Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Plüralizm

Behişt hamıya nəsib olacaq, yoxsa müsəlmanlara məxsusdur?

“Plüral” sözü çoxluq mənasını ifadə edir. “Plüralizm” isə çoxluqçuluq, çoxluğa meyillilik mənalarını əks etdirir. Plüralizmin müxtlif növləri var və dini, əxlaqi, mədəni, siyasi və s. sahələri əhatə edir. Bu növlərin içində qarşınızdakı məqalənin mövzusu olan “Nicat plüralizmi”dir.

Bu bəhsdə məsələ bundan ibarətdir ki, axirətdə xilas olmaq, axirət səadəti, onun nemətlərindən bəhrələnmək, behiştə daxil olmaq xüsusi bir dinin ardıcıllarına xasdər, yoxsa bütün fərqli dinlərin tərəfdarları axirət səadətindən bəhrələnəcək və xilas olacaqlar? “Nicat plüralizmi”nə etiqad bəsləyənlər ikinci versiyanı, yəni, çoxsaylı, fərqli dinlərin ardıcıllarının nicat tapacaqları fikrini müdafiə edirlər.

Mövzunun önəmi

Məsələnin fəlsəfi, sxolastik, ictimai, əxlaqi nəticələrinə nəzərən mövzu ilə bağlı tədqiq etmək daha çox əhəmiyyət qazanır. Çünki dünya növbənöv, rəngarəng dinlərlə, məzhəblərlə doludur. Bir tərəfdə İslam, xristianlıq və iudaizm kimi monoteist dinlərin, digər tərəfdə isə induizm, budizm, konfusizm və digər qeyri-monoteist dinlərin cərgələndiyinin şahidi oluruq.  Bu dinlərdən hər biri öz daxilində çoxsaylı ordenlərə yer vermişdir. İslam dünyasında imamiyyə, əhli-sünnə (fərqli sxolastik istiqamətlərə nəzərən əşərilik, mötəzililik,  fiqhi istiqamətlərə nəzərən hənbəlilik, hənəfilik, şafeilik və s.) əbaziyyə, matridiyyə, ismailiyyə və s. xristian dünyasında ortodoks, katolik, protestant kimi fərqli orden nümunələri mövcuddur.

Bu dinlərin hər biri dünyada mövcud olan bütün insanlarla müqayisədə çox az daşıyıcıya malikdirlər. Onların qarşılığında böyük insan kütlələri yer almışdır. Belə olan halda əgər bu konfessiya və ordenlər yalnız öz ardıcıllarını xilas etsələr, digərlərini isə birbaş məhvə, alova sürükləsələr nə hadisə baş verəcək?

Bu halda bütün bu ordenlər, ən azı monoteist konfessiyalar, tövhid dinləri aşağıdakı suallara cavab verməli olacaqlar:

İnsanların böyük əksəriyyətinin məhv olacağına, bədbəxtliklə sonuclanacaqlarına nəzərən Allahın insanı yaratmaqda hikməti, insanları hidayət etməkdə, yönləndirməkdə iradəsi, peyğəmbərlər, elçilər göndərməkdə, nəbiləri vəzifələndirməkdə məqsədi bir sözlə yaradılış hadisəsi öz məqsədinə çatacaqmı?

Əgər geniş cəmadatın, nəbatatın, heyvanatın yaranmasında məqsəd insanın kamilliyə yetməsinə zəmin yaratmaqdırsa, sonda onların çoxu öz məqsədinə çatnayacaq. Zəlalət nəticəsində məhvə, cəhənnəmə sürüklənəcəklər. Sizcə, varlıqların, xüsusilə insan növünün yaradılışına fəlsəfi, sxolastik baxımdan haqq qazandırmaq olacaqmı?

Fəlsəfi, sxolastik nəticələrindən əlavə bu məsələ ictimai baxımdan da bir sıra nəticələr doğuracaqdır. Yalnız öz aqibətini səadətdə, nicatda görən, digərlərini isə birbaş bədbəxtlikdə, əzabda, möhnətdə, azğınlıqda görən görən azlıq ictimai mübadilələrdə də bütün ictimai imtiyazları özünə tərəf çəkəcək, özünü hamıdan yüxarıda əyləşdirəcək, çox olsun ki, digərlərinin işkəncəsini, həttə qətlini belə rəva görəcək. Şübhəsiz, tarix boyu bütün ictimai çəkişmələrin, yaşanan gərginliklərin kökü bu məsələdir.

Bu məsələnin əxlaqi və tərbiyəvi baxımdan da bir çox diqqətə layiq nəticələri olacaq. Əgər hər bir orden yalnız öz ardıcıllarının nicat tapacağına inanc bəsləsə, digərlərini birbaş bədbəxtliyə, əzaba sürüklənəcəyinə inansa, təbii ki, əxlaqi baxımdan onlara masqara, təhqir gözü ilə baxacaq, onlardan ülfət və yardımını əsirgəyəcək, özünün daha yaxşı olduğuna, daha çox önəm daşıdığına inanacaq, təşəxxüsə, eqoizmə haqq qazandıracaq, başqaları ilə ünsiyyətdə olmaq onun üçün möhnət, əzab rolunu oynayacaq və s.

Bunun tam qarşılığı olaraq, əgər nicat və cəhənnəm əhli haqqında görüşümüzdə dəyişiklik yaransa, digər konfessiyaların, ordenlərin ardıcıllarının məhvinə, əzaba sürüklənəcəyinə yəqinlik və qətiyyət əvəzinə onların xilas olmaq ehtimalını irəli sürsək (çox yox, yalnız ehtimal), sözügedən sualların cavabı da bütünlüklə dəyişəcək.

Yaradılışın hikməti, fəlsəfəsi, Tanrının hidayətçilik atributu, elçilər göndərməsində məqsəd, daha çox insanı əhatə edəcək, güclü və zəif zümrələri də öz nüfuz dairəsinə alacaq.

İctimai əlaəqələr başqa rəng alacaq. İnsanların psixi, əxlaqi vəziyyəti daha çox təskinlik, aramlıq tapacaq.

Fərziyyələr

İslam təfəkkürü coğrafiyasında “Nicat plüralizmi” məsələsi ilə bağlı üç fərziyyədən söhbət gedə bilər. Şübhəsiz, lazımı tədqiqatdan sonra bu üç versiyadan biri daha çox təsdiq olunacaq və nəzəriyyəçilər tərəfindənb qəbul olunacaq:

1. “Nicat plüralizmi”nin mütləq inkarı; 2. “Nicat plüralizmi”nin mütləq inkarı; 3. “Nicat plüralizmi”nin şərti qəbul olunması.

“Nicat plüralizmi” və dini idrakı münasibəti

“Nicat plüralizmi”nin mütləq qəbul olunacağı və çoxsaylı dinlərin ardıcıllarının xilas olacaqlarına etiqad bəsləndiyi halda belə bir sualla qarşılaşırıq ki, çoxsaylı dinlərin nicat tapmasına səbəb onların dini təlimlərinin haqq olması, doğruluğudur, yoxsa buna tamam başqa bir səbəb var?

Başqa sözlə desək, “Nicat plüralizmi” dini idrak plüralizminin qəbuluna, fərqli, çoxsaylı dinlərin haqq olduğuna söykənir, yoxsa kamil dinin yalnız bir din olduğunu qəbul etmək və “nicat plüralizmi”ni başqa yolla sübuta yetirmək lazımdır?

Əlqərəz, dini idrak plüralizmi ilə “nicat plüralizmi” arasında məntiqi bağlılıq var, yoxsa yox?

Bir çoxlarının fikrincə “nicat plüralizmi”nə etiqad bəsləmək dini idrak plüralizmi təfəkkürünə təslim olmaq deməkdir. Bütün denlərin haqq olduğuna, çoxlu sayda doğru yolların mövcud olmasına inanmadan onların daşıyıcılarının xilas olacağına etiqad bəsləmək olmaz. Əgər dini idrak və etiqad baxımından doğruluğu, gerçəkliyi yalnız bir dinə aid etsək, şübhəsiz, səadət və nicatın da yalnız həmin dinə xas olduğunu qəbul etməliyik.

Müasir dövrdə bu nəzəriyyənin ən görkəmli nəzəriyyəçisi John Hick. Onun bir xristian keşişi olaraq xristianlığın, kilsənin səadət qaynağı olmasını müdafiə etməli olmasına baxmayaraq, kilsə inanclarına tənqidi yanaşır və gerçəkliyin, sıadıtin yalnız kilsə etiqadlarına xas olmasına qarşı çıxır. Hick, dini plüralizmi ortaya atmaqla xristianlıq dünyasında yeni bir layihə ortaya qoymuşdur:

“Bir isəvi olaraq, diqqətimi xristian mütləqiyyətçiliyi üzərində cəmləməliyəm”. Bu mütləqiyyətçilik keçmişdə daha güclü şəkil almış və öz ardınca böyük nəticələr doğurmuşdur. Bu, keçmişdə “kilsə xaricində heç bir nicat yoxdur”, - deyən Roma katolik kilsəsinin qəti etiqadında da, missioner hərəkatı başladaraq: “Xristianlıq xaricində nicat, xilaskarlıq yoxdur”, - deyən on doqquzuncu əsr protestant kilsəsində də belə idi.

Hcik, buna görə də katolik və protestant inhisarçılığını rədd edərək dini plüralizmim carçısına çevrildi.

“Plüralizmə görə, insan varlığının öz ətrafına dolanma halından Allah (həqiqət) ətrafına dolanma halına keçməsi üçün dünyanın böyük dinlərinin (İslam, xristianlıq, yəhudilik) hamısının daxilində dini ənənələr mövcuddur. Başqa sözlə desək, nicat tapmaq üçün yalnız bir yol yoxdur. Əksinə, bunun üçün çoxsaylı yollar mövcuddur. Plüralizm, bu nəzəriyyəni qəbul etməkdən ibarətdir”.

John Hick nicat plüralizminə yetmək üçün irəli sürdüyü yolları qısaca aşağıdakı şəkildə bəyan etmək olar:

Epistemoloji plüralizm;

Dini idrak plüralizmi;

Nicat plüralizmi.

Qeyd etmək lazımdır ki, onun bu layihədə məqsədi ictimai plüralizmə, yəni tolerantlığa,  dini dözümlülüyə, müxtəlif dinlərin daşıyıcıları arasında normal birgə ictimai həyata nail olmaq, dini plüralizmi ortaya atmaqla ictimai toleranylığı, dözümlülüyə nail olmaq, ictimai həyatı normallaşdırmaqdır.

Bu versiyanın qarşı tərəfində isə nicat plüralizmini qəbul etməyin gərəyi dini idrak plüralizminətəslim omaq olmadığı fikrində olanlardır. Onların fikrincə dini idrak plüralizmini rədd etməklə, yalnız bir dinin haqq olduğunu, yalnız bir doğru yolun mövcud olduğunu qəbul etməklə yanaşı digər dinlərin ardıcıllarının da nisbi axirət səadətinə qovuşmalarını qəbul etmək olar. Incə

İbn Sina, Molla Sədra, Əllamə Təbatəbai, İmam Xomeyni, Mürtəza Mütəhhəri kimi müsəlman filosofları bu nəzəriyyənin tərəfdarlarındandırlar. Bu məqalənin missiyası nicat plüralizmini İslam qaynaqlarına nəzərən araşdırmaq olduğundan birinci versiyanın tərəfdarlarının (John Hick və onunla eyni fikirdə olanlar) görüşlərini incələməkdən yayınır, İslam təlimlərinin haqlığını, əbədiliyini, qloballığını, doğru yolun İslamın Əhli-beyt (ə) qoluna xas olduğunu əsas götürərək mövzunu davam etdiririk.

İndisə görək, haqlığı, doğru yolu yalnız İslama xas etməklə nicat plüralizmini qəbul etməyin bir yolu varmı?

Mövzu ilə bağlı iki yanaşma - əqli və nəqli yanaşma iləbəhsə başlamaq olar. Əqli yanaşmada bu mövzu haqqında söhbət açılır ki, ümumi olaraq, xüsusi nümunələrini təyin etmədən qiyamətdə insanların vəziyyəti necə olacaq? İnsanların əksəriyyəti əzab, bədbəxylik əhlidirlər, yoxsa səadət və nicat?

Nəqli yanaşmada isə Quran ayələrinə, hədislərə, müsəlman təfsirçi və sxolastların nəzəriyyələrinə əsasən müxtəlif insan zümrələrinin, misal üçün, möminlərin, kafirlərin, uşaqların, zülmə məruz qalanların və s. vəziyyəti öyrənilir.

A) Əqli yanaşma; İnsanların axirət həyatında səadət və bədbəxtliyi məsələsində belə bir irad a yer verilri ki, insanların böyük əksəriyyətinin nəzəri fəsəfə baxımından əqli kamilliyə malik olmamalarına, cəhalətə məğlub olmalarına, praktiki fəlsəfə baxımından əxlaqi kamilliyə malik olmamalarına, ehtiraslar qarşısında məğlubiyyətə uğramalarına nəzərən əzab əhli olacaq, çox az bir miqdarı isə axirət səadətinə qovuşacaqdır.

İbn Sina, Xaə Nəsrəddin Tusi, Mola Sdəra kimi müsəlman filosoflar bu irada cavab vermiçlər. İbn Sina “İşarat və tənbihat” əsərində bildirir ki, insan bədəninin vəziyyəti üç haldan xaric olmadığı kimi onun nəfsinin vəziyyəti də üç haldan xaric deyil. İnsan bədəni ya tam gözəllik səviyyəsindədir, ya tam çirkinlik, xəstəlik səviyyəsindədir, ya da bu iki vəziyyət arasındadır. Dünya həyatında birinci təbəqə (tam gözəllikdə olanlar) xoşbəxt həyatdan yararlanır. İkinci təbəqə heç bir şəkildə faydalana bilmir. Üçüncü təbəqə isə ağıl və əxlaqdan mötədil səviyyədə, yaxud orta səviyyədə yararlanırlar. Birinci təbəqə tam axirət səadətinə qovuşacaq. İkinci təbəqə ondan yalnız möhnət, əzab görəcəklər. Onların ikisi arasında olan üçüncü təbəqə isə səadət əhli hesab olunurlar, axirət həyatından faydalanacaqlar.

Birinci və ikinci təbəqələrin hər birinin mənsubları (kamil ağıla və əxlaqa malik olanlar və onların hər ikisini əldən verənlər) çox azdır. Lakin üçüncü təbəqə isə (onların ikisi arasında olan təbəqə) olduqca çox insan özündə yer vermişdir.

Birinci və üçüncü təbəqələrin qovuşmasından nicat və səadət əhli meydana gəlir və bu əksəriyyətdir. Əzab əhli olan ikinci təbəqə isə azlıq olacaqdır.

Demək, axirət dünyasında səadət və xeyir əhli əzab əhlinə nisbətdə daha çoxdur.

Sədr əl-Mütəəllihinin fikrincə də din prinsiplərinə və rasional qaydalara əsasənaxirətdə insanların böyük əksəriyyəti zəruri olaraq nicat və səadət əhli olacaq. O, daha sonra limmi arqumentdən yararlanaraq əlavə edir:

“Təbii varlıqların hər bir növünün yaradılışı elə bir şəkildə olmalıdır ki, həmin növü təşkil edən bütün fərdlər və ya əksər vərdlər heç bir maneə, problem olmadan özünəməxsus kamilliyə yetməlidir. Burada yalnız qeyri-daimi, ötəri maneçilikdən, keçici, nadir problemdən söhbət gedə bilər. Bu limmi arqumentə əsasən, insan növünü təşkil edən bütün fərdlər və ya onların əksəriyyəti insana xas kamilliyə yetməli, səadət və nicatdan yararlanmalıdırlar.

Əlbəttə, Molla Sədra təkidlə bildirir ki, burada söhbət açdığımız kamillik yalnız insanın birinci və ikinci kamilliyidir. Burada məqsəd sonrakı kamilliklər, yəni Allaha, mələklərə, onun ayələrinə nisbətdə hikmət və ürfan kimi kamilliklər deyil. Bu növ kamilliklər əksər insanların daxilində mövcud deyil. Bu, yalnız çox az bir qismə aiddir.

Molla Hadi Səbzivari Molla Sədranın birinci kamillik dedikdə hər bir insan fərdinin istedadına uyğun kamilliyi nəzərdə tutduğunu bildirir.

Bütün bunların nəticəsi budur ki, rasional yanaşmaya görə, axirət dünyasında insanların əksəriyyəti dərəcə, mərtəbə fərqi olmasına baxmayaraq, səadətdən, nicatdan yararlanacaqlar. Onların yalnız az bir hissəsi əbədi əzaba, bədbəxtliyə düçar olacaq.

İndi isə görək, bu əqli nəticə nəqli (ənənəvi) dəlillər, müqəddəs mətnlər tərəfindən də dəstəklənir ya yox?

B) Nəqli yanaşma.

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdən ilham alaraq qiyamət səhnəsinə gətirilən insanların üç qisim olduğunu demək olar: möminlər, kafirlər, azğınlar.

Möminlər behişt nemətlərindən bəhrələnəcəklər. Kafirlər cəhənnəm əzabına yuvarlanacaqlar. Azğınlar isə dərəcə və pilləcə fərqlənəcəklər.

Bu yazıda başlıca məsələ azğınların vəziyyətinin təyin olunmasıdır. Bu qrupa daxil olan insanlar nicat və behişt əhlidirlər, yoxsa cəhənnəm və bədbəxtlik?

Digər rəvayətlər azğınları dörd qisimə bölürlər. Buraya müstəzəflər, zəif və aciz kəslər, əraf əhli, möminlər və günahkarlar daxildir.

Bu yazıda söhbəti uzatmamaq üçün yalnız müstəzəflərdən, zəif və aciz kəslərdən söhbət açacağıq.

Müstəzəflər

“İstizaf” sözü “zəəf” üç samitli kökündən törəmişdir və “zəif olduğunu görmək” mənasını ifadə edir. “Müstəzəf” bəhsinin qaynağı Qurani-kərimdir. Qurani-kərimdə dəfələrlə bir qisim müstəzəf olaraq yad edilir. “Nisa” surəsinin 97-99-cu ayələri bu qəbildəndir:

Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir! Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!”

Təfsirçilər sözügedən ayələrin nazil olma səbəbi (“səbəbi-nüzul”) haqqında deyirlər: “Məkkədə bir qrup İslama iman gətirdi. Müsəlmanlığını izhar etdi. Peyğəmbər (s) öz səhabələri ilə birgə Mədinəyə hicrət etdikdə onlar Məkkədə qaldılar. Məkkədə öz ata-babalarının təsiri altına düşüb (müşriklərin məcbur etməsi olə onlara qoşularaq) Bədr döyüşündə iştirak etdilər və hamısı müsəlmanların əli ilə öldürüldülər. Deyilənə görə, onlar 5 nəfər idilər.

Bu ayəyə görə Məkkədə qalanlar, zalım fərdlər idilər. Onlar zəiflik, acizlik bəhanəsi ilə öz günahlarına haqq qazandırmaq sitəyirdilər. Onlar Məkkədən Mədinəyə hicrət edərək şirk aludəçiliyindən xilas ola bilərdilər. Ayənin sonunda həqiqətən aciz olanlardan söhbət açılmış, birinci qisimdən istisna olunmuş və gerçək aciz hesab olunmuşlar.

Bu ayələr çoxlu bəhslərə yol açmışdır. Həqiqi zəiflər kimlərdir? Onların xüsusiyyətləri hansılardır? Onların bərzəxdə, qiyamətdə vəziyyəti necə olacaq?

Bu və oxşar ayələri izah edən bir çox hədislər mövcuddur. Hədis kitablarında bu hədislər üçün xüsusi fəsil ayrılmış və “Müstəzəflər fəsli” adlandırılmışdır.

Bu bəhsin ayə və rəvayətlərdə yer almasının ardınca təfsir və kəlam (sxolastika) kitablarında da müstəzəf mövzusunda geniş bəhslərə yer verilmişdir.

İndi sual budur ki, müstəzəflər möminlər sırasına daxildirlər, yoxsa kafirlər? Yaxud bu ikisindən başqa qisimdirlər? Bəzi rəvayətlər göstərir ki, bəzi müsəlmanlar kütləni iki qisimə - mömin və kafir zümrələrə ayırırdılar. Onların bu bölgüsünün zəruri nəticəsi budur ki, müstəzəflər kafirlər zümrəsinə daxildirlər. İmam Sadiqin (ə) xas səhabələrindən olan Zürarə həzrətlə (ə) söhbət edərkən “Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin” (“Təğabun”, 2) ayəsinə istinad etmişdir və bu versiyanı müdafiəyə qalxmışdır.

Digər bir yerdə isə Zürarə daha irəli getmiş və xalqı iki qisimə - bizə müvafiq və bizə müxalif olanlara ayırmış, həqiqətin meyarını öz həmfikirlərinin əqidəsi hesab etmişdir

Bu rəvayət də Zürarənin İmam Sadiqlə (ə) söhbətini hekayət edir. Bu bəhs zamanı səsləri o qədər ucalır ki, qapı arxasından eşidilir.

Yuxarıda göstərilən hər iki nümunədə İmam Sadiq (ə) Zürarənin fikri ilə razılaşmır və ona müraciət edərək buyurur: “Ey Zürarə, Allahın (Qurandakı) kəlamı sənin sözündən daha doğrudur. (Sənin əqidə toplunda) Allahın haqlarında “Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır” (“Nisa”, 98)  buyurduqları haradadırlar? “İşi Allaha qalıb” (“Tövbə”, 106) buyurduqları haradadırlar? “Bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin” (“Tövbə”, 106) buyurduqları haradadırlar? “Əraf” əhli haradadır? “Ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlar” (“Tövbə”, 60) haradadırlar?

Bu rəvayətlərdən bəlli olur ki, “mömin və kafir” zümrələrdən başqa “aciz”, “işi Allaha qalmışlar”, pis və yaxşı əməlləri bir-birinə qatanlar, “əraf” əshabı da var və bu dörd silk axirətdəki vəziyyətləri baxımından iman və küfr arasında ortaq bir məqama malikdirlər.

Rəvayətlərə görə bu dörd zümrə ümumilikdə “zall” (yolunu azmış) adı altında yer alırlar.

Nəticə etibarı ilə mömin və kafir bölgüsü əvəzinə “mömin, kafir və zall” bölgüsünə yer vermək lazımdır.

Əllamə Şerani bu rəvayətləri izah edərkən Zürarə kimi düşünənlərin inanclarını fiqhi qayda ilə əsaslandırır. Onun fikrincə bu fikridə olanlar haqlı olaraq etiqad bəsləyirlər ki, bədəni pak olanlar, kəsdiyi (heyvan) halal, ailə qurulması icazəli olanlar müsəlmandırlar. Bədəni murdar olanlar, kəsdiyi (heyvan) haram, ailə qurulması icazəli olmayanlar isə kafir hesab olunurlar. Çünki fiqhi hökmlərin, qaydaların meyarı zahirən İslamı qəbul etməkdir. Lakin İmam Sadiq (ə) bu kəsimə xatırladır ki, axirət hökmləri dünya hökmlərinə tabe deyil. Belə deyil ki, dünyada zahirən müsəlman olan hər bir kəs axirətdə də nicat tapacaq, behiştə gedəcək, yaxud hər bir zahiri kafir cəhənnəmə gedəcək. Bu baxımdan fiqhi və sxolastik (kəlami) hökmlər arasında bağlılıq mövcud deyil.

Əlbəttə, Zürarənin İmam Sadiqin (ə) qarşısında öz etiqadı üzərində israrla dayanması inkar və ya inad xarakteri daşımır. Əksinə, Zürarə daha çox izah olunması məqsədini güdürdü. Yuxarıda acizlər (müstəzəflər, zəiflər), möminlər və kafirlər arasındakı əlaqədən xəbərdar olduq. Burada acizlər, onların xüsusiyyətləri haqqında daha ətraflı məlumat vermək yerinə düşərdi.

Şəhid Saninin qənaətinə görə, müstəzəf o kəsdir ki, məlumatsızlıq üzündən haqqa etiqad bəsləmir, haqq tərəfdarlarına qarşı inad nümayiş etdirmir, onlara düşmən münasibət bəsləmir. Nə məsum imamlara tabe olur, nə də başqalarına. Lakin haqqa etiqadlı olan, onun ətraflı dəlillərini bilməyənlər isə müstəzəf deyil, möminlər zümrəsinə aiddirlər.

Əllamə Təbatəbai “Nisa” surəsinin 98-ci ayəsini izah edərkən müstəzəf termininə belə tərif verir: İlahi maarifi anlamaq, ona əməl etmək yolunda fikri və əməli problemlərdən yaxa qurtarmaqda aciz olan kəs müstəzəf hesab olunur. Bu tərifə əsasən ilahi maarifi öyrənmək, mənimsəmək mümkün olmayan bir bölgədə məskunlaşan, yaxud məskunlaşdığı ölkənin hökmdarlarının zülmü nəticəsində nə ilahi hökmlərə əməl etmək, nə də hicrət etmək imkanı olmayan, yaxud haqqa qarşı inad etmədən, təşəxxüs nümayiş etdirmədən qeyri-ixtiyari olaraq haqdan xəbərsiz olan, zehninə, fikrinə dini həqiqətlər yol tapmayan kimsələr müstəzəf anlayışının müxtəlif nümunələri hesab olunurlar.

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir” (“Bəqərə”, 286) kimi digər ayələr də bu məqamı təsdiq edir.

Bütün bu ayələrin məcmusundan üzrlü və üzrsüz insanları ayırd etməyin ümumi qaydası üzə çıxır. Bu qayda belədir: “Əgər bir işi görmək və ya tərk etmək insanın ixtiyarına söykənməsə, o, üzrlüdür”. Buna görə də əgər bu və ya digər fərd bütün din maarifinə və ya din maarifinin bir hissəsinə vaqif olmasa və bu məlumatsızlıq onun səhlənkarlığı, ixtiyarından yanlış yararlanması nəticəsində olsa, bu əməlin tərki və ya ondan xəbərsiz olması öz ucbatından olsa, günahkar sayılır. Lakin əgər günahkar bir fərd səhlənkarlıq ucbatından yox, əksinə, qeyri-ixtiyari amillər səbəbi ilə baş vermişsə, bu məlumatsızlığın, xəbərsizliyin günahkarı o özü olacaq. Belə bir şəxs günahkar, haqqa qarşı bilərəkdən çıxan, həqiqəti inkar edən fərd hesab olunur. Bu prinsipə görə müstəzəf sıfır nöqtəsində yerləşir və müsbət, yaxud mənfi bir şey kəsb etmir. Onun işini Allaha həvalə etmək lazımdır.

Bundan başqa sözügedən ayədən sonrakı ayə “Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır” (“Nisa”, 99) və “(Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək” (“Tövbə”, 106)  ayəsi buna şahiddir. Təbii ki, Allahın rəhməti qəzəbindən ğndədir.

Əllamə Təbatəbainin söylədiklərinə görə, fikircə, elmcə müstəzəf, üzrlü cahil və “işi Allaha qalmışlar” anlayışları eyni və ya bənzər mənalar daşıyırlar.

İmam Xomeyninin də mövzu ilə bağlı fikirləri maraqlıdır: “(Bir çox kafirlərin) əməllərinin günah və asilik olmamasına, onların bu əməllərinə görə cəzalandırılmayacaqlarına səbəb budur ki, onların böyük əksəriyyəti (çox az bir hissəsini çımaq şərti ilə) həqiqətə vaqif olmamışlar və öz cahilliklərində təqsirli deyillər. Onlar üzürlüdürlər.

Onların İlahi vəzifələrə, mükəlləfiyyətlərə nisbətdə cahilliklərində üzürlü olmaları aydındır. Çünki onlar öz məzhəblərindən fərqli olan digər məzhəblər haqqında əsla düşünməmişlər. Əksinə, müsəlmanlar kimi öz məzhəblərinin doğruluğunu, digər məzhəblərin isə yanlışlığını yəqin bildiklərini, buna əmin olduqlarını hesab edirlər. Necə ki, bizim avamlarımız da təlqin və İslam mühitində böyüyüb boya-başa çatma səbəbilə əksini düşünmədən öz məzhəblərinin doğruluğuna, digər məzhəblərin isə yanlışlığına əmindirlər. Onların da avam kəsimi belədirlər. Əmin olan kimsə, əmin olduğu şeyə tabe olduğu üçün üzrlüdür. Bu, onun üçün günah və asilik kimi yazılmır. O, öz əmin olduğu şeyə tabe olduğu üçün cəzalandırılmır.

Amma kafirlərin qeyri-avam zümrəsinə gəlincə, onların çoxu uşaq çağlarından başlayaraq küfr mühitində böyüyüb böya-başa çatdıqlarından yanlış məzhəblərin doğruluğuna əmin olmuş və etiqad bəsləmişlər. Belə ki, onların etiqadının, fikrinin əlüyhinə deyilən hər bir fikri rədd edirlər. Yəhudi və xristian alimi də müsəlman alimi kimi öz dəlillərindən başqa sübutları doğru hesab etmir. Digərinin gətirdiyi sübutun yanlışlığı onun üçün aksiom kimi bir şeydir. Çünki onun öz məzhəbinin doğruluğu onun üçün aksiomdur, onun əksi ola biləcəyini güman belə etmir. Bəli, əgər onların alimləri arasında öz etiqadının əksi ola biləcəyini ehtimal edib, inad, təəssüb ucbatından qəbul etməsə, təqsirlidir. Belələrinə misal olaraq İslamın erkən çağlarında mövcud olan xristian və yəhudi alimlərini göstərmək olar.

Nəticə budur ki, (cahil) kafirlər də cahil müsəlmanlar kimi iki qisimə bölünürlər. Bəziləri üzürlü, bəziləri isə təqsirlidirlər. Dinin prinsipləri və şəriət hökmləri ilə bağlı vəzifələr bütün həddi-büluğa yetmişlər arasında müştərəkdir. Burada kiminsə alim, üzrlü cahil, təqsirli cahil olmasının fərqi yoxdur. Kafirlər də dinin prinsipləri və şəriət hökmlərinə nisbətdə cəzalandırılacaqlar. Əlbət ki, bütün bunlar onlar üçün höccətin tamamlanmış olduğu halda keçərlidir. Əks təqdirdə onları heç bir cəza gözləmir. Necə ki, müsəlmanların da şəriət hökmlərinə nisbətdə cəzalandırılacaqlarının mənası onların üzrlü və ya təqsirli olmasının nəzərə alınmaması demək deyil. Zəka və ədalət kafirlərlə də bu müyarla davranılacağını deyir”.

Rəvayətlərə nəzər saldıqda da müstəzəflərin xüsusiyyətlərindən, müstəzəf anlayışının tərifindən xəbərdar olmaq olar. Bu xüsusiyyətlər qısaca aşağıdakılardan ibarətdir:

- Müstəzəf nə küfrə doğru, nə də imana doğru yola çıxmışdır. Nə küfr etməyə, nə də mömin olmağa qadirdir;

- Uşaqlar, uşaq ağlında olan kişi və qadınlar - əlbət ki, höccət onlar üçün tamamlanmasa, - müstəzəfdirlər və cəza almayacaqlar;

- Dini gerçəkləri sizinlə eyni səviyyədə anlamayan həyat yoldaşlarınız və övladlarınız müstəzəfdirlər;

- Ümmü-Əmin behiş əhli olmasına baxmayaraq, onun dini idrakı sizinki qədər (İmam Baqirin (ə) səhabələrindən birinə müraciətlə) deyildi;

- Sübut göstərilməyən kimsə müstəzəfdir. Müxtəlif məzhəblərin, mütəfəkkirlərin mübahisəli fikirlərindən xəbərdar olan kimsə müzstəzəf deyil;

- Müstəzəflərin bir qrupu namaz qılır, oruc tuturlar. Tamahlarına sahib çıxır, ehtiraslarını cilovlayırlar. Haqqı özlərindən başqasına aid etmirlər. Onlar budaqlardan asılı vəziyyətdə qalmışlar (köklərə tapınmamışlar);

- Müstəzəflərin müxtəlif təbəqələri, fərqli dərəcələri var. Belə ki, bir-birləri ilə fərqlənirlər;

- Müstəzəf müsəlman tövhidə etiqad bəsləyən, İslam və Peyğəmbərinə (s) inanan, dindən xaric olmayan, imamalara (ə) düşmən olmayan, onlara zülm edənləri himayə etməyən, Peyğəmbərin (s) canişinlik məsələsində tərəddüddə olan, o məqama layiq olanları tanımayan, imamaların (ə) canişinliyindən xəbərdar olmayandır. Amma inkarçı, inadkar, (imamalara (ə) qarşı) nalayiq sözlər yağdıran müsəlman məhvə məhkumdur.

Müqəddəs mətnlərdən – ayə və rəvayətlərdən, fəqihlərin, sxolastların (mütəkəllimlərin) və təfsirçilərin söylədiklərindən başa düşmək olur ki, müstəzəf öz iradəsi, ixtiyarı xaricində, təqsir olmadan, səhlənkarlıq etmədən, yaxud idrak baxıımından dinin hamısını və ya bir hissəsini anlamaqda aciz olan, yaxud əməl baxımından dini göstərişləri həyata keçirməkdə aciz olanlardırlar. Müstəzəflər müxtəlif növlərə, mərtəbələrə, fərqli təbəqələrə malikdirlər.

Qiyamətdə müstəzəflərin vəziyyəti

Müstəzəf anlayışının tərifi və onların xüsusiyyətləri ilə tanış olduqdan sonra növbə onların qiyamətdəki vəziyyəti ilə tanış olmağa çatır. “Nisa” surəsinin 99-cu ayəsinə əsasən ümid edilir ki, onlar Allahın rəhmətinə, əfvinə qovuşsunlar.

Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!”

“Allahın rəhmətinin qəzəbini üstələməsi” qaydası da onların İlahi rəhmətə, əfvə qovuşacaqları ehtimalını gücləndirir.

Rəvayətlərə müraciət etdikdə də müstəzəflərin behiştə daxil olacağı ehtimalı çoxalır. Çünki bəzi rəvayətlər ötəri olaraq, bəziləri isə açıqca müstəzəflərin behişt əhli olmasına dəlalət edir. Əlbəttə, bir şərtlə ki, bacardıqları qədərincə haram işlərdən çəkinmiş, saleh əməlləri həyata keçirmiş olsunlar. Bu rəvayətlərin bir neçəsinə nəzər salaq:

İmam Sadiq (ə) buyurmuşdur: “Allah, namaz və oruc əhli olan, haramlardan çəkinən, saleh əməlləri həyata keçirən, təqvalı olmağa çalışan, lakin (əhli-beytin (ə) vilayətindən) xəbərsiz olan və (əhli-beyti) incitməyən birini öz rəhməti ilə behiştə daxil edəcəkdir”.

Əli (ə), ona: “sənin söylədiklərin haqdırsa, demək, səndən və ardıcıllarından başqa qalan bütün müsəlmanlar məhv olacaqlar”, - deyən Əşəs ibn Qeysə cavab olaraq buyurur: “And olsun Allaha, haqq mənimlədir. Söylədiyim kimidir. Müsəlman ümmətindən (biz əhli-beytə (ə) qarşı) nasibilərdən, inkarçılardan və inadkarlardan başqa heç kim məhv olmayacaq.

Amma tövhidə etiqad bəsləyən, İslam və Peyğəmbərinə (s) inanan, dindən xaric olmayan, bizə düşmən olmayan, bizə zülm edənləri himayə etməyən, Peyğəmbərin (s) canişinlik məsələsində tərəddüddə olan, o məqama layiq olanları tanımayan, bizim canişinliyimizdən xəbərdar olmayan biri müstəzəfdir. Bir tərəfdən İlahi rəhmətin ona şamil olacağı ümid olunur, digər tərəfdən isə o, günahlarına görə qorxmalı, nigəran olmalıdır”.

Bu rəvayətə görə Əli (ə) yalnız özünün haqq olduğunu bildirməsi ilə yanaşı onun getdiyi yolda olmayanları da birbaş əzab və cəza gözlədiyini bildirmir. Əksinə, inadkarlarla, kinli alimlərlə kinsiz cahillərarasında fərq olduğunu bildirir. Bu rəvayət, dini plüralizmin yanlış olduğunu və nicat plüralizmini şərti olaraq qəbul etməyi təsdiq edən ən uyğun dəlildir.

Ayə və rəvayətlərin məcmusundan belə bir nəticə alırıq ki, müstəzəflər əslində ilkin olaraq behiştə layiq deyillər. Onlarının vəziyyətinin tam təyin olunması Allaha həvalə olunmuşdur. Lakin ayə və rəvayətlərin ifadə tərzi onların behiştə daxil olma, behişt nemətlərindən yararlanma ehtimalını gücləndirir. Hərçənd ki, onların behiştdəki dərəcəsi peyğəmbərlər, əməlisalehlər, şəhidlər, siddiqlər, möminlər səviyyəsində olmayacaq və onlara behiştin aşağı dərəcələrində yer veriləcək.

Sonda xatırladırıq ki, qiyamətdə digər yolunu azmışların vəziyyəti də (əraf əhli və s.) müstəzəflərin vəziyyətinə bənzər olacaq. Bəhsi uzatmamaq üçün onlar haqqında geniş söhbət açmaq fikrindən yayındıq.

Sözügedən bəhslərə nəzərən müsəlman filosofların “nicat plüralizmini” aşağıdakı xətt üzrə əsaslandırdıqlarını göstərmək olar:

Bəşər maarininin genişliyi;

Doğru yolun yalnız İslam dininə xas olması;

İnadkar olmayan müstəzəflərin nicat tapması.

Bu modelə nəzərən ictimai plüralizmin, ictimai həyatda qeyri-müsəlmanlara nisbətdə dözümlü olmağın, tolerantlıq nümayiş etdirməyin yolu açılır. Əlbəttə, ictimai plüralizmi qəbul etmək üçün bir sıra şərtlər lazımdır ki, lazımi yerdə bu haqda söhbət açılmalıdır.

Bütün bunlara əsasən bəhsin başlanğıcında ortaya qoyulan üç versiyadan yalnız birini – nicat plüralizminin şərtli olaraq qəbul olunmasını təsdiq etmək olar.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap