Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Allahın saleh bəndəsi Ayətullah Mirzə Cavad Tehraninin həyatı Müəllif: Ələkbər İlahi Xorasani

Ayətullah Hacı Mirzə Cavad Tehrani dahi alim, özünü islah etmiş mücahid, Allaha çatmış arif, təfsirçi fəqih, filosof, mütəfəkkir, zahid, təqvalı və savadlı bir şəxs idi. O, elm, əməl, zahidlik və təqvada nümunəvi bir şəxs idi.

O, 1904-cü ildə Tehranda nəcabətli və dindar ailədə dünyaya gəlmişdir. Atası mərhum Hacı Məhəmmədtəqi və qardaşı Rza Şahpuri (Hacı Tərxani) dindar, imanlı və bazar əhlinin etimad etdiyi tacir idilər. Hacı Rza mərhum ayətullah əl-üzma Burucerdi tərəfindən Qum şəhərinin “Məscide-Əzəm”inə başçı təyin olunmuş, ömrünün sonuna qədər orada ixlas və müvəffəqiyyətlə xidmət etmişdir.

Mərhum Mirzə ibtidai təhsilini başa vurub, Tehranın “Sərvət” məktəbindən şəhadətnamə aldıqdan sonra dini təhsil almaq üçün Qum şəhərinə yollandı. Bu şəhərdə bir neçə il qalıb, müqəddimə və səth dərslərini oxuduqdan sonra Nəcəf şəhərinə yola düşdü.

Nəcəfdə iki il qaldığı müddətdə ayətullah Hacı Şeyx Mürtəza Taliqani və ayətullah Şeyx Məhəmmədtəqi Amuli (Səbzvarinin “Şərhi-mənzumə” əsərinə “Durər əl-fəvaid” kitabını şərh yazıb) kimi ustadlardan elmi və əxlaqi bəhrələr almışdır. Yadımdadır ki, “Şərhi mənzumə” dərsində mərhum Amilidən çoxlu sitatlar gətirər və deyərdi: -“O, dahi alim və həmişə zikr deyən bir şəxs idi və Nəcəfdə mənim fəlsəfə ustadım olub”.

Nəcəfdə qalıb, təhsilini davam etdirməyi qarşısına məqsəd qoysa da, anası məktub yazıb, onu geri çağırdı. Ona görə də, özünün Nəcəfdə qalmaq fikri olsa da, özünün dediyi kimi, təhsili vacib, ananın sözünə itaət etməyi isə ondan da vacib bilib, anasının sözünə əməl etdi və Tehrana qayıtdı. Əvvəlcədən tədarükü görülmüş sadə şəkildə keçən toyundan üç gün sonra, təqribən 1933-cü il müqəddəs Məşhəd şəhərinə yola düşdü.

Məşhəddə səth təhsilini ayətullah Şeyx Haşim Qəzvinidən aldıqdan sonra ayətullah əl-üzma Mehdi Qərəvi İsfəhaninin xaric dərslərində iştirak etdi. Ustadın ömrünün sonunadək (1946-cı ilədək) on ilə yaxın müddətdə ondan bəhrələnib ayətullah Naininin üsul elmi ilə bağlı nəzəriyyələrini, fiqh və Əhli-beyt (ə) maarifini mənimsədi.

Ayətullah Mehdi Qərəvinin dərslərində iştirak etdiyi illər onun elmi və əxlaqi şəxsiyyətinin formalaşdığı dövr olmuşdur. Ustadın dərsləri onda elə təsir qoymuşdu ki, ömrünün sonuna qədər onun konsepsiyalarını bəyan edib yaymaqla məşğul oldu. Öz kitab və dərslərində İslam maarifini təfsir və bəyan edərkən həmişə ustadın fikirlərinə əsaslanırdı.

Mirzə Cavad Tehrani hövzə elmlərini ali səviyyədə öyrəndikdən və mənəvi-əxlaqi kamala çatdıqdan sonra tədrislə və kitab yazmaqla məşğul oldu. Dərsin mövzusunu seçərkən həmişə cəmiyyətin ehtiyacını, müsəlmanların və tələbələrin xeyrini düşünürdü. Uzun illər fiqh və üsul elmlərindən xaric dərsləri deyirdi. İslam maarifi dərslərini Mirzə Qərəvinin məktəbinin təlimləri əsasında tədris edirdi. Tələbələrin xahişi ilə bir neçə dəfə “Şərhi-mənzumə” əsərini dərs dedi.

Sonra Quran təfsiri dərsləri dedi. Bunun səbəbini isə məsləhətin tələbi sayırdı. O adətən Mirzə Cəfər mədrəsəsinin üstündəki mədrəsədə dərs deyirdi. Mədrəsə bağlandıqdan sonra Hacı Molla Heydər məscidində dərs deməklə məşğul oldu. Mövzuları müzakirəyə qoyarkən elmi və dini şəxsiyyətlərin ehtiramını qorumaq məsələsində diqqətli idi və onların təhqir olunmasını böyük günah sayırdı.

Kitab yazarkən də dini vəzifəyə, şəri və ictimai məsuliyyətə uyğun əməl edirdi. Öz əsərlərinin çapından heç bir maddi mənfəət görmədi. Kitabın çapı üçün xərclədiyi pulu dəqiq hesablayırdı və ona uyğun qiymət qoyurdu. Özü üçün isə heç bir qazanc nəzərdə tutmurdu.

Öz ad və soyadını kitabın cildinə yazmazdı. Əksinə, “C. Zare”, ya ”C”, ya “Cavad” və son zamanlar isə “Cavad Tehrani” adı ilə kifayətlənirdi. Bir dəfə ondan soruşdular: -“Sizin soyadınız Zare deyil. Nə üçün kitabınızın üzərinə “Müəllif: C. Zare” yazmısınız?” Cavabında dedi: -“Zare” sözünün lüğəvi mənasını (əkinçi) nəzərdə tutmuşam. Hədisdə buyurulur ki, “الدنيا مزرعة الآخرة” “Dünya axirətin əkinəcək yeridir” və biz bu dünyada əkinçiyik”. Bəli, mərhum Mirzə hədislərə əsasən müvəqqəti dünyanı tarla, özünü isə yaxşı əkib, yaxşı da biçmək istəyən şəxs bilirdi.

Onun çap edilmiş əsərləri (bunların bəzisi dəfələrlə çap olunub) bunlardır:

1. İslam haqqında araşdırma (Kəsrəviyə cavab).

2. Bəşər və İslam fəlsəfəsi (Kommunizm fəlsəfəsinin prinsiplərinin izahı və tənqidi).

3. Bəhayi nə deyir (Azğın bəhaiyyət firqəsinə cavab).

4. Arif və sufi nə deyir (Təsəvvüf və irfanın təməl və qanunlarının izahı və tənqidi)

5. Mizan əl-mətalib (1-2) (Quran və Əhli-beyt (ə) hədisləri əsasında etiqadi məsələlərin müzakirəsi).

6. İslam əxlaqından dərslər (İslam əxlaqını ayə və hədislərin dili ilə bəyan etmək).

Mirzə Cavad ictimai məsələlərdə möminlərin ehtiyaclarını təmin etməkdə, din qardaşlarının çətinlik və müşküllərini aradan qaldırmaqda ciddi çalışırdı. Bir çətinliyin aradan qaldırılması və ya müşkülün çözülməsi ondan istənildikdə, gülər üzlə gücü çatanı qəbul edər və onun həll olunmasında azacıq tənbəllik etməzdi. Hətta tapşırmaq, zəng etmək, yaxud məktub yazmaq lazım olurdusa, heç vaxt kənara çəkilməzdi. Buna görə də, həmişə onun evi ehtiyaclı və dərdli şəxslərin pənahgahı idi.

Tədris etmək, yazıçılıq və elmi məşğuliyyətlər heç vaxt onu ictimai məsuliyyətlərə diqqətdən uzaqlaşdırmadı. Öz şagirdlərinə və dostlarına tövsiyələrində təqvaya riayət etməyi və xalqın ehtiyaclarını ödəməyi həmişə xatırladardı.

Məşhəd şəhərində yerləşən “Dərmanqahe-Binəvayan” adlı ilk xeyriyyə klinikası onun təşəbbüsü və onun və bir qrup həkim dostlarının yardımı ilə 1955-ci ildə təsis oldu və istifadəyə verildi. Özü də həftədə bir dəfə oranın idarə heyətinin iclaslarında iştirak edir və onlara təfsir dərsi deyirdi.

Mirzə Cavad şəri ödənişləri (xüms) qəbul etmirdi. Lakin imkanı daxilində və gücü çatan qədər ehtiyaclılara yardım edirdi. Əgər imkanı çatmasaydı, onları öz dostları və ya tanışlarının yanına göndərirdi.

1963-cü ildə Məşhəd şəhərində İranın ilk sələmsiz borc kassası onun təşəbbüsü və yardımı ilə işə başladı. Sələmsiz borc kassası, kooperativ mağazalar və kitabxanadan ibarət olan bu müəssisə indi də Məşhəd elmi hövzəsinin tələbə və ruhanilərinə, Məşhəd əhalisinə müvəffəqiyyətlə sosial və mədəni xidmətlər göstərir.

İnsan tərbiyə edən İslam məktəbinin yetirməsi olan Mirzə Cavad özü İslam və şiəliyin bir təcəssümü idi. O, özünün ilahi vəzifəsini də dini elmlərin öyrənilməsi və tədrisində, habelə, İslamın uca və çoxşaxəli maarifini ictimaiyyətə çatdırmaqda, cəmiyyətdə fəal iştirak etməkdə axtarırdı. Belə ki, ərəblərlə İsrailin altı günlük müharibəsində bir gün dərsdə ağladı və dedi: - “Kaş ki, Sina səhrasında olaydım və Misir əsgərlərinin çəkmələrini cütləyəydim”.

İranda siyasi və mədəni inqilabı zəruri bilən Mirzə Cavad İran xalqının zalım şah rejiminə qarşı islami mübarizəsində hərəkatın öncüllərindən idi. Onun Məşhəd şəhərinin mərcəi-təqlidlərilə birgə verdiyi bəyanatları, etiraz, barrikada və yürüşlərə qatılmaları Məşhəddə inqilabın zirvəyə çatdığı günlərdən unudulmaz xatirələrdir.

İslam İnqilabı qələbə çaldıqdan sonra da inqilabı himayə edən parlaq simalardan idi. İmam Xomeynini görmək üçün dəfələrlə müxtəlif fürsətlərdə tək və ya alim və ruhanilərdən ibarət nümayəndə heyətləri ilə Qum və Tehrana getdi.

O cümlədən, 1979-cu ildə İmam Xomeyni müəyyən müddətə Quma gəldiyi vaxt Mirzə Cavad Məşhəd elmi hövzəsinin bir dəstə alim və ustadları ilə birgə İmam Xomeynini görmək üçün Quma yolandı.

Yaxşı yadımdadır ki, biz tələbələr İmam Xomeyni ilə görüşüb, söhbətlərini dinləmək üçün həyətdə oturmuşduq, bu zaman İmam Xomeyni bəzi Məşhəd alimləri ilə birgə içəridən həyətə gəldi və söhbət etmək üçün nəzərdə tutulmuş otağa daxil oldu.

Mirzə Cavad otaqda olan alimlərin arasında əyilmiş qamətlə ayaq üstə durmuş və öz əsasına söykənmişdi. İmam Xomeyninin diqqəti ona cəlb oldu. İmam göstərişi ilə stul gətirib, Mirzə Cavada verdilər. O isə İmam Xomeyninin orada oturmasını təklif etdi. Sonda İmam Xomeyninin təkidi ilə stulun üstündə əyləşdi və İmam ayaq üstə söhbət etdi. Bu da İmam Xomeyninin Mirzə Cavada olan xüsusi rəğbət və diqqətindən bir nümunə idi.

Mirzə Cavadın İslam dövlətinin mövqeyini dəfələrlə və müxtəlif hadisələrdə dəstəkləməsi, xüsusilə də, İran-İraq müharibəsi zamanı onun dəfələrlə cəbhələrdə iştirakı inqilabın həqiqətlərini aşkarlamaqda olduqca böyük rol oynamışdır. Dörd dəfə cəbhəyə getdi və İslam döyüşçülərilə müxtəlif əməliyyatlarda iştirak etdi. Döyüş müydanlarında onun güllə və qumbara atması döyüşçü yoldaşlarının yaddaşından silinməyib.

Mirzə Cavadın ixlaslı könüllü əsgərlərlə məhəbbət dolu ünsiyyəti onlarda elə təsir qoyurdu ki, müharibəni davam etdirməyə olan əzmləri qat-qat artırdı. Onunla şəkil çəkdirməyə israr edən könüllü əsgərə dedi: -“Bu şərtlə olar ki, qiyamət günü Cavada da şəfaət edəsən”.

Bir gün onun yanında olduğum zaman bir boxçanı mənə göstərib dedi: - “Bu bağlamadakı mənim kəfənimdir. Hər dəfə cəbhəyə getdikdə, onu da özümlə aparıram. Dəfələrlə dostlara demişəm ki, cəbhədə harada şəhid olsam, yaxud ölsəm, həmin yerdə bu kəfənlə məni dəfn etsinlər. Mənim cənazəmi Məşhədə ya başqa yerə aparmağa haqqınız yoxdur”.

Camaat namazında imam olmaqdan çəkinirdi. Dəfələrlə öz şagirdlərinə iqtida edirdi. Buna baxmayaraq, yalnız cəbhədə camaat namazına imam olmağı qəbul edirdi. Bunun səbəbini özü belə izah edirdi: - “Mən gördüm ki, bu gənclər öz canlarını ixlasla qurban vermək və canlarından keçmək istəyirlər. Mənim kimi dəyərsiz tələbədən özlərinə camaat namazına imam olmağı istədikdə, bu əziz şəxslərin istəyini qəbul etməməkdən utandım”.

İmam Xomeyni vəfat etdikdən və Xubrəqan Məclisi ayətullah Xameneyini İslam İnqilabına rəhər seçdikdən sonra Mirzə Cavad bir çox Məşhəd alimləri ilə birgə ayətullah Xameneinin rəhbərliyini tam dəstəklədiklərini elan edib, onun göstərişlərinə tabe olmağın lazım olduğu barədə bəyanat verdilər.

Mirzə Cavadın dəfələrlə müxtəlif tarixlərdə düzəlişlər etdiyi vəsiyyətnaməsində belə yazılmışdır: - “Mənim cəsədimi şəhərin kənarında olan ümumi qəbiristanda, ya şəhərin kənarında olan (hara olursa, olsun) mübah bir yerdə dəfn edin... Hər halda, mənim cəsədimi tez, səssiz-küysüz, xalqa xəbər vermədən səhrada, ya da ümumi qəbiristanda dəfn edin. Yeddi və qırx məclisləri keçirməyin.

Kim istəsə, mənim üçün hər bir zaman əfv və bağışlanma diləsin. Yalnız bu qədərə razıyam, inşallah. Mənim övladlarım, mənim üçün ehsan vermək istəsələr, bir az namaz qılsınlar və oruc tutsalar, inşallah mən də sevinərəm. Onlara hər bir halda yalnız təqva və Allaha itaət etməyi vəsiyyət edirəm. “Haqq yolu tutub gedənlərə salam olsun!” (“Taha” surəsi, 47-ci ayə) 1358-ci il, 6-cı ay (sentyabr, 1979) – Cavad.

Ölümə aşiq olmağı və heç vaxt ondan qorxmamağı İmam Əlidən (ə) öyrənmişdi. Hətta vəfatına az qalanda xəstəliyin ən şiddətli vaxtlarında da deyirdi ki, heç bir ağrısı yoxdur. Bütün vücudunu bürüyən qəmdir. Axirət və qiyamət qəmi.

Mirzə Cavad “Ölməmişdən qabaq ölün” hədisinin mənasına dəfələrlə əməl etmişdi. Hətta dəfələrlə ruhu bədənindən və maddi bağlılıqlardan ayrılıb pərvaz etmişdi. Bu barədə bircə dəfə, onu da ruhun müstəqilliyini isbat etmək üçün “Bəşər və İslam fəlsəfəsi” kitabında (s. 33) belə bəyan etmişdir:

“Mən şəxsən, o kəslərdənəm ki, ruhumu, yəni özümü bir dəfə bədənimin qarşısında görmüşəm. İndi özümü bədənimdən çıxardığım paltarların qarşısında müşahidə etdiyim kimi. Dünyada günəşin varlığına necə inanıramsa, ruhun bədəndən ayrılmasından ibarət ölümün həqiqi olmasına da elə inandım. (Əgər məsələnin bundan daha aşkar olmasını deməsəm).”

Qaraciyər xəstəliyi bir müddət onu yataq xəstəsi etdi. Nəhayət, bir çərşənbə axşamının səhəri 2 aban 1368-ci ildə (24.10.1989) onu əldən saldı.

Onun cismində həbs olmuş ali ruhu, başı üzərində övaldının oxuduğu bu ayələrin “قيلَ ادْخُلِ الْجَنَّةَ قالَ يا لَيْتَ قَوْمي‏ يَعْلَمُونَ بِما غَفَرَ لي‏ رَبِّي وَ جَعَلَني‏ مِنَ الْمُكْرَمين” (“Yasin” surəsi, 26-27-ci ayələr.) sədası altında elə sakitlik və aramlıqla pərvaz etdi ki, bir göz qırpımında qeyb oldu. Beləcə, saxsı kuzəni səhraya atdı və həyat çeşməsinə üz tutdu. “Kim ondan bir qurtum içsə, əbədi olaraq susuzlamaz” (“Bihar əl-ənvar” c. 14, s. 323). Mirzə Cavad sadə həyat sürdü və asan da dünyadan getdi.

Ələkbər İlahi Xorasani

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap