Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 BƏHAİLİK (2) Bəndər-Abbas cümə namazlarının xütbələri (Bəndər-Abbas imamcüməsi Ayətullah Nəimazabadi)

Səlamün ələykum və rəhmətullahi və bərəkatuh!

Bismillahir-Rəhmanir-Rəhim

“Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar” (“Fatir”, 10).

Bizim söhbətlərimiz müəyyən səbəblərə görə yuxarıda diqqətinizə çatdırdığım ayənin son hissəsinə gəlib çıxdı. Ayədə deyilir: “Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar”.

Ayəni izah edərkən bildirdik ki, ayə hər bir pis hiyləyə aiddir. Günaha təşkilatçılıq edənlər, pozğunluğa təşkilatçılıq edənlər, rüsvayçı disklər hazırlayaraq cəmiyyətə ötürən və bu kimi təhlükəli bir fəsada təşkilatçılıq edənlər hamısı “pis əməl edənlər”in nümunələridir.

Çox az diqqət olunanlar məsələlərdən biri də etiqad səhasində olan hiylələrdir. Belə ki, bir sıra hiyləgər zahirən gözəl, yaxşı, aldadıcı yollarla fərdləri, cəmiyyəti ən təhlükəli vəziyyətlərə salırlar. Bunlar “pis əməl edənlər”in nümunələridir.

Biz buna misal olaraq ötən cümə namazında bəhailik firqəsinin adını çəkdik və qeyd etdik ki, lazım olarsa, bizə bildirin və bu haqda ətraflı söhbət edək.

Bir neçə səbəbdən qərara gəldim ki, iki-üç həftə bu mövzu ətrafında söhbət edim. Bir səbəb bu məsələnin yaxşı qarşılanmasıdır. Ötən həftə mən elə başa düşdüm ki, ictimaiyyət bu məsələlər haqqında danışmağı tələb edir. Bəzi gənclər də çox israr etdilər ki, həm ötən bəhslər onların ixtiyarına verilsin, həm də bir neçə həftə bu mövzu davam etdirilsin. Mən özüm də bu silsilə bəhslərin olması zərurətini hiss edirəm.

Bəhailik haqqında bəhsin zərurəti

Gənclərimiz onların nə dediklərini bilmirlər. Hətta, deməliyəm ki, bilməsi lazım olanlar da bəzən bir sıra problemlərdən dolayı bu məsələlərə vaxt ayıra bilmirlər. Görün, iş hansı yerə gəlib çıxıb ki, ensiklopedik lüğətdə deyilir: “Bəhailik, İslam firqələrindən biridir, bəhailik şiə firqələrindın biridir”.

Bu lüğəti tərtib edənlər həqiqəti bilmirlər. Qərəzli də deyillər. Lakin gerçəyi əksinə anlamışlar. Çünki bu məsələlər haqqında ya az işlənilib, ya da ümumiyyətlə işlənilməyib. Bəhailər özləri də hər yerdə bir növ hoqqabazlıq edirlər. Misirdə yeni din yox, “Yeni İslam” adı altında fəaliyyət göstərirlər.

Əlbəttə, əgər bu bəhsi tam olaraq, kifayət qədər əhatə etmək istəsək, 4-5 həftə yox, 4-5 il davam etməliyik. Bəhailiyin tarixi, bulaşdıqları cinayətlər, hərəkatlarının başlanğıcında həyata keçirdikləri qətllər, firqə başçısı Əli Məhəmməd Babın tövbənaməsi və bir çox bu kimi məsələlərə aydınlıq gətirilməlidir. Bu tövbənamə hələ də qorunub saxlanılır. Burada Bab bütün iddialarından əl çəkdiyini bildirir. Yəni öncə özü iddialarından əl çəkir, sonra isə ətrafına toplanıldığını görüb tövbənaməni pozur.

Bütün bunlar hamısı geniş məsələlərdir. Əgər bu məsələlərə aydınlıq gətirməyə başlasaq, söhbət çox uzanacaq. Bəlkə buna çox da ehtiyac yoxdur. Buna görə də yalnız önların önə çəkdikləri bir bəzi ehkamları diqqətinizə çatdıracaq və beləcə onları tanımağa çalışacağıq.

Əlbəttə, bunu bilməniz zəruridir ki, oxuyacaqlarım və ya nəql edəcəklərim heç biri vasitəli deyil. Bütün məsələləri onların başlıca kitablarından iqtibas etmişəm. Yəni (mütaliələrim zamanı görüb) qeydə almışam. İndi də bu kitablardan bir neçəsi varımdır. Bunlardan biri onların ən mühüm kitabı “Ümm əş-şəriə” adlanan “Kitabi-əqdəs” (“Ən müqəddəs kitab”) kitabıdır. Digər kitabları isə “İqan” kitabıdır. Hazırda bir qeydiyyat dəftərçəm də var ki, o kitablardan qeydlər götürmüşəm.

SAVAK bəhailiyin hamisi kimi

Öncə bir xatirə söyləmək yerinə düşərdi. 53-cü, 54-cü illərdə mərhum Ayətullah İbadi məndən ramazan ayında Zahidana getməyimi istədi. Mərhum Ayətullah Kəfəmi Zahidan ostanının təcrübəli, sayılan və ən güclü alimi idi. Biz onun qonağı olduq. Onun məscidində də çıxışlarımız oldu. Görün o zamanın dövlət xadimləri arasında bəhailiyin nə qədər nüfuzu var idi. Zahidan SAVAK-I tərəfindən mənim ardımca gəldilər. Ayətullah Kəfəminin qorxusundan ehtiyatla özlərini təqdim etdilər və SAVAK məmurları olduqlarını bildirdilər. Məndən tələb etdilər ki, Zahidanda olduğum müddətcə bəhailik haqqında danışmayım.

SAVAK-ın öhdəçiliklərindən biri bəhailiyin ifşa olumamasını təmin etmək idi. Çünki onlar bəhailiyin ifşa olunacağı təqdirdə məhv olacağını yaxşı bilirdilər. Onlar bilirdilər ki, bəhailiyin həyatının davamı cəmiyyətin cahillikdə qalmasından asılıdır.

Əlbət ki, mən də İmam Xomeyninin: “Hegemonlar nəyə “yox” deyirlərsə, siz “bəli” deyin. “Bəli” dediklərinə isı “yox” deyin”, - buyruğunu əsas götürərək bir çox məsələlərdə onlara qulaq asmadım, inad göstərdim və həssaslıqlarını bildiyim üçün çıxışlarımın çoxunda bəhailik mövzusunda söhbət etdim.

O zaman mən bəhailiklə bağlı kitabları olan bəzilərindən kitablarını mənə vermələrini xahiş etdim. Onlar kitabları yalnız bir neçə saatlığa mənə verməyə razı oldular. Mən də qəbul etməyə məcbur olurdum. Bu dəftərçə həmin günlərin yadigarıdır. Hazırda mənim ixtiyarımda olmayan bir çox kitablardan apardığım qeydləri həmin bir neçə saatlıq əlimə keçən kitablardan etmişəm.

Əgər çox vaxt versəydilər daha çox qeyd aparardım. Əgər o zaman surətçıxarma cihazları olsaydı, onlardan kitabların surətini mənim üçün çıxarmalarını rica edərdim. Lakin təəssüflər olsun ki, 53-cü ildə çoxsaylı səhifələrin surətini bir neçə saatda çıxaran bugünkü cihazlardan xəbər-ətər yox idi.

Mənim sizin üçün nəql etdiklərim hamısı onların kitablarındandır. Bir hərf belə azaldıb-çoxaltmıram. Yəni öz qaynaqlarındandır. Zərrəcə, bir sətir belə vasitəli nəql deyil.

Əlbəttə, çox istəyirəm ki, namzada iştirak edənlər bu məsələlərlə bağlı qeydlər aparsınlar və bu qeydlərə əsaslanaraq aldanmışlardan soraq tutsunlar. Əgər cümə namazında iştirak edən minlərlə insan elmi dəlillərlə bəhailərin canına düşsə, artıq onların özlərini müdafiə etməyə sözü olmayacaq. Amma əgər gedib kitabın adını, səhifəsini söyləmədən Nəimabadi belə dedi desəniz heç bir iş qabağa getməyəcək.

Xahişim budur ki, əgər indi qeyd götürmək imkanınız yoxdursa, sabah radioya qulaq asın və yazın. Həm sitatları yazın, həm də kitabı və sətirini. Yazın ki, danışdıqda heç bir şübhə etməyəsiniz.

Bir neçə bəhai hökmünün tədqiqi

1. Qeyri-bəhailərin malının qarət olunması sərbəstdir;

“Bəhailərin hökmranlığı ələ aldıqdan sonra qeyri-bəhailərin bütün malların müsadirə etmələri zəruridir” (“Bəyan”, səh. 18, sətir: 15).

“Bəyanı qəbul etməyənlərin bütün malları əllərindən alınmalıdır”.

Hökm çox təkidlidir. “Bəyan” bəhailərin dini kitabı, Seyid Əli Məhəmməd Babın əsəridir. Bu hökmə görə “Bəyan”ı qəbul etməyənlərin, qeyri-bəhailərin malik olduqları bütün mülkləri onlardan alınmalıdır. “Sonradan əgər qəbul etsələr onların malını özlərinə qaytarın. Əgər qəbul etməsələr, nuş edin. Lakin əgər gücünüz çatmayan bir yerdə olsanız, əl saxlayın”. Əgər öhdəsindən gələ bilsəniz, bütün insanların mal-mülkü sizə mübahdır. Yəni ümumi bir qarət hökmü verilir. Bunlar bəşəriyyəti xilas etmək üçün gələn parlaq hökmlərdir.

2. Bəhailiyin kitablarından başqa bütün (dini) kitablar məhv olunmalıdır;

Əli Məhəmməd Bab “Bəyan” kitabının farscasında belə yazır: “Bütün kitablar məhv edilməlidir. Fizika, kimya, tarix, təbabət, sosiologiya, psixologiya, Quran, Tövrat və İncillə bağlı bütün kitablar, hətta onların özü də məhv edilməlidir”

Bəhailik kitablarından, bəhailiklə bağlı kitablardan başqa mövcud olan hər bir kitab aradan getməlidir. Deməli, bəhailiyin kitabları, bəhailiklə bağlı kitablar qalmalıdır. Qalan bütün kitablar yer üzündən silinməlidir. İnsafla desək, qəribə hökmlərdir.

3. Bəhailiyə görə azadlıq;

“Kitabi-əqdəs”də (köhnə çap, səh. 33; yeni çap, 116) azadlıq və dünya xalqlarının azadlıq hərəkatı, xüsusilə İran xalqının o dövrdə başlayan azadlıq hərəkatı haqqında deyilir: “Azadlıq mənasızdır. Azadlıq yanlışdır. Siyasi azadlıq yanlış fikirdir. Biz görürük ki, bəzi insanlar azadlıq haqqında danışmaq istəyirlər və bununla iftixar edirlər. Onlar cahil insanlardırlar. Azadlıq fitnə ilə nəticələnir”.

Şübhəsiz, amerikalıların himayə etdiyi bu firqə Amerika çapovulluğuna göz yuman, hətta onu rəğbətləndirən firqədir. Əgər kimsə Amerikanın əleyhinə nəfəs almaq istəyirsə, dərhal fəryad çəkirlər ki, fitnə salma, çığırma, səsini ucaltma.

Yenə həmin “Kitabi-əqdəs”də (köhnə çap, səh. 27; yeni çap, 93) deyilir: “Heç kimin hökumətlərə etiraz etməyə haqqı yoxdur. Şah hər bir yanlışa yol verməkdə azaddır. Hakimiyyətə etiraz mənasızdır. Heç kimin dövlət xadimlərinə etiraz etməyə haqqı yoxdur. Onların nəyi varsa, özlərinə aiddir. Neft də onlara aiddir, qaz da onlara aiddir, saraylar da onlara aiddir ... Nə işiniz var?!”

“Siz gedin xalqın qəlbinin üzərində işləyin. Xalqın sərvətinin necə olacağının sizə nə aidiyyəti var? Şahın nə etdiyinin sizə nə aidiyyəti var? Sizin işiniz bu deyil. Siz yalnız öz ürəyinizə fikir verin. Başqa şeylə işiniz olmasın”

Bu, əslində insanların zalım, haqsız hakimiyyət əleyhinə qaldıracaqları səsi rədd edir. Baxın, görün, İslam mədəniyyətində İslam hökmranlarına etiraz necə dəyərləndirilir. “Xisal” kitabında (c. 1, səh. 6) yer alan bir hədisdə deyilir: “Ən fəzilətli cihad zalım padşah yanında ədalətdən danışmaqdır”. Bəhailik isə nəfəs belə çəkmək olmaz deyir.

Deməli, bu firqəyə görə azadlıq yasaqdır. Maraqlı firqədir. Məlumdur ki, Amerika bunu himayə etməlidir. Bir nəfərdən də kömək almaq, bir yazıçını da təsir altına salmaq qənimətdir.

4. Bəhai qadın və kişinin bərabərliyi;

Onlar deyirlər ki, biz bərabərliyə, musavata etiqad edirik. Bizim dinimiz bərabərlik dinidir. İndi isə aşağıdakı sözlərə diqqət edin: “Mənzil və xüsusi geyimlər yalnız kişi vərəsələr üçündür, vəssəlam!”

Hazırda görürsünüz ki, ölkəmizdə şəhər həyatında xalqın ümdə sərvəti onun məskunlaşdığı evdir. Siz yüz nəfərdən soruşun ki, sərvət nədir? Deyəcək ki, Allah müvəffəq edib, bir evim var. Kreditini yeni bitirmişəm. Maddi vəziyyəti yaxşı olanların bir evi var. Əgər insanlardan soruşsanız ki, bağın var? Deyəcəklər ki, bağ harda idi? Bir evim var, kreditini yeni bitirmişəm. Yəni, Tehranın on milyon sakinindən neçəsini tapmaq olar ki, evdən başqa bir şeyi olsun? Bir tərəfdən iddia edirlər ki, qadın və kişi bərabərdir. Digər tərəfdən isə deyirlər ki, mənzil kişiyə məxsusdur, qadınların mənzildə payı yoxdur.

5. Bəhailiyə görə zinanın cəzası;

İndi isə görək Hüseynəli Bəhanın əxlaqi pozğuluğa münasibəti necədir. Yaxşı diqqət yetirin. “Kitabi-əqdəs”də (yeni çap, səh. 47) deyilir: “Kim zina etsə, zinakar qadın və ya kişi “beyt əl-ədl”ə yalnız 9 misqal qızıl verməlidir. Əgər bu hal təkrar olunsa, cəzaları (cərimələri) iki bərabər, yəni  9 misqal 18 misqal olacaq”.

Belə olduqda pulluların pozğunluq etməsinə nə məhdudiyyət var? Pulun varsa, tamamdır. Hələ bu, (zina etdiyin) sübuta yetirildiyi, xalq başa düşdüyü zaman ödənilir. Sübuta yetirildikdə heç bir problem yoxdur. Onlara deyəcəksən ki, nə üçün fəryad qoparırsan? Əgər  18 misqaldırsa, mən 19 misqal verirəm.

Bu hökmlə fəsadla savaşa getmək olarmı? Bu hökm cəmiyyətin varlı təbəqəsinin günah, pozğunluq etməsi üçün əlverişli şərait yaratmırmı? Belə olduqda imkanlı adam hər ay zina edib bir çek imzalamaqla məsələni həll edə bilər.

Bu hökmlər münasibəti ilə məlumatsızlara təbrik etmək lazımdır. Gənc, səni yanlışlığa, batilə səsləyirlər. Ey xalq, bu bəhailiyi tanıyın. Bu bəhailərdən soruşun ki, siz nə deyirsiniz, sizin sözünüz nədir?

6. Kim bir evi yandırsa, onun özünü yandırın;

Bəhailiyin göstərişlərindən biri budur ki, kimsə bir evi bilərəkdən yandırsa, onun özünü yandırmaq lazımdır. Qəribədir. İslam deyir: “Əgər kimsə kiminsə malını tələf edərsə, həmin mala zamin olur”. Yəni əgər kimsə bir evi yandırsa, ekspert onu araşdırır, yaxud zərərçəkən özü nəyi olduğunu deyir və dəyən ziyan ödənilir. Bu, rasional, məntiqi, fitrətə uyğun hökmdür.

Bu adam isə deyir ki, kimsə bir evi yandırarsa, onun özünü yandırın. Yəni bir insanın dəyəri fəqət bu qədərdir? Ola bilər ki, bütün evin əşyalarının dəyəri iki milyon tümənə dəyməsin. Hətta bir milyon və ya beş yüz min olmasın. Bu, o deməkdir ki, kimsə bir köhnə kondisioneri, köhnə xalçanı, bir-iki qab-qacağı yandırarsa, onun özünü yandırmaq lazımdır.

Hüseynəli Bəhanın ağılını görürsünüzmü? Bu, nə vəziyyətdə olub ki, bu spzləri yazıb. Bunları həyat yolu kimi örnək alanlar nə qədər də çarəsizdirlər. Cəmiyyət məlumatsız olduğu zaman bu yanlışlardan danışmırlar. Yanlış olaraq: “bizim prinsipimiz musavat, bərabərlik prinsipidir”, - deyirlər. Öz gerçək simalarını göstərmirlər. Demirlər ki, əgər biz iqtidara gəlsək, ya hamı bizim dinimizi qəbul etməli, ya da bütün malları müsadirə olunmalıdır.

“Əgər kimsə bilərəkdən digərini qətlə yetirərsə, onu qətlə yetirin. Əgər kimsə bir evi yandırarsa, onu yandırın”. Yəni soyuducunun, ev əşyalarının qiyməti insandan çoxdur. Çünki, bildiyiniz kimi ən acınacaqlı, faciəli, çətin qətl üsulu yandırmaqsdır. Əgər kimisə öldürmək üçün oda atırlarsa, o, bir dəfə ölmür, əlli dəfə ölür. Demək, onların etiqadına görə, əgər kimsə bir evi yandırarsa, onu yandırmaq lazımdır. Bir insanı öldürərsə, yenə də onu öldürmək lazımdır.

7. Məhrəmlərlə ailə qurmağın icazəli olması;

“Yalnız ata-babalarınızın arvadları ilə nikah bağlamaq sizə haramdır”. Digər yerdə buna əlavələr olunmamışdır. Bəs, bacılar necə? Xalalar, bibilər, analar necə? Bunların adı çəkilmir. Yalnız ata-babalarınızın arvadları sizə haramdırlar.

İndi isə görək oğlanların oğlanlarla cinsi əlaqəyə girməsi, yəni homoseksualizm haqqında nə deyirlər: “Mən, homoseksualizmin hökmünü açıqlamağa utanıram. Allah burada xəcalət çəkmişdir” (“Kitabi-əqdəs”, yeni çap, səh. 47).

8. Bəhainin uşaq sahibi olması üçün digəri ilə cinsi əlaqəyə girə bilməsi.

Bu hökmə də diqqət yetirin. Bəşəriyyətin, ruhanilərlə ünsiyyətdə olmayan, əlaqədə olmalı olduqları mərkəzlərlə əlaqədə olmayan gənclərin halına ağlayın. Bir ovuc şüarla İslamı, Quranı əldən verir, özlərini yanlışlıqlara aludə edirlər.

“Bəyan” kitabında (səh. 298) deyilir: “Əgər bəhai qadınla, bəhai kişi ailə qurduqda, övlad sahibi olmazlarsa, kişi öz arvadını başqasının ixtiyarına verə bilər ki, uşağı olsun. Əlbəttə, o kişi də bəhai olmalıdır. Amma əgər sonradan onun qeyri-bəhai olduğu bəlli olsa, dərhal ondan ayrılmalıdır”.

Həmçinin deyilir: “Bəhai kişivə qadın ailə qurmalı, övlad sahibi olmağa çalışmalıdırlar. Çalişmalıdırlar ki, onlardan Allaha ibadət edəcək uşaq dünyaya gəlsin. Amma əgər uşaqları olmasa, onlara övlad sahibi olmaq üçün bir iş görməyə icazə verilir. Yəni kişi öz arvadını digər kişinin ixtiyarına verə bilər”. Bu, sözügedən yanlış yolun nümunələrindəndir.

Düşünürəm ki, bu ağıla zidd hərəkatın mahiyyətinin aydın olması üçün bu qədər faktlar kifayətdir. Bunları qeyd edin və gedib peşəkar bəhailərə deyin ki, siz bunlarımı deyirsiniz? Sizin hökmləriniz bunlardır? Heç bir ağıla, zəkaya görə, heç bir insanın fikrincə bu hökmlər hökm olaraq qəbul oluna bilməz.

Bəli, bir məlumatsız adam bəziləri ilə pərdə arxasında bir sıra söhbətlər etdi, bir qrup hoqqabaz yola düşdü, bığına yağ sürtmək üçün təbliğ etdi, bir qrup avam, savadsız gənc də aldandı. İlahi bizim cəmiyyətimizi bu  mikroblardan qoru!

Mən iki kitabın adını da qeyd etmişəm. Əgər əldə edə bilsəniz, çox yaxşı kitablardır. Bəhailik haqqında gördüyüm ən mükəmməl kitablardan biri yaxında dünyasını dəyişmiş Əllamə Müstəfəvinin “Bab Bəhanın tarixinin, etiqadının, hökmlərinin tədqiqi və mühakiməsi” kitabıdır. Bu kitab onların öz qaynaqlarını əsas götürmüş və dəqiq səhifə nömrələrini də qeyd etmişdir. Sözügedən kitab nəşr olunduqda müəllifin adı ixtisarla Doktor H. M. T. yəni, Doktor Həsən Müstəfəvi Təbrizi kimi verilmişdi. Kitab, üç cilddən ibarətdir. İnsafla desək, bu, məlum mövzuda gördüyüm ən ən yaxşı kitabdır.

Digər kitab isə mərhum Şeyx Cavad Tehraninin “Bəhai nə deyir?” kitabıdır. Hərçənd ki, bu da yaxşı kitabdır. Amma öncəki kitab həqiqətən daha yaxşı kitabdır. Digər az həcmli kitablar da var. Amma mənim gördüyüm ən yaxşı kitab Əllamə Müstəfəvinin 600-700 səhifədən ibarət “Bab Bəhanın tarixinin, etiqadının, hökmlərinin tədqiqi və mühakiməsi” kitabıdır. Fikrimcə, ən yüksək səviyyəli, tədqiqatçıcasına yazılmış kitabdı budur. Alın, oxuyun və bu batil hərəkatla daha çox tanış olun.

Təəssüflər olsun ki, ictimaiyyətin məlumatsızlığı ucbatından bəhailər bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə çox fəaldılar. Qeyd etdim ki, bunlar nəinki müsəlman deyillər, əksinə, kafirdilər. Bundan da pisi onların bütün varlıqları ilə İslamla təzadda olmalarıdır. Onlar özlərini müsəlman kimi təqdim edirlər. Sizin qəbul etdiklərinizi, biz də qəbul edirik, fərqimiz yalnız İmam Zamandadır, - deyirlər.

Onlar yalan deyirlər. Əslində nə quranı qəbul edirlər, nə sonuncu peyğəmbər həzrət Məhəmmədi (s) qəbul edirlər, nə İmam Əlini (ə) qəbul edirlər. Bütün bunların hamısını “keçmiş” hesab edir və deyirlər: “Keçmiş Quran, keçmiş imam, keçmiş peyğəmbər. Yəni bunlarınm hamısının vaxtı keçmişdir.

Bir məsələyə də diqqət yetirin. Onlar deyirlər: “Sizin etiqadınıza görə, İmam Zaman hələ gəlməmişdir. Amma bizim sizinlə bir fərqimiz var. O da budur ki, bizim etiqadımıza görə İmam Zaman gəldi və dünyadan getdi. Lakin o, özü ilə kitab gətirdi və digər bir zühurun müjdəsini verdi. O da digər kitab gətirdi ki, o şəxs həm Allahdır, həm də peyğəmbər”.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap