Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Nəfslə cihad

Müzakirə mövzusu: Nəfslə cihad

Allah Rəsulu (s) buyurmuşdur: “إِنَّمَا الْعِلْمُ ثَلَاثَةٌ آيَةٌ مُحْكَمَةٌ أَوْ فَرِيضَةٌ عَادِلَةٌ أَوْ سُنَّةٌ قَائِمَةٌ وَ مَا خَلَاهُنَّ فَهُوَ فَضْل” (Həqiqətən elm üç növdür: Möhkəm nişanələr, doğru vaciblər və sabit sünnə. Bundan artığı isə fəzilətdir.)

Əziz İslam Peyğəmbəri (s) bu hədisdə elmi üç hissəyə bölmüşdür: Bildiyiniz kimi, “العلم” (əl-ilm) sözündəki əlif və lam (əl) artikli əhdi artikldir. Yəni, insanı islah edən elm. Söhbət o elmdən gedir ki, bu dünyada və axirətdə işə yarayır. Onlar üç elmdir. Bu üç elmdən xaric olan istənilən məlumat və bilik fəzilətdir.

Mərhum Feyz Kaşani “Vafi” kitabında bu şərafətli hədisi bəyan edərkən deyir: “Möhkəm nişanə dedikdə, ilahiyyat və əqidə əsasları elmi, yəni, məbdəşünaslıq (başlanğıc) və məadşünaslıq elmləri. Belə ki, insan haradan gəldiyini, hara getdiyini və onun gəlişinin fəlsəfəsinin nə olduğunu bilməlidir. Doğru vaciblər əxlaq elmidir. Yəni, insan bəyənilən sifətləri öz nəfsində inkişaf etdirməlidir. Sabit sünnə isə, şəri hədd cəzaları və ehkam elmidir.

Buna əsasən, hər bir insanın varlığının quruluşunda təsirli olan elm üç elmdir. Onlar aşağıdakılardır: İlahiyyat elmi, əxlaq və fiqh. Bu üç elm insanları islah etmək üçün peyğəmbərlərlə (ə) birgə olmuşdur.

Beləcə, insan əməli ağıl və nəzəri ağıl deyilən iki sahə ilə, müasirlərin dediyi kimi, dünya görüşü və ideologiya ilə, özünün hidayət yolunu təyin etməlidir. Çünki, əsas yol Allah-taala tərəfindən insana göstərilmişdir. Amma, mühüm olan budur ki, necə hərəkət etməlidir ki, düzgün yolu səhv yoldan seçə bilsin. “إِنَّا هَدَيْناهُ السَّبيلَ إِمَّا شاكِراً وَ إِمَّا كَفُوراً” (1) (Biz ona haqq yolu göstərdik. İstər şükr edənlərdən olsun, istər küfr edənlərdən.)

Lakin, insanı məqsədə çatdıracaq yol başqa yoldur. Allah Quranda onu müəyyən etmiş və buyurmuşdur: “وَ الَّذينَ جاهَدُوا فينا لَنَهْدِيَنَّهُمْ سُبُلَنا وَ إِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنينَ” (2) (Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!) Əlbəttə, nəfslə cihad, cihadın ən böyük növüdür. Belə ki, düşmənlə müharibə və ölüm-dirim savaşından dəfələrlə yüksəkdir. Çünki, məsum (ə) belə buyurur: “أَعْدَى عَدُوِّكَ نَفْسُك” (İnsanın ən qəddar düşməni, onun nəfsidir.)

Ey Şah! Biz xaricdəki düşmənləri öldürdük. Ondan da pis düşmən içimizdə qaldı. Şir səfləri pozana deyilmir. Şir ona deyilir ki, öz nəfsini sındırsın.

Ciddilik göstərib çalışan şəxsləri nəinki bir yola, hətta kamal və məqsədə çatmaq üçün hidayət yollarını onlara göstərərik. Buna əsasən, insan dünya görüşü olan nəzəri ağıl qədər əməli ağıl üzərində də çalışmalıdır. Beləcə elmlə əməl birgə olmalıdır.

Əməli ağıl, yəni ideologiya bir neçə dərəcəyə malikdir: Təcliyə, təxliyə, təhliyə və fəna. Yəni, Allaha doğru salik olan və Allah-taalaya doğru seyr və sülük edən insan, ilk mərhələdə özünü şəri hökmlərin zahiri ilə bəzəməlidir. Buna təcliyə deyilir. İkinci mərhələ təxliyədən ibarətdir. Yəni, Allaha doğru seyr və sülük edən insan, öz əza və orqanlarını zərər verici nəfsani sifətlərdən boşaldıb paklamalıdır. Təhliyə adlanan üçüncü mərhələ isə, bəyənilən sifət və xislətlərlə bəzənməkdir. Əməli ağlın dördüncü və sonuncu mərhələsi isə, fənadır. Yəni, Quran və sünnəyə uyğun olaraq Allahın əmrləri qarşısında təslim olmaqdır. Peyğəmbərlər (ə) gəliblər ki, insanları bu ideologiyaya əsasən hidayət etsinlər.

Allahın görüşünə (Liqaullah) çatmağın ilk yolu vaciblərə əməl etmək və haramlar tərk etməkdir. İnsan bu iki məsələni nəzərə almadan heç bir yerə çata bilməz. Bizim təkvini (yaranış) baxımdan Allah-taalanın hüzurunda olmamıza baxmayaraq, təşrii (şəri) baxımdan seyr və süluku bu yolla başlamalıyıq. Allaha çatmaq üçün müxtəlif məqamları zikr etmişlər. Bəziləri demişlər ki, bu yolda min məqam var. Belə ki, bu sifətlərə malik olsun və bir növ özünü bu məqamların yolunda qərarlaşdırsın ki, Allaha yaxınlaşsın. Bəziləri isə, yüz mənzil, məqam yaxud meydan demişlər ki, həqiqətdə bu yüz meydanın hər bir meydanı nəfslə müharibə meydanıdır. Onların birincisi “yəqzə” (oyanış) və onların sonuncusu tovhiddir.

Xalq Səndən qorxur, mən özümdən. Çünki, Səndən yaxşılıq görmüşəm, amma, özümdən pislik. Damarım qalxınca qaçıram. Özündən qaçmaq nə vaxt asan olub? Düşməni öz kölgəsi olana nə Hindistan, nə də Yəmən əmin amalıq yer sayılır.

Bəzi alimlər deyib ki, insanla Allah arasında iki məqam var: Birincisi özündən keçmək, ikincisi Allahdan başqasını görməməzliyə vurmaq. Əgər dünyada bu həqiqətə çatmasa, axirətdə çatacaqdır. O zaman ki, xitab gələcək: “لِمَنِ الْمُلْكُ الْيَوْمَ” (3) (“Bu gün hökm kimindir?”) Məmləkət və varlıq kimindir? Heç kəs cavab verə bilməyəcək. O qədər ki,Allah-taala Özü cavab verəcək: “لِلَّهِ الْواحِدِ الْقَهَّار” (“Bir olan qalib olan Allahındır!”) Varlıq məmləkəti Allaha məxsusdur. O gün, “ولا يُمکِن الفِرارُ مِن حُکومَتِک” (4) (Sənin hökumətindən qaçmaq mümkün deyil) anlamının aşkar nümunəsidir.

Bəzi alimlər demişlər: Allahla insan arasında bir mənzil var. O da bundan ibarətdir ki, Bir ayağını nəfsin üstünə, digərini dostun küçəsinə qoymaq. Əllamə Təbatəbayi “əl-Mizan” təfsirində yazıb ki, Quranın bir neçə ayəsinin təfsiri bu mənadadır ki, bədənin bir neçə üzvü insanın qəddar düşmənidirlər; “يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَ أَيْديهِمْ وَ أَرْجُلُهُمْ بِما كانُوا يَعْمَلُون” (5) (Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.) Dil, əl və ayaq insanın əleyhinə şəhadət verəcəklər:

Dil çox başları bada verib. Bizim dilimiz evimizdə doğulmuş düşmənimizdir. Dağ kəkliyi sakit olmadığına görə, ovçu qartalın şikarı oldu. Əgər tutuquşu dilini ağzında bağlasaydı, nə özünü qəfəsdə görərdi, nə də tələdə.

Sözün qısası budur ki, üzv və orqanlarımızın hərəkət və rəftarına diqqətli olmalıyıq ki, Allah eləməmiş, Allaha üsyan yolunda addım atmayaq.

İlahi, bizi elə bir yola hidayət et ki, Sənin razılığın ondadır. Bizi o yoldan qoru ki, Sənin qəzəbin ondadır.

Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun.

Qeydlər:

(1) “İnsan” surəsi, 3-cü ayə.

(2) “Ənkəbut” surəsi, 69-cu ayə.

(3) “Ğafir” (Mumin) surəsi, 16-cı ayə.

(4) Kumeyl duasından.

(5) “Nur” surəsi, 24-cü ayə.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/12
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap