Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 SİYASİ OLİQARXİYA HÖKMRANLIQ TƏLAŞI İÇİNDƏ (Müəllif: Höccətül-İslam vəl-müslimin Doktor Əhməd Cahanbozorgi)

Cənab Cahanbozorgi söhbətə başlamazddan öncə, zəhmət olmasa, demokratiyanın tərifini oxucularımızın diqqətinə çatdırardınız. Ümumilikdə demokratiya hanıs növ təsnifata malikdir?

Demokratiya iki sözdən, xalq mənasını ifadə edən demo, hakimiyyət mənasını ifadə edən kratiya sözlərindən təşkil olunmuşdur ( yun. Demos – xalq və yun. Kratos – hakimiyyət).

Bu terminin mənşəyi antik yunanlardır. Biz onu dilimizə cumhuriyyət, xalq hakimiyyəti kimi tərcümə edirik. Demokratiyanı müxtəlif cəhətlərdən fərqli növlərə bölürlər. Misal üçün, onu atributlar, cərəyan və s. baxımdan müxtəlif bölgülərə ayırırlar.

Demokratiya atribut baxımından iki qisimə - xalis demokratiya, qeyri-xalis (şərtli) demokratiya qisimlərinə bölünür. Xalis demokratiyanın xüsusiyyətləri aşağıdakılardır:

Birinicisi, xalis demokratiyada qanun (mütləq şəkildə) xalqın iradəsinə söykənir. İkincisi, dini plüralizmə əsaslanır. Yəni hər bir etiqad haqdır. Əgər o etiqad azlıqdırsa, çoxluqa çevrilə bilər. Üçüncüsü, siyasi sekuyarizm çox mühüm bir prinsip kimi dəyərləndirirlir (siyasətin metafizik dindən ayrı olması). Dördüncüsü, siyasi məsələlərdə xalqın iştirakı. Beşincisi, qanun qarşısında bərabərlik. Altıncısı, nisbi azadlıqların mövcudluğudur.

Xalis demokratiya heç bir tarixi dövrdə reallaşmamışdır. Hətta Yunan demokratiyasını da incələdikdə onun qeyri-xalis demokratiya olduğunu görürük.

İslam hakimiyyəti və xalis demokratiya xüsusiyyətlərini müqayisə etdikdə hansı müştərək cəhətlər üzə çıxır?

Ümumilikdə bu iki katiqoriya arasında heç bir uyğunluq yoxdur. Çünki bəzi xüsusiyyətləri, xüsusilə ilk üç xüsusiyyət İslamla səsləşmir.

Qeyri-xalis və ya şərtli demokratiya isə aşağıdakı özəlliklərə malikdir:

  1. Qanun xalqın istəyinə əsaslanır. Amma tələb olunan, qəbul olunmuş haqqın etiqadı ilə məhdudlaşır;
  2. Etiqadi monoizm mövcuddur. Yəni bir etiqaddan başqa haqq yoxdur;
  3. Siyasət, metafizik dinə əsaslana bilər. Bunun nümunələri müxtəlifdir;
  4. Xalqın siyasi məsələlərdə iştirakı;
  5. Qanun qarşısında bərabərlik;
  6. Nisbi azadlıqların mövcudluğu.

Son yüzilliklərdə formalaşan bütün demokratik cəmiyyətlər hamısı qeyri-xalis demokratiyalardır. İslam da bir cərəyan olaraq qeyri-xalis demokratiyaya uyğun gəlir.

Cənab doktor, siz qeyri-xalis demokratiyanı İslam hökumətinə uyğun hesab edirsiniz? Nə üçün?

İslam hökuməti qeyri-xalis demokratik sistemlə təzadda deyil və onun nümunələrindən biri hesab olunur. Mərhum İmam Xomeyninin (r) “İslamda demokratiyaya yer verilmişdir” fikri də bu məsələyə işarə vurur.

Cənab doktor, siz Qərbdə mövcud olan demokratiyanı sözügedən demokratiyalardan hansına aid edirsiniz?

Liberal demokratiya bir növ Qərb demokratiyası, qeyri-xalis demokratiyadır. Yəni qanun xalqın istəyinə əsaslanır. Amma bu, heç də o demək deyil ki, onların bütün istəkləri keçərlidir. Burada meyar liberalizmdir. Bunu Fransa, İngilitərə, Amerika dövlət xadimlərinin siyasi davranışlarında görmək olar. Misal üçün, stadionda oyunun başlanması üçün dua oxunuşu buraxılmasını istəyirlər. Mübahisə yaranır. Nəticədə “Ali Məhkəmə” (“Konstitusiya məhkəməsi”) adlanan konstitusiyanın izahı ilə məşğul olan şuraya müraciət etməyə məcbur olurlar. Bu şura 9 hakimdən (qazı) təşkil olunmuşdur. Onlar bilavasitə Amerika prezidenti tərəfindən təyin olunmuşlar. Bu etiqad mübahisəsi “Ali Məhkəmə”də müzakirəyə çıxarılır. Məhkəmə bu addımın konstitusiya və liberalizm ruhuna zidd olduğu haqqında qərar çıxarır. Demək, liberal demokratik sistem liberalizm cərəyanı çərçivəsində xalqın istəyində məhdudiyyətlər yaradır.

Liberalizm cərəyanında yalnız liberalizm haqq hesab olunur və etiqadi monoizm mövcuddur.

Bəziləri dini plüralizmlə etiqadi plüralizmi qarışdırırlar. Əqidə dini məsələlərdən daha üstün, daha köklü və daha genişdir. Liberalizm cərəyanı öz daxilində insanların fərdi ibadi məsələləri çərçivəsində dini plüralizmi qəbul edə bilər. Amma cəmiyyətə bir əqidə, bir ideologiya hakim olmalıdır ki, o da liberalizmdir.

Liberal demokratiyada siyasət metafizik dinə əsaslanmır. Yəni siyasəti din sahəsindən ayırmişlar.

Siz demokratiyanın bir cərəyan kimi bölgünüsünə toxundunuz. Bu bölgü necədir?

Demokratiya bir cərəyan kimi altı qisimə bölünür. Əgər bu bölgünü demokratiyanın meydana gəldiyi tarixi ardıcıllıqla bölmək istəsək, öncə demokratiya İslam (hökuməti) olmuşdur. Peyğəmbərin (s), İmam Əlinin (ə) dövründə demokratiyanın adı olmasa da bu anlayış var idi.

Demokratiyanın ikinci mərhələsi liberalizmdir. Onun təməli Fransa inqilabı ilə qoyulmuşdur.

Üçüncü mərhələsi nasionalizmdir. Bu, 19-cu əsrin əvvəllərində Avropada Fransa inqilabından sonra fransalı Kont tərəfindən meydana gəlmişdir.

Dördüncü mərhələsi sosializmdir. Bu, 1848-ci ildə kommunist manifesti zamanından Marks tərəfindən meydana gəlmişdir.

Beşincisi, faşizm demokratiyasıdır.

Altıncısı, xristian demokratiyasıdır. Bu xristian demokrat partiyası son onilliklərdə meydana gəlmişdir.

Cənab Cahanbozorgi, faşizmi bir növ demokratiya hesab etmək olarmı?

Əgər demokratların siyasi görüşünün əsasını hansı demokratiyaların elmi dairələrdə rəsmi olaraq tanınmasında axtarsaq, heç bir demokratik sistemin sonadək davamlı olmadığını görəcəyik. Çünki sözügedən altı demokratik sistemdən heç bir digərini demokrat olaraq qəbul etmir. Demək, biz bu təsnifatda iddianı əsas götürməliyik ki, kimin demokrat olduğu iddiasında olduğu üzə çıxsın.

Padşahlıq üzərində qurulan hökumətlər demokrat olduqlarını iddia etmirlər. Əgər belə bir iddia etsələr də bunu qəbul edən yoxdur. Yəni padşahlıq demokratiyası bugünədək mövcud olmamışdır. Lakin əgər gələcəkdə belə bir şey olarsa, onu da bu bölgüyə qatmaq lazım gələcək.

Bu və ya digər demokratik cəmiyyətin tənəzzülünə, çöküşünə və nəticədə digər təfəkkürün meydana gəlməsinə səbəb nədir?

Əslində bunların tarixi kökü var. Misal üçün, İslam cəmiyyətində İslam Peyğəmbərinin (s), İmam Əlinin (ə) demokratiyası mövcud idi. Əgər kütlə nədənsə təsirlənərsə, hətta təsirlənmədən İslam demokratiyasını seçmir, qəbul etmirlərsə, İslam demokratiyası padşahlıqla və ya başqa demakratik hakimiyyət növləri ilə əvəz olunur. Həqiqətdə eniş və yüksəliş o tarixi zaman kəsiyinə bağlıdır. Hansı ki, orada kütlə təsirlənərək və ya təsirlənmədən bu cərəyanlardan birini digərinin davamı olaraq cəmiyyətdə hökmranlıq etmək üçün seçir. Misal üçün, İslamın erkən çağlarında Müaviyə kimilər padşahlıq sistemini İslam hakimiyyəti ilə əvəz etmək istədikdə kütlə, xalq təsir altına düşərək, bəziləri isə təsirlənmədənöz seçimləri ilə Müaviə ideologiyasına tabe oldular.

Buna görə də Müaviyə uğur qazandı, kütlənin təsirlənməsi və öz tərəfdarlarının fəaliyyəti nəticəsində padşahlıq ideologiyasını Peyğəmbər (s) və İmam Əlinin (ə) hakimiyyəti ilə əvəz etdi. Bu, kütləni təşkil edən fərdlərin seçimi, hər bir hakimiyyəti idarə edən dövlət xadimlərinin rolu ilə gerçəkləşir və bir demokratik sistem yerini digər demokratik sistemə verir.

Cənab Doktor, İslam demokratiyasının kütlənin siyasi hakimiyyətdə iştirakı baxımından digər demokratik sistemlərlə nə fərqi var?

Prinsipcə bəzi demokratiyalar ümumi kütləyə əhəmiyyət vermirlər. Misal üçün, fəhlə təbəqəsinin yeni elitar zümrəsinə (proletariya), kommunist partiyasına əhəmiyyət verilir. Yəni qanunlar cəmiyyətin yalnız (az) bir hissəsini təşkil edən kommunist partiyasında qəbul olunur. Çində bir milyarddan milyonlarla çox əhali olduğu halda yalnız təqribən 25 milyon insan xalqın müqəddəratı ilə bağlı qərarlarda iştirak edir. Bu, Çinin bütün əhalisinin yalnız iyirmi faizidir.

Bəzi demokratik hakimiyyət sistemlərində cəmiyyətin müqəddəratını yalnız hakimi partiya həll edir. Buna faşizmi nümuna göstərmək olar. İslam demokratiyasında isə cəmiyyət üçün qərarları ümumkütlə qəbul edir. Demokratiyanın bütün növlərində əgər hakimiyyət özünü doğrulda bilməsə, kütlə, xalq ona qarşı bədbin olur. Misal üçün, bəzi ölkələrdə kapitalist liberalizm hökm sürür və xalqın tələblərini, ehtiyaclarını təmin edə bilmirdi. Bu zaman xalq faşizmə, kommunizmə üz tutu.

Hazırda dünyanın taleyinə həkk olunmuş təfəkkür hansı növ demokratiyadan mənşə alır?

Əgər Hitler İkinci Dünya Müharibəsini qələbə ilə başa çatdırsaydı, bu gün faşizm dünyanın üçdə ikisinə hökm edəcəkdi. Lakin belə olmadı və nəticədə qalib tərəf, yəni kommunizm İkinci Dünya Müharibəsindən sonra dünyanın üçdə ikisinə hökmranlıq etdi. Bunu, hətta öz ölkəmizdə də görürük. Bu gün dünya ictimaiyyətinin üçdə ikisi liberal demokratiyaya meyillidir. Amma İran cəmiyyətində və eləcə də bir çox digər İslam cəmiyyətlərində İslam demokratiyası adlanan demokratiya növü təbliğ olunur ki, dünyada liberal demokratiyanı əvəz edə bilsin. Əgər biz İslam demokratiyasını hakim bir ideyaya çevirə bilsək, bir çox ölkələr dini demokratiyanı öz istədikləri çərçivədə qəbul edəcəklər. Bunu bir çox dövlətlərdə görmək olar. Bu nöz demokratiyanın digər ölkələr tərəfindən qəbul olunması onun İran daxilində müvəffəqiyyətindən asılıdır.

Sizcə, Qərb demokratiyasının ən mühüm zəif və zədəli tərəfləri hansılardır?
Bu gün Qərb demokratiyası deyildikdə liberal demokratiya nəzərdə tutulur. Çünki digər demokratiyalar çox da papulyar deyillər. Əgər liberal demokratiyaya tərif vermək istəsək, öncə onu siyasətə verilən tərif baxımından tənqid etməliyik. Liberal demokratiyanın bu gün artıq qərblilərin də dərk etdiyi, başa düşdüyü başlıca problemi cəmiyyətdə əxlaqi sərvətlərə, etik fəzilətlərə diqqət edilməməsidir.

Onların tərifinə görə siyasət bizim İslamda tərif verdiyimiz siyasətlə tam fərqlənir.

Qərblilər siyasətə pozitivistcəsinə tərif verməyə çalışır və məhz bu baxımdan da ona ideologiyada, əmrlər və yasaqlarda yer verirlər. Yəni insanların siyasi münasibətlərini, siyasi orqanların funksiyalarını “iqtidar”la bağlayırlar. Buna görə də siyasətin tərifində iqtidara da yer verirlər. Onlara görə, “siyasət, iqtidar və nüfuzdan ibarətdir”. Başqa sözlə desək, “siyasət, dəyərlərin iqtidarlıcasına paylaşdırılmasıdır”. Bir halda ki, İslam hakimiyyət sisteminə və ya İslam demokratiyasına görə, “siyaət, İslam cəmiyyətinin transendentallığa doğru yönləndirilməsi və bu yöndə idarə edilməsi”dir.

Bu gün Qərb dünyası bu məsələni başa düşmüş və Platon və Aristotelin önə çəkdiyi əxlaqi fəzilətlərlə bağlı renessans meydana gəlmişdir. Aristotelin düşüncələrinə nəzər salsaq, onun: Əgər hakimiyyət öz ölkəsinin vətəndaşlarına əxlaqi fəzilətlər aşılamağı nəzərdə tutmasa, onu hökumət adlandırmaq olmaz”, – dediyini görərik.

Liberal demokratiyanın atası Con Lokk isə bunun tam əksini söyləyərək bildirir: “Hökumətin vəzifəsi cəmiyyəti təşkil edən fərdləri heç bir vəchlə günah və ya fəsada qurşanmağa qoymamaq deyil. Dövlətin vəzifəsi vətəndaşlarının bir-birinin hüquqlarını tapdayan qanun pozuntusuna yol verməməklə, yaxud bir-birlərinin qanunda nəzərdə tutulmuş nüfuz dairələrinə təcavüz etməmələrinə əngəl olmaqla məhdudlaşır”. Onun fikrincə, dövlətin vəzifəsi sırf maddidir. Amma bəzi siyasi nəzəriyyəçilər Aristotelin fikirlərini Con Lokk fikirlərindən üstün tuturlar. Onlar, etik məsələləri müdafiəyə qalxaraq bildirirlər: “Lokkun fikirlərinin yanlışlığı praktikada özünü göstərmişdir. Özündən sonrakı illərin təcrübəsi onun yanlışlığını nəinki təfəkkür tərzində, həm də onun fikirləri üzərində təsis edilən dövlətlərin praktikasında göstərmiş, onları ziddiyyətlə əlbəyaxa etmişdir”.

İkinci məsələ budur ki, liberal demokratiyada qanun ümumkütlə rasionallığına əsaslanır. Yəni, ümumkütlə nəyi xoşlayırsa, cəmiyyətə da o hakim olmalıdır. Buna görə də həm fəlsəfi düşüncələrində, həm də qanunlarında relyativizmə düçar olmuşlar. Ola bilər ki, qanun, bir əsrdə o zamana nisbətdə doğru olsun. Misal üçün, homoseksualların nikah bağlaması bu qəbildəndir. Bəzi zamanlarda qanun onun əleyhinə çıxırdı və relyativizmə üz gətirirdi. Bu, ümumkütlə rasionallığının əsas götürülməsinə sübutdur.

Qərb demokratiyasının digər bir problemi isə iqtisadi hərc-mərclikdir. Adam Smit deyir: “Fərdlərin azadlığı ilə bağlı (məhdudiyyət yoxdur). Qoyun nə istəyirlərsə, etsinlər, nə istəyirlərsə, aparsınlar”. Bu azad iqtisadiyyat məsələlərinin kölgəsində cəmiyyətə zərbə endirirlər. Yəni, sələm, qumar, pozğunluq yuvaları açmaqla varlanmaq azad və labüd liberal cəmiyyət təbəqələşmiş cəmiyyət olur.

Toxunduğunuz bu iqtisadi zərbələr liberalist təfəkkürdə özünü o qədər də göstərmir. Bəs, bu növ təfəkkürün müqavimətinin dəlili nədir?

Əgər bu ölkələrdə iqtisadın hələ də ayaq üstə dayandığını, hərəkətdən qalmadığını görürüksə, bu, həmin liberalist dövlətlərin müstəmləkələşdirilmiş xalqların qanını sovurmaqla göstərdikləri müqavimət nəticəsindədir. Hazırda Amerikanın dünyada 50-dən çox, İngiltərənin isə təqribən 10-dan çox müstəmləkəsi var. Onlar digər dövlətləri liberalizmi qəbul etmədikdə faşizm boyunduruğuna düçar olmaqla qorxudurlar.

Cənab Doktor, əgər demokratiyanın şərtlərindən biri xalqın siyasi məsələlərdə iştirakıdırsa, Amerikanın İslam Respublikasında seçkilərə qarşı çıxaraq onu qeyri-demokratiklikdə ittiham etməsinə səbəb nədir?

Amerika dövlət xadimləri dünyanı iki rəngdə görürlər. Özləri demişkən, “ya bizimlə ya bizə qarşı”. Bəzi Amerika nəzəriyyəçiləri İslam Respublikasında mövcud olan İslam demokratiyasını nəinki qəbul edir, hətta onun liberalist demokratiyaya kölgə saldığını bildirirlər. Çünki onların prezident seçkilərində əhalinin 40-50 faizi iştirak edir. Lakin İslam Respublikası hakimiyyət sistemində isə əhalinin 60-70 faizi sandıq başına gedir.

Bizim qənaətimizə görə Avropa və digər liberalist ölkələrdə sırf liberal demokratiya yox, bir növ liberal oliqarxiya təfəkkürü hökm sürür. Liberal oliqarxiya liberal hakimiyyətlə varlılar hakimiyyətinin sintezidir. İtaliya hökumətinə nəzər saldıqda prezidentin bu ölkənin ən sərvətli adamı olduğunu görürük. Adətən varlı-karlılar xalqın səsini, fərqlənənlərini satın almağa çalışırlar. Amerika siyasətinin pərdə arxasında dörd min nəfər ona hökmranlıq edir. Həmin şəxslər dünyaya da hökmranlıq etmək sevdasındadırlar.

Bu dörd min nəfər Amerika Xarici Əlaqələri adlanan şura adı altında bir yerə toplanmışlar. Onlar ya sərvətli insanlardır, ya da bir yolla onlarla əlaqəlidirlər. Onlar Amerikanın ən məşhur siyasətçiləri hesab olunurlar. Kissinger, Albert Arnold Gore, Carey, Buş ailəsi, Rockefellerlər, Morganlar sözügedən dörd minə aiddir. Onlar silsilə təşkilatlar yaratmış, Respublikaçı və Demokrat partiyasını təsis etmiş və liberal oliqarx hakimiyyət qurmağa çalışırlar.

Bu siyasi səbəblər, amillər nədir və hansı prinsiplər üzərində qurulmuşdur?

Amerikalılar iki səbəbə görə bizim demokratiyamızı rəsmi olaraq tanımırlar. Birincisi, ona görə ki, dünyaya rəhbərlik etmək istəyirlər. 1991-ci ildə ata Buş Konqresdəki çıxışında bildrimişdir: “Biz liderik. Lider olmuşuq, lider də qalacağıq. Mən sizə müjdə verirəm ki, bir Amerika əsri yoldadır”. Demək, etiqadi monizmə görə Amerikanın son məqsədi olan birqütblü dünyaya nail olmaq üçün digər demokratiya növlərini rədd etmək zəruridir.

İkinci səbəb Amerikanın Yaxın Şərqə hökmranlıq etmək məqsədidir. Onlar Yaxın Şərq neftinə sahib olmaq niyyətindədirlər. Çünki, birincisi, qüdrətli, sərvətli İslam dünyasının formalaşmasını istəmirlər. İkincisi, iqtisadi qütblərə çevrilməkdə olan Yaponiyanın neft ehtiyacının 60 faizi, Çinin neft ehtiyacının 80 faizi, Avropanın neft ehtiyacının təqribən 40 faizi Yaxın Şərq nefti ilə təmin olunur. Əgər Amerika bu qütblərin formalaşmasını əngəlləmək istəsə, onları Yaxın Şərq neftindən məhrum etməlidir.

Amerikanın bu iki məqsədə nail olmaq yönündə iki ilkin planı var. Bunlardan biri sionizmi Yaxın Şərqdə mühüm bir baza olaraq qoruyub saxlamaq, digəri isə regionda yeni bazalar əldə etməkdir. Onlar işğalçı İsrail rejimini təhdid edən yeganə demokratiya modelinin İslam Respublikası olduğunu yaxşı bilirlər. Çünki digər dövlətlər İslam Respublikasını örnək ala bilərlər.

İranda mövcud demokratiya modelinin Qərbdən alındığını söyləmək mümkündürmü?

Dövlət quruluşları və (siyasi) anlayışlar bəşər tarixi ilə yanaşı addımlamışdır. Hazırda hökumət quruculuğunun bəşər tarixinin hansı zaman kəsiyindən başlandığı mübahisəlidir. Siyasi nəzəriyyəçilərə görə, təqribən, üç və ya dörd min ilə yaxın Yer kürəsində zaman hökumətsiz ötmüşdür. Təbii ki, xalq arasında meydana gələn ixtilafları dostcasına həll etmək üçün bir sıra məhkəmələr fəaliyyət göstərirdi. İslamın gəlişi ilə bu anlayışlar təsdiq olunaraq, “təsdiqlənmiş orqanlar” adı almışdır. Bundan başqa İslam özü də bəzi nümunələr irəli sürmüşdür. Buna misal olaraq, “məsum imamların (ə) vilayəti”, “vilayəti-fəqih” kimi anlayışları göstərmək olar. Demokratiya anlayışı da bəşər tarixi boyunca mövcud olmuşdur. Bir çox nəzəriyyəçi və müəlliflər demokratiya sözünü antik yunanlara aid edirlər. Halbuki yunan tarixçilərinin qənaətincə, demokratiya anlayışı antik Yunanıstandan 200 il öncə iranlılar arasında mövcud olmuşdur.

Bu, yunan tarixçi Herodotun kitabında öz əksini tapmışdır. Kiranın xələfləri onun ölümündən sonra bir yerə toplanıb, İran cəmiyyətini idarə etmək üçün ən yaxşı üsuli-idarə haqqında müzakirələr apardılar. Herodot yazır: “O toplantıda irəli sürülən təkliflərdən biri xalq hakimiyyəti qurmaq idi”. Herodot bunu demokratiya hesab etmişdir.

Platon öz fikirlərinin çoxunu iranlılardan əxz etmişdir. Belə ki, İstefn Palsi adlı müəllif “İranlıların platon düşüncələrinə təsiri” adlı kitab yazmışdır.

Bütün bunlar göstərir ki, demokratiya anlayışı yunanlardan öncə iranlılar arasında mövcud olmuşdur. Bu anlayış Yunanıstanda Aristotel tərəfindən önə çəkildikdə qərblilər arasında 14 əsr mənfur bir ifadə olaraq qaldı. Nəhayət, Fransa inqilabından sonra başqa şəkil aldı. Müsəlmanlar isə Peyğəmbərin (s) və həzrət Əlinin (ə) hakimiyyəti dönəmindən hökumət və demokratiya anlayışları ilə tanışdırlar. Demək, demokratiya bizim qərblilərdən əxz edəcəyimiz bir şey olmamışdır.

Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik!.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap