَّلَاةِ فَعَلَيْكَ بِالْإِقْبَالِ عَلَى صَلَاتِكَ فَإِنَّمَا يُحْسَبُ لَكَ مِنْهَا مَا أَقْبَلْتَ عَلَيْهِ وَ لَا تَعْبَثْ فِيهَا بِيَدِكَ وَ لَا بِرَأْسِكَ وَ لَا بِلِحْيَتِكَ وَ لَا تُحَدِّثْ نَفْسَكَ وَ لَا تَتَثَاءَبْ وَ لَا تَتَمَطَّ ..."

“Namaz qılanda hüzuri-qəlblə və diqqətlə qıl! Çünki sənin namazdan nəsibin təkcə ona olan diqqətin qədərdir. Heç vaxt namazda əlinlə, başınla, üzünlə oynama, ürəyində danışma, əsnəmə!” (“əl-Kafi”, c.3, səh. 299)

Hələbi İmam Sadiqdən (ə) nəql edir:

: "إذا كنت في صلوتك، فعليك بالخشوع و الإقبال على صلوتك، فإنّ اللّه تعالى يقول: الَّذِينَ هُمْ فِي صَلاتِهِمْ خاشِعُون "

“Namaza durduğun zaman müti halda və qəlbin hüzuru ilə namaz qıl. Allah-taala buyurub: O kəslər ki, namazlarını təzimlə qılırlar.” (“Təraiuful-hikəm”, səh. 251)

İmam Sadiqdən nəql olunan bir hədisdə buyurulur:

"كَانَ عَلِيُّ بْنُ الْحُسَيْنِ إِذَا قَامَ إِلَى الصَّلَاةِ تَغَيَّرَ لَوْنُهُ - فَإِذَا سَجَدَ لَمْ يَرْفَعْ رَأْسَهُ حَتَّى يَرْفَضَّ عَرَقا"

“İmam Zeynəlabidin (ə) namaza durduğu zaman rəngi dəyişərdi. Səcdədə başını o qədər saxlayardı ki, ondan tər tökülərdi.” (“Biharul-ənvar”, c. 46, səh. 64)

İmam Baqir (ə) buyurub:

"إِنَّ أَوَّلَ مَا يُحَاسَبُ بِهِ الْعَبْدُ الصَّلَاةُ فَإِنْ قُبِلَتْ قُبِلَ مَا سِوَاهَا إِنَّ الصَّلَاةَ إِذَا ارْتَفَعَتْ فِي أَوَّلِ وَقْتِهَا رَجَعَتْ إِلَى صَاحِبِهَا وَ هِيَ بَيْضَاءُ مُشْرِقَةٌ تَقُولُ حَفِظْتَنِي حَفِظَكَ اللَّهُ وَ إِذَا ارْتَفَعَتْ فِي غَيْرِ وَقْتِهَا بِغَيْرِ حُدُودِهَا رَجَعَتْ إِلَى صَاحِبِهَا وَ هِيَ سَوْدَاءُ مُظْلِمَةٌ تَقُولُ ضَيَّعْتَنِي ضَيَّعَكَ اللَّه‏"

“Qiyamətdə bəndədən soruşulan ilk şey namazdır. Namaz qəbul olduğu təqdirdə onun digər ibadətləri də qəbul olacaq. Namaz öz vaxtında səmaya qalxsa, ağ və nurani şəkildə sahibinə tərəf qayıdıb deyər: Sən mənimlə yaxşı davrandın, Allah da səninlə yaxşı davransın! Vaxtında qılınmadan və qaydalarına riayət olunmadan yuxarı qalxsa, qaralmış halda qayıdıb sahibinə deyər: “Sən məni zay etdin, Allah da səni zay etsin!” (“Əl-Kafi”, c.3, səh. 268)

Eys ibn Qasim nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur:

"وَ اللَّهِ إِنَّهُ لَيَأْتِي عَلَى الرَّجُلِ خَمْسُونَ سَنَةً وَ مَا قَبِلَ اللَّهُ مِنْهُ صَلَاةً وَاحِدَةً فَأَيُّ شَيْ‏ءٍ أَشَدُّ مِنْ هَذَا وَ اللَّهِ إِنَّكُمْ لَتَعْرِفُونَ مِنْ جِيرَانِكُمْ وَ أَصْحَابِكُمْ مَنْ لَوْ كَانَ يُصَلِّي لِبَعْضِكُمْ مَا قَبِلَهَا مِنْهُ لِاسْتِخْفَافِهِ بِهَا إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ لَا يَقْبَلُ إِلَّا الْحَسَنَ فَكَيْفَ يَقْبَلُ مَا يُسْتَخَفُّ بِه‏"

“And olsun Allaha! Bəziləri əlli yaşını keçər, amma Allah onun bir namazını da qəbul etməz. Bundan böyük müsibətmi olarmı?! And olsun Allaha, sizin qonşularınız, yoldaşlarınız arasında tanıdığınız elə şəxslər var ki, əgər sizin üçün namaz qılsalar, onlardan qəbul etməzsiniz. Çünki onlar namazı yüngül sayırlar. Elə isə yalnız yaxşı əməlləri qəbul edən Allah-taalanın dəyərsiz bir şeyi qəbul etməsi mümkündürmü?!” (“əl-Kafi”, c. 3, səh. 269)

İmam Rza (ə) Əmirəlmöminindən (ə) belə nəql edir:

"طُوبَى لِمَنْ أَخْلَصَ لِلَّهِ الْعِبَادَةَ وَ الدُّعَاءَ وَ لَمْ يَشْغَلْ قَلْبَهُ بِمَا تَرَى عَيْنَاهُ وَ لَمْ يَنْسَ ذِكْرَ اللَّهِ بِمَا تَسْمَعُ أُذُنَاهُ وَ لَمْ يَحْزُنْ صَدْرَهُ بِمَا أُعْطِيَ غَيْرَه"

“İbadət və münacatını Allah üçün xalis edən, gözlərilə gördüklərinə fikrini məşğul etməyən, qulaqları ilə bir şey eşitdərkən Allahı unutmayan, başqalarına əta olunanlara görə kədərlənməyən şəxsin xoş halına! (“Biharul-ənvar”, c.67, səh.229)

Süfyan ibn Üyeynə nəql edir ki, İmam Sadiq (ə) “Allah hansınızın əməlinin daha yaxşı olduğunu sınadı” (Mülk surəsi, ayə: 2) ayəsinin təfsirində buyurdu:

لَيْسَ يَعْنِي أَكْثَرَ عَمَلًا وَ لَكِنْ أَصْوَبَكُمْ عَمَلًا وَ إِنَّمَا الْإِصَابَةُ خَشْيَةُ اللَّهِ وَ النِّيَّةُ الصَّادِقَةُ وَ الْحَسَنَةُ "

“Yaxşı əməl dedikdə əməlin kəmiyyətcə çoxluğu deyil, Allah qorxusu ilə və düzgün niyyətlə yerinə yetirilən yaxşı əməl nəzərdə tutulur.” (“əl-Kafi”, c. 2, səh. 6)

Sonra buyurdu:

"الْإِبْقَاءُ عَلَى الْعَمَلِ حَتَّى يَخْلُصَ أَشَدُّ مِنَ الْعَمَلِ وَ الْعَمَلُ الْخَالِصُ الَّذِي لَا تُرِيدُ أَنْ يَحْمَدَكَ عَلَيْهِ أَحَدٌ إِلَّا اللَّهُ عَزَّ وَ جَلَّ وَ النِّيَّةُ أَفْضَلُ مِنَ الْعَمَلِ أَلَا وَ إِنَّ النِّيَّةَ هِيَ الْعَمَلُ ثُمَّ تَلَا قَوْلَهُ عَزَّ وَ جَلَّ- قُلْ كُلٌّ يَعْمَلُ عَلى‏ شاكِلَتِهِ يَعْنِي عَلَى نِيَّتِه"

“İxlaslı bir əməli davam etdirib sona çatdırmaq əməlin özündən çətindir. Çünki xalis əməl odur ki, Allahdan başqa heç kimdən təşəkkür və tərif gözləməyəsən. Niyyət əməldən üstündür və əməlin bir hissəsidir.” (“əl-Kafi”, c.2, səh. 6)

O zaman imam bu ayəni tilavət etdi: “Hərə öz xislətinə görə iş görər.” (İsra surəsi, ayə: 84)

Sonra buyurdu: “Xislət elə niyyət deməkdir.”

Əban ibn Təğlib deyir: Müzdəlifədə (həcc mərasimində qurban bayramı axşamı) imam Sadiqin (ə) arxasında namaz qılırdım. Namaz qurtardıqan sonra mənə buyurdu:

يَا أَبَانُ الصَّلَوَاتُ الْخَمْسُ الْمَفْرُوضَاتُ مَنْ أَقَامَ حُدُودَهُنَّ وَ حَافَظَ عَلَى مَوَاقِيتِهِنَّ لَقِيَ اللَّهَ يَوْمَ الْقِيَامَةِ وَ لَهُ عِنْدَهُ عَهْدٌ يُدْخِلُهُ بِهِ الْجَنَّةَ وَ مَنْ لَمْ يُقِمْ حُدُودَهُنَّ وَ لَمْ يُحَافِظْ عَلَى مَوَاقِيتِهِنَّ لَقِيَ اللَّهَ وَ لَا عَهْدَ لَهُ إِنْ شَاءَ عَذَّبَهُ وَ إِنْ شَاءَ غَفَرَ لَهُ

“Ey Əban! Hər kəs beş vacib namazı vaxtında və qayda-qanunlarına riayət edərək qılsa, qiyamət günü Allahla görüşərkən görər ki, Allah onu cənnətə daxil edəcəyinə əhd etmişdir. Amma onun vaxtına və qayda-qanunlarına riayət riayət etməsə, Allahla görüşərkən Onun öhdəsində heç bir əhd olmadığını görər, istəsə onu cəhənnəmə atar, istəsə də bağışlayar. (“əl-Kafi”, c.3, səh. 267)

Nəql etdiyimiz hədislərdən belə məlum olur ki, namazın qəbul olunmasının şərti qəlbin Allaha üz tutması, diqqəti və Ondan qeyrisindən üz çevirməsidir. Həmçinin namazın qəbul olması digər əməllərin qəbul olunmasına səbəb olacaq. Odur ki, bu hədislərdən namazda hüzuri-qəlbin və diqqətin əhəmiyyəti açıq-aydın məlum olur. Eləcə də aydın olur ki, diqqətsizlik və Allahdan qafil olmaq böyük xəsarət və yeri dolmayan zərərdir.

Bu necə qəflətdir ki, insan özünü gecə-gündüz ibadət və itaət üçün zəhmətə salsın, gecə yuxusuzluğa dözüb, gündüz zəhmətə düşsün, nəticədə heç bir faydası olmasın? Quran bu ayəsi belə şəxslər haqdadır: “Onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun əvəzilində mükafata nail olacaqlarını) zənn edirlər.” (“Kəhf”, surəsi ayə: 104)

Hədislərə əsasən digər əməllərin qəbul olub-olmamasının namazdan asılı olduğunu da onun dəyərinə əlavə etsək, o zaman namazın əhəmiyyəti dəfələrlə artacaq.

Qəlbin hüzurunun əldə edilməsi yolu

İmanlı şəxs Allahın əmrlərini çox böyük və əhəməyyətli saymalı, Rəbbinin əzəmətindən qorxmalı, Onun geniş və böyük mərhəmətinə ümüd bəsləməli, öz günahlarına və təqsirlərinə görə Rəbbinin əzəməti qarşısında xəcalət çəkməlidir. Mömin şəxs hətta əməllərini tam və kamil şəkildə yerinə yetirib yəqinə çatsa da, onda həmişə bu xüsusiyyətlər vardır. Ömrünün bütün anlarını bu halda yaşayan şəxs namaz qılanda da özünü bu ruhani haldan məhrum etməməlidir. Təəssüf ki, bəzən onun da fikirləri qarışır, Allahla münacatdan qafil olur, raz-niyaz əvəzinə dağınıq xəyallarla məşğul olur. Ona görə də belə nəticəyə gəlmək olar ki, hüzuri-qəlbi və diqqəti yaratmağın ən yaxşı yolu, dağınıq fikirlərlə ciddi şəkildə mübarizə aparmaq və bu xəyalların qarşısını almağın yeganə yolu onun amillərini aradan qaldırmaqdır. Çünki dağınıq fikirlər insana təzyiq göstərərək qəlbin diqqətinə mane olur. Ona görə də onu yaradan amilləri tapıb aradan qaldırmaq lazımdır. Bu fikirləri yaradan amillər iki cürdür: xarici və daxili amillər.

Fikrin dağınıqlığının xarici amilləri

Xarici amillərə qulağın eşitdiyi səsləri və gözün gördüyü şeyləri misal göstərmək olar. Bu eşidilənlər və görünənlər insanın fikrini özünə cəlb edir və onu bir yerdən başqa yerə, bir budaqdan başqa budağa, bir mövzudan digər mövzuya aparır, onlar barəsində düşünməyə vadar edir, sonra onu bu mövzulardan baqa mövzulara aparmaqla uzun-uzadı düşüncələrə sövq edir.

Güclü iradəsi və böyük əzmi olan şəxs bu fikirlərin qarşısında dağ kimi dayanar, onlara təslim olmaz. Amma insanların çoxu belə bir iradə və əzmdən məhrum olduğu üçün bu fikir və xəyallara düçar olur, xəyal qüvvəsini cilovlaya bilmir. Onlar belə fikirlərin hücumuna qarşı mübarizə aparmaq üçün onları yaradan amilləri aradan qaldırmalıdır. Məsələn, qaranlıq evdə namaz qılmaq, diqqəti cəlb edən əşyaları göz önündən götürmək, göz önündə fikri yayındıran bir şey olmamaq üçün evin divarına yaxın bir yerdə namaz qılmaq olar.

Belə şəxslər heç vaxt üzü küçəyə tərəf, eləcə də tablo, yaxud incəsənət əsərləri önündə və ya diqqəti çəkən rəngli, naxışlı xalça üzərində namaz qılmasınlar. Elə buna görə də bəzi ibadət edənlər təkcə bir nəfərin oturub-dura biləcəyi qədər sahəsi olan xüsisi kiçik və qaranlıq otaqlarda namaz qılırdılar ki, fikirləri yayınıb, küçə-bazarlara səyahətə, alış-verişə getməsin.

Əlbəttə, daha yaxşı olar ki, nə qədər ki, insan başqa yollarla fikirlərini cilovlaya bilirsə, gözünü bağlamasın, əksinə, fikirlərinə nəzarət etməklə yanaşı, gözü açıq halda namaz qılıb, gözünü səccadəyə diksin və ətrafa baxmaqdan çəkinsin. Əgər açıq gözlə öz vəzifəsinin öhdəsindən gəlməsə, çarəsi gözünü bağlamaqdır. Çünki qiyam halında səccadəyə baxmaq müstəhəb olsa da, baxmaqla fikirləri dağılacaqsa, baxmamaq o müsətəhəbdən daha əhəmiyyətlidir. Çarə bu müstəhəb əməldən keçib gözlərini bağlamaqdır. Namazda gözünü səccadəyə dikən zaman zehnində Qadır Allahın önündə durduğunu canlandırıb xatırlasın ki, Allah onu görür, qəlbindən keçənləri bilir. Başqaları isə onu görsələr də, onun daxilindən xəbərsizdirlər, ona bir xeyir verməyə və ya bir zərəri ondan dəf etməyə qadir deyillər. Namaz qılan biməldir ki, daxilən Haqqa üz tutmalı və qəlbi yalnız Allahla olmalıdır. İnsanın zahiri çöhrəsi isə onun qəlbinin əks etdirən güzgüdür və təkcə zahiri diqqətin dəyəri yoxdur.

Namaz qılan şəxs fikrində bu mənanı canlandırmalıdır ki, əgər qəlbini Allahdan çevirsə Allah da onu geniş mərhəmətindən məhrum edib, qürb məqamından kənarlaşdıra və ibadət, hüzuri-qəlb ləyaqətini ondan ala bilər. Öz ağasına xidmət etmək istəyən qulun ondan üzünü çevirməsi və onun istəklərini deyil, başqa şeyləri düşünməsi mümkündürmü?! Şübhəsiz ki, bu iş ağaya xidmətçi olmaq ləyaqətini itirməyə səbəb olacaq. Bu rəftar adi ağalara qarşı döğru olmadığı halda, başqa ağalar ilə müqayisə olunmayan Ağaya, yəni insanı yaradaraq, müqəddəratını təyin edən Qadır Allaha qarşı döğru ola bilərmi? Bir hədisdə deyilir:

"إِنَّ اللَّهَ لَا يَنْظُرُ إِلَى صُوَرِكُمْ وَ أَعْمَالِكُمْ و َ[ لکن] إِنَّمَا يَنْظُرُ إِلَى قُلُوبِكُم"

“Allah-taala sizin əməllərinin zahirinə deyil, qəlbinizə baxır.” (“Biharul-ənvar”, c.67 səh. 248)

Şübhəsiz ki, bu kimi məqamlara riayət etmək fikin dağılmasının qarşısını alar, insanı dağınıq fikirləri törədən xarici amillərdən qoruyar.

Fikrin dağınıqlığının daxili amilləri

Fikrin dağınıqlığının daxili amilləri xarici amillərdən daha təsirli olduğu üçün onunla mübarizə daha çətindir. Çünki düşüncələri həyat okeanının dalğalarında əsir olan, əlaqə ipi qırılan, xəyalının quşu budaqdan-budağa atılan şəxs üçün gözü bağlamağın xeyri yoxdur və artıq qəlbinə nüfuz edib orada kök atan amillər onun fikrini dağıtmaq üçün kifayətdir.

Fikrin dağınıqlığının daxili amilləri ilə mübarizə üçün münasib yol budur ki, insan namaz qılan zaman özünü namazın sözlərini başa düşməyə məcbur edib, tələffüz etdiyi hər bir sözün mənasını dərk etsin və onun üzərində düşünsün ki, dağınıq fikirlərə yer qalmasın. Mübarizəni gücləndirmək üçün təkbürətül-ehramdan öncə axirəti - qiyaməti, məhşər gününü, hesab-kitabı, o günün nalə-fəryadını, hamının qorxusunu yada salıb özü ilə danışsın. Qəlbini dünya məsələləri və dağınıq fikirlərədən boşaltsın. Belə bir halda təkbürətül-ehramı yerinə yetirib namaza başalasın və qəlbinə başqa bir fikrin daxil olub başını qatmasına imkan verməsin. İnsanın qəlbi rahatlığının dərmanı budur. Amma əgər bu sakitləşdirici dərmanla qəlbi rahatlıq tapmazsa, iztirabların kökünü kəsə biləcək güclü bir dərmandan istifadə etməsi lazımdır. O dərman budur ki, fikrini məşğul edən məsələlər barəsində yaxşı fikirləşin. Tam düşündükdən sonra görəcək ki, diqqəti özünə cəlb edib hüzuri-qəlbə mane olan şeylər zahirdə insana əhəmiyyətli görünsə də, hamısı fani dünya ilə və nəfsani istəklərlə bağlıdır. O zaman onları kökündən kəsmək üçün öz nəfsini o istək və bağlılığa görə qınayıb tənqid etsin, beləliklə başa düşsün ki, namazda onu hüzuri-qəlibdən saxlayan hər bir şey dinin ziddinədir və iblisin ordusudan sayılır. Adəm övladlarının böyük düşməni olan iblisi isə “can evindən” qovmaq lazımdır və heç vaxt qəlbdə onun vəsvəsinə yol vermək olmaz. Allah adamları hüzuri-qəlbə riayət etmədikdə özlərini kəffarə verməyə məcbur etməklə dağınıq fikirlərin hücumu qarşını alırdılar. Onlardan bəziləri camaat namazında iştirak etmədikləri üçün həmin gecəni sübhədək əhya saxlayırdılar ki, bəlkə bu yolla Allah-taala camaat namazının fəzilətini ona əta etsin.

Bir dəfə böyük şəxsiyyətlərdən birinin şam namazı göydə iki ulduz görünənə qədər yubandı. O, bunun kəffarəsi olaraq Allah yolunda iki qul azad etdi.

Bir möminin sübh namazı qəzaya getdi və o bunun kəffarəsi olaraq bir qul azad etdi. Bütün bunlar nəfslə mübarizə aparıb onun qəflət etməsinin, dəyərli fürsətləri itirməsinin və ibadət əhli üçün hazırlanan mükafatlardan qafil olmasının qarşısını almaq üçündür. Bu, dağınıq fikirlərin hücumu ilə mübarizə yolu və onları yaradan amillərin kökünü kəsən qəti dərmandır.

Öncə dediyimiz sakitləşdirici dərmanlar nəfsani istəkləri zəif olan şəxslər üçün faydalıdır. Amma nəfsani istəkləri güclü olan şəxslər üçün sakitləşdirici dərmanlar təsirli deyil. Çünki burada ikitərəfli cazibə var: bir tərəfdən insan onları özünə tərəf cəzb edir, digər tərəfdən isə onlar insanı özünə tərəf cəzb edir, nəhayət onlar qalıb gəlib insanın qəlbinin dərinliyində kök ataraq namazın əvvəlindən sonunadək Allahı yada salmağa və hüzuri-qəlblə Allah haqqında düşünməyə heç bir anı boş qoymur.

Məsələn, hüzuri-qəlblə namaz qılıb Allahdan başqa bir şey fikirləşməyəcəyini qərara alan bir şəxs namaza başladı. Fikrini cəmləyən kimi quşların səsi fikrini dağıtıdı. Əlinə çubuq götürüb onları qovdu. Elə ki, fikrini cəmlədi, yenə də quşların səsi qalxdı, fikri qarışdı. Neçə dəfə hüzuri-qəlblə namaz qılmağa qayıtsa da, quşlar yenə oxumağa başladı. O quşları qovmağa çalışsa da, istəyinə çatmadı. Nəhayət gözəl bir söz dedi: Quşların fitnəsindən azad olmaq istəyirsənsə, ağacı kökündən kəs!

Bəli, şəhvətin kökü qəlbdən kəsilməsə, şeytani fikirlər və nəfsani istəklər qəlbdən çıxmaz. Quşlar ağacdan və milçək insandan ayrılmadığı kimi, dağınıq fikirlər də qəlbdən çıxmır. Milçəyi nə qədər qovsan, yenə də qayıdır. Ona görə də milçək ərəb dilində “zübab” adlanır. Ərəb dilində “zübab” sözü “qovulduqca qayıdan” mənasını verir. İnsanın qəlbi də həmişə belə fikirlərin hücununa məruz qalır, onları qovduqca daha da həris olur, nə qədər çalışsa da, yenə onlar hücum edir. İnsanın qəlbində hüzuri-qəlbə mane olan fikirlərin olmaması çox nadir hallarda olur.

Bütün bu dağınıq fikirlərin yeganə səbəbi dünya məhəbbətidir. Hədisdə buyurulur:

"حُبُّ الدُّنْيَا رَأْسُ كُلِّ خَطِيئَة"

“Dünya məhəbbəti bütün günahların başıdır”. (“Biharul-ənvar”, c. 51 səh. 258)

Bəli, bütün günahların mənbəyi dünya məhəbbətidir. Hər bir pislik və nöqsan ondan qaynaqlanır. Hər kəs qəlbini dünya məhəbbətinə yönəldib, sərvətə və məqama üz tutsa, dünyanı axirət üçün yox, dünyanın özü üçün istəsə, münacatın ləzzətini duymağı ummasın. Dünyanın bir parça malına sevinən kəs Allahla münacat etməyə sevinməz. Kim nəyi sevirsə, var qüvvəsini ona sərf edir. Dünyanı gözünün nuru və qəlbinin işığı sanan şəxsin dərdi-qəmi də dünya olacaq. Belə insanlar da dağınıq fikirlərlə mübarizə etməyi tərk etməsinlər, əksinə qəlblərini Allaha yönəldib Onu xatırlmağa çalışsınlar və imkan daxilində dağınıq fikirlərin hücumundan amanda qalsınlar. Amma bir kəs dünyaya təslim olmadığı halda dünya özü ona üz gətirsə, dünyanı axirət üçün vasitə hesab edib əldə etdiyi sərvəti axirət və Allah rizasını qazanmaq üçün sərf etsə, ona heç bir qorxu yoxdur. Çünki belə bir dünya özü də axirətə xidmət edir və Allaha yaxınlaşmaq üçün vasitədir. Necə ki, rəsuli-əkrəm (s) buyurub:

"نِعْمَ الْعَوْنُ عَلَى تَقْوَى اللَّهِ الْغِنَى"

“Sərvət təqva üçün nə yaxşı köməkdir!” (“Mən la yəhzuruhul-fəqih”, c. 3 səh: 156)

Bəli, sərvət və məqam təqva qazanmaq üçün ən yaxşı köməkçi ola bilər. Lakin eyni zamanda sərvət insaının sapması, aldanması və məkrli şeytanın planlarının işə düşməsi üçün vasitəyə də cevrilə bildiyinə görə müqavimət göstərib nəfsə, dünyəvi istəklərə təslim olmamaq və dünyanı axirət üçün, Allaha yaxınlaşmaq üçün vasitə etmək insandan çox güclü iradə tələb edir. Odur ki, Allahın nemət verdiyi şəxslər, özləri də bilmədən dünyapərəstliyə düçar ola bilmələrini və dünyanın onlar üçün hədəfə çevrilə bilməsini nəzər alıb özlərini tez sınasınlar. Çünki bir çox insanlar dünyanı vasitə sayıb ondan axirət üçün istifadə etdiyi halda uzun müddət ərzində tədricən ona üz tutub vasitəni hədəfə çevirmişlər.

Bu dərd, bu da dərman. Əlbəttə, bu müalicə üsulu nəfsani istəklərinə məğlub olanlar üçün çox çətin və dözülməzdir. Odur ki, onlar bu müalicəyə göz yumurlar və onların xəstəliyi artıq sağalmaz həddə çatır.

[1] Azərbaycan dilindəki "ürək" sözü kimi, ərəb dilində "qəlb" sözü də həm həqiqi, həm də məcazi mənada (ruh, könül) işlənir.

[2] Cənnətin ən yüksək mərtəbəsi (Mütəffifin surəsi: ayə 18)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap