Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 DİN VƏ AZADLIQ MÜNASİBƏTLƏRİ (Ayətullah Misbah Yəzdinin görüşləri)

Din və azadlıq arasında nə münasibət var? Dini azadlıqdan üstün tutmaq lazımdırmı? Yaxud, əksinə, azadlığı əsas, dini isə ikinci dərəcəli hesab etmək lazımdır?

Bəziləri elə güman etmişlər ki, azadlıq birincilik təşkil edir, hər şeydən, o cümlədən dindən öndədir. Çünki, əgər dinin birinci azadlığın isə onun kölgəsi olduğunu əsas götürsək, dini qəbul etdikdə azad olmayacağıq. Başqa sözlə desək, dinin özünün qəbul edilməsi - digər işlər kimi - iradi, ixtiyari olaraq baş verməlidir. Dini qəbul etmək o zaman dəyərli, savaba, mükafata layiq olur ki, ixtiyari, azad şəkildə baş versin. Əgər azadlığa dindən sonra yer versək, bu, o deməkdir ki, dini qəbul etdiyimiz zaman azad olmayaq. Nəticədə bizim əməlimiz də ixtiyarsız olacaqdır. Halbuki dinin seçimi azad şəraitdə olmalıdır. İman, kökü insan qəlbinin dərinliklərinə gedib çıxan ixtiyari əməldir. O, zorla, icbari olaraq qəbul etdiriləcək, sırınacaq şey deyil. Buna görə də Allah-taala Quranda buyurur: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!” Demək, azadlıq birinci və dindən yüksəkdə durur. Dinin varlığı, etibarı, azadlıq sayəsində məna kəsb edir.

Azadlığın yeri dindən öndə olduğu bir halda, din azadlığın məhsulu, tərəməsi olduğu bir halda heç bir zaman azadlığı məhdud etmir. Çünki, heç bir nəticə öz səbəbini, heç bir budaq öz kökünü məhdudlaşdıra və bununla öz etibarını da aradan qaldıra bilməz. Buna görə də fərdlər dini mühitlərdə tam sərbəstliyə, azadlığa malik olmalıdırlar. Dini göstərişlər azadlıqları məhdudlaşdırmaq haqqına malik deyillər. Yuxarıdakı istinadın bir hissəsi doğru, digər hissəsi isə səfsətədən başqa bir şey deyil. Bunu azacıq düşünməklə aydınlaşdırmaq olar. İstinadın birinci hissəsi, yəni dinin qəbul olunmasında məcburiyyətə, zorakılığa yer olmaması, dinin tam sərbəst, azad şəraitdə təqdim və qəbul olunması fikri Dində məcburiyyət (zorakılıq) yoxdur” ayəsinə əsasən doğru sözdür. Amma istinadın ikinci hissəsi, yəni din qəbul olunduqdan sonra da azadlığın qorunub saxlanması, dini göstərişlərin də ona təsir göstərə bilməməsi fikri səfsətədən başqa bir şey deyil.

Məsələnin daha da aydınlaşması üçün deməliyik ki, bu istinadda azadlığın iki mərhələsi, iki dərəcəsi arasında fərq qoyulmamışıdır. Bu iki mərhələdə məqsəd din seçimindən öncəki və din seçimindən sonrakı azadlıqdır. İxtiyarın, seçim gücünün şərti olan azadlığın yeri dindən öndədir və o olmadan azad seçim olmayacaq.

Din seçimindən sonrakı azadlıq isə din çərçivəsində, dinin hüdudları daxilində təyin olunmalıdır. Başqa sözlə desək, İnsan tam sərbəst şəkildə dini qəbul etdikdən sonra dini bir toplu olaraq etiqadi və əməli göstərişlər şəklində qəbul etmişdir. Bu seçimin, qəbuletmənin zəruri şərtlərinə də əməl etməli, həmin etiqadlara, əməli göstərişlərə itaət göstərməlidirlər. Azad şəkildə özlərini ilahi əmrlərə, yasaqlara tabe etməlidirlər.

Bunun bənzəri insan həyatının digər sahələrində də baş verir. Misal üçün, insanlar tam sərbəstliklə, azadcasına, öz seçimləri ilə silahlı qüvvələrə qatılırlar. Lakin orduya qəbul olunduqdan, orduya hakim qanunları öz azad iradəsi, istəyi ilə qəbul etdikdən sonra o qanunları tapdamaq, pozmaq hüququ yoxdur. Burada artıq öz istədiyini etməkdə azad deyil.

Ayətullah Misbaha görə bu fikir səfsətə ilə, dini rəng verilərək, Quran ayələri əsas gətirilərək önə çəkilir ki, daha çox qəbul olunsun. Bu fikri əsaslandırmaq üçün aşağıdakı ayələrə istinad olunur:

Sən onların üzərində hakim deyilsən!” (“Ğaşiyə”, 22).

Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!” (“Ənam”, 107).

Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir (çatdırmaqdır)” (“Maidə”, 99).

Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor” (“Dəhr”, 3).

Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)” (“Kəhf”, 29).

Onlar Quran ayələrinə istinad edərək elə şüarlar verirlər, -Allaha pənah! – sankı insanın azadlığına Allahdan da çox ürəkləri yanır. Lakin unudurlar ki, sözügedən ayələrə qarşılıq olaraq digər ayələr də buyurulur:

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (“Əhzab”, 36)

Digər ayədə isə oxuyuruq: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır” (“Əhzab”, 6).

Demək olar ki, bütün təfsirçilər bu ayəni belə izah edirlər: Peyğəmbərin (s) qərarı kütlənin qərarından yüksəkdədir. O, qərara aldıqda başqalarının qarşı çıxmaq hüququ yoxdur. İlk olaraq bu iki qrup ayə arasında ziddiyyət olduğu nəzərə çarpır. Lakin Quranla azacıq tanış olanlar, ayələrin kontekstinə nəzər salanlar başa düşürlər ki, bu ayələrin azadlıq məsələsinə aidiyyəti olmadığı üçün heç bir təzad da baş vermir. Əksinə, bu, Peyğəmbərə (s) ürək-dirək verməkdir. Çünki Peyğəmbər (s) mərhəmət, inayət qaynağı olduğundan xalqın haqq yola gəlməməsindən nigəran idi. Bəzən o qədər qəm yeyirdi ki, sanki özünü həlak edəcəkdi. Belə hallarda Allah-taala ona ürək-dirək verərək buyururdu: “(Ya Peyğəmbər! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksənmi?)” (“Şüəra”, 3) Allah-taala bütün bu ayələri Peyğəmbərə (s) təskinlik vermək üçün nazil etmişdir.

Deməli, din azadlıq qarşısında yer aldıqda məğlub olmuşdur fikri yanlışdır və Quran baxımından dəstəklənmir. Dini qaynaqlardan bunu sübuta yetirmək üçün bir söykənəcək tapmaq mümkün deyil. Necə ki, birinci qrupa daxil olan ayələr də fərqli düşünənlərin iddiasını təsdiq etmir və onların ayələrə verdikləri şərh şəxsi fikirlərinin məhsuludur.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap