Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Həzrət Ayətullah Şeyx Cavad Təbrizidən (Allah ona rəhmət etsin) 14 nəsihət

Dünya və Allah bəndələrinin vəzifələri barədə 14 nəsihət

Rəhman və Rəhim Allahın adı ilə!

1. Dünya imtahan evidir. Bütün insanların bir növ çətinlik və problemləri var. Dünya çətinliyindən xilas olmaq yolu yoxdur. Lakin, Əhli-beytin (ə) bərəkət və inayətilə ötəridir. Elə iş görün ki, axirətdə peşiman olmayasınız. Dünyadakı əməl, axirətin tərəzisidir. Buna görə, öz əməlinizi ixlasla və Allahın razılığı üçün edin ki, rəhmət qapıları sizin üzünüzə açılsın.

2. Ömürdən istifadə:

Bilin ki, cavanlıq böyük sərmayə, amma ötəridir. Belə ki, onun qayıtması mümkün deyil. Buna əsasən, o şəxslərlə ünsiyyətdən çəkinin ki, onlarla ünsiyyətdə insanın ömrü hədər gedir. Şəri vəzifələri yerinə yetirməkdə, mənəvi təkamül əldə etməkdə ciddi səy göstərin. Bilin ki, şəri məsələlərə diqqət hər bir işin önündədir.

3. Qurtuluş proqramları:

İnsan hər halda proqram tərtib etməlidir ki, ömrünün sonunda peşiman olmasın. Müəyyən bir vaxtı ibadət və vacib əməlləri yerinə yetirmək üçün nəzərdə tutun. İlahi maarifi, gözəl əxlaqları, nəfsi paklamanı və şəri məsələləri öyrənmək üçün müəyyən bir zamanı ayırın. Habelə, müəyyən bir zamanı özünün dünya ehtiyaclarını ödəmək, halal və bəyənilmiş nemətlərdən istifadəyə ayırırsan.

4. Dünyanın zahirindən ibrət almaq:

Öz etiqadınızı möhkəmləndirin. Gördüyünüz hər bir şeydən ibrət alın. Diqqət edin, görün ki, bəzi şəxslər necə də dünya ləzzətlərini axirətdən üstün tutur və öz gecə-gündüzlərini heyvani qərizələrə qurban verirlər.

Bu qaranlıq simaları görməklə, dərs alın və özünüzü günahlardan uzaqlaşdırın.

5. Allahın pənahında olmaq:

Sizin cəmiyyətdəki vəzifəniz nəsihət etmək və qəflətdə olanları qəbul edəcəkləri vasitə ilə agah etməkdir. Bilin ki, şeytan pusqudadır. Buna görə də, həmişə Allahdan yardım istəyin və daima belə deyin: “الهى لا تکلنى الى نفسى طرفة عین ابدا” (İlahi la təkilni ila nəfsi tərfətə əynin əbəda), yəni, “İlahi! Heç vaxt məni bir göz qırıpı qədər öz başıma buraxma!”

6. Axirət üçün ən yaxşı azuqə:

Zahiri hərəkətləriniz elə olmalıdır ki, əgər bir şəxs sizi görsə, sizin əxlaqınız və dini dəyərlərə təəhhüdlü olmanızdan ləzzət alsınlar. Siz “Bizim zinətimiz olun” hədisinə nümunə olun. Öz axirətiniz üçün saleh əməllər toplayın. “Aşura ziyarəti”, “Kisa hədisi” və “Camiə ziyarətini” unutmayın.

7. İlahi rəhmətə ümidvarlıq:

Məyus olmayın. Çünki, Allahın rəhməti genişdir. Siz imtahan vəziyyətindəsiniz. Allah eləməmiş nemətlərə küfr etməyin. Çünki, Allah əməllərə nəzarət edir. Öz bəndələrini müxtəlif yollarla imtahan edir.

8. İlahi təkliflərə əməl:

Əziz övladlarım! Bu dəyərsiz bəndənin sizə olan nəsihəti budur ki, İlahi təkliflərə (vacib və haramlara) əməl və onları öyrənməyi özünüzün bütün işlərinizin önünə salın. Öz şəri vəzifələrinizi dinə inamlı fəzilətli şəxslərdən öyrənin. Elm əldə etmək yolunda ciddiliklə çalışın.

9. Mənəvi məsələlərə ciddi yanaşmaq:

Onlarla birgə olmaq sizi günaha çəkən şəxslərlə ünsiyyətdən pəhriz edin. Mənəviyyata üz tutun. Çünki, sizin səadətiniz buna bağlıdır. Cavanlıq dövrü çox gözəl fürsətdir. Onun avaralıqla keçməməsinə çalışın. Çünki, bihudə həyat peşimançılıq yaradır.

10. Nəfslə cihad daimi proqramdır:

Nəfsi paklamaqdan qafil olmayın. Nə çox şəxslər var ki, yaxşı dərs oxuyublar, lakin, mənəvi rabitədən qafil olmuş və dinə xidmət edə bilməmişlər. Əgər bir xidmət etmək istəyirsinizsə, təhsildən əlavə nəfslə cihad, Allahla mənəvi rabitə və bütün anlarda Ona təvəkkül etmək fikrinizdə olsun.

11. Cavanlar və şəri məsələlərin təlimi:

Qarşısına tez-tez çıxan şəri məsələləri öyrənmək hər bir mükəlləfə vacibdir. Bilmədiyi istənilən məsələni soruşmalı və ya əməli risalələrə müraciət etməlidir. Hər gün yeni bir məsələ öyrənməyə çalışmalıdır. Elə bu cavan çağlarından şəri məsələləri öyrənməkdə ciddi olmalıdır. Belə ki, Allah eləməmiş, sonradan başa düşsün ki, yerinə yetirdiyi əməllər işkallı olmuşdur və nəticədə əziyyətə düşsün.

12. Həyat tərzində ədalət və orta yol:

Orta həyat tərzindən kənara çıxmayın. Elə bir iş görməyin ki, camaat sizi özlərindən başqası hesaba alsınlar.

13. Özünü islah və ölümü xatırlama:

İnsan həmişə ölümü xatırlamalıdır. Allah eləməmiş, qəflət etməməlidir. Nə qədər ki, fürsət var əvəzini ödəməli və özü üçün azuqə toplamalıdır. Özünü elə hazırlamalıdır ki, nəfsi istəklər onu azdırmamalıdır. Cavan şəxs bu zəmində çalışsa, Allah onu müvəffəq edəcək.

14. Qəbir ziyarətinin tərbiyəvi rolu:

Ölülərin ziyarətinə gedin ki, bu dərs və ibrətdir və insanı günahdan uzaqlaşdırır. Bizim ehtiyacımız var ki, qəbir əhlinin ziyarətinə getməklə dərs və ibrət alaq və dünya məhəbbətini qəlbimizdən çıxarmağa nail olaq. Bilməliyik ki, bizim aqibətimiz elə bu bir metr yarım yer olacaq. Burada bütün əməllərimizə cavab verməli olacayıq.

Mənbə: “Ufuqe hovze”, 285-ci nömrə.

Ayətullah Şəhid Mədənidən (Allah ona rəhmət etsin) moizələr

İkinci mehrab şəhidi Ayətullah Mədəninin (Allah ona rəhmət etsin) bəzi sözləri

Rəhman və Rəhim Allahın adı ilə!

Bizimlə dəqiq hesab çəkmə!

Bəzən insan arxasında namaz qılan yaxud xütbəsinə qulaq asan çoxlu camaat gördükdə məğrur olur. Hal bu ki, insan özünü daha yaxşı tanıyır. Camaatın mənim ədalətli olmağıma etiqad bəsləməsilə mən adil olmayacağam ki. Bəzən insan belə düşünür ki, mən cümə namazının imamıyam, bir xalq mənim fərmanıma qulaq asır, bir xalq mənim vasitəmlə agah olur və bu kimi şeylər... Bəli, düzdür. Nə çox olub ki, cənabın bir cümləsilə minlərlə fəsad uzaqlaşdırılıb, çoxlu şəxslər düz yola gəlib və Allahla tanış olmuşlar. Amma, diqqət etməliyik ki, bizim öz tanışlığımız nə qədərdir?... Doğrusu, bunlar Allaha görə olub?

Mən bəzən öz hesabımı çəkəndə, Allahı izzət, cəlal, kibriya (böyüklük) və Öz dərgahına yaxın xüsusi bəndələrə and verirəm ki, İlahi bizimlə dəqiq hesaba çəkmə! Bizi zahirimizi hesaba al və biz bundan artığını istəmirik!

Dinsiz siyasətçilərdən də pis!

Əməlin dəyəri niyyətə bağlıdır. Allahdan başqasına görə niyyət nəyə lazımdır?! Əgər Allahdan başqası nəzərdə tutulsa, başqalarının istəyi ilə nə fərq edir? Belə olan halda, ancaq və ancaq siyasətlərilə məşğul olan və “din”lə heç bir işi olmayan filan siyasətçi ilə mənim nə fərqim olacaq? Əksinə, ondan da pis olacağam! Çünki, onun heç bir işi İslama görə olmayıb. Bir siyasətçi idi, fəaliyyət göstərirdi və qələbə çalırdı. Amma, mən necə?

İnsan “وَ لا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمانِكُم” (“Bəqərə” surəsi, 224-cü ayə.) (Andlarınıza Allahı hədəf etməyin!) ayəsi barədə düşündükdə, görür ki, çox şeyləri, hədəflərindən bir çoxu nəfsi istəklərə tabe olmuş və Allah adına bir iş görməmişdir. Qardaşlardan biri elə bir şey yazmışdı ki, məni çox təsirləndirdi. Sözləri də düz idi. Yazmışdı ki, ağalardan xahiş edirik ki, İmam Xomeynini (rə) özləri üçün sipər etməsinlər. Özləri bəzi şeyləri İmam Xomeyniyə (rə) bağlamaq istəyirlər. Mən öz şəxsi hədəflərimi İmam Xomeyninin (rə) adından yürütməməliyəm. İndi, əgər İmam Zamanı (əc) özümə sipər etsəm necə? Əgər Peyğəmbəri (S) özümə sipər etsəm necə?

Hesablanmış sözü danışaq

Hər bir insanın ilk dərdi insanın özüdür. Buna görə ki, mümkün qədər kamilliyə çatsın. Əgər ruhu xəstə olsa, kamilliyin ona nə kimi faydası yoxdur. Quranın ayəsi və habelə bizim əqidəmizə əsasən, insanın dilindən çıxan hər bir kəlmə üçün bir qoruqçu yaradılır ki, o kəlamı qorusun.

İndi ki, bizim etiqadımıza görə, insanın dilindən çıxan hər bir kəlmə yazılır və sabah da onun hesabını verməliyik, onda danışdığımız sözlər İslam və inqilabın xeyrinə olmalıdır. Müsəlmanlara nəsihət olmalıdır. Ya da, ən azından halal əldə etmək üçün olmalıdır. Müsəlmanlara vacibdir ki, danışıqlarında hesablanmış sözlər desinlər.

Hədisdə var ki, qan dolu bir qabı insanın üzünə tökərlər və deyərlər: -Bu, nahaq yerə tökülmüş filankəsin qanından sənin payındır! Deyəcək: -İlahi! Mən heç kəsin ölümündə iştirak etməmişəm. Mən heç kəsi öldürməmişəm! Cavab veriləcək: -Sən bir söz dedin. O söz böyüdü. O yerə çatdı ki, bir müsəlmanın qanının tökülməsində təsir qoydu.

Məbada bir şəxsin ardıyca elə bir söz danışasınız ki, o söz ölümə və ya qanların tökülməsinə səbəb olsun. Buna görə də demişlər: İnsanın cəhənnəmə getməsinin başlıca səbəbi, insanın dilidir.

Təvazö İslamın yayılmasının səbəbidir

Müsəlman şəxs təvazökar olur və təkəbbür ona qələbə çala bilməz. Mənəm-mənəmliyin zərəri və təvazönün xeyri nədir? Bunu bilin ki, İslamın dünyaya yayılmasının səbəbi Peyğəmbərin (s) təvazösü və gözəl əxlaqı idi. İslamın inkişafının qarşısını daş salan şəxslərə Allah lənət etsin.

Peyğəmbərin (s) İslamın əsaslarını qoyduğu İmam Əlinin (ə) onu davam etdiyi keyfiyyətlə, malik olduqları əxlaq ilə, əgər daxili münafiqlərin fəaliyyətləri və beşinci sütun(?) olmasaydı, onların İslam əxlaqı dünyanı cəlb edərdi. İmamların (ə) dövründə hakimiyyətin yadların əlində olmasına, onların adi şəxslər olmasına, heç bir qüdrətli fəaliyyətə malik olmamalırına və hətta onlardan sual soruşmaqda belə məhdudiyyət olmasına baxmayaraq, bütün bunlarla yanaşı, öz əxlaqları ilə müxtəlif millətlərdən bir çox şəxslərin İslama gəlməsin səbəb oldular. Habelə, Əbucəhl və onun kimilərin təkəbbürü özlərini və millətlərini yerə vurdu.

Təkəbbürlülər zəlil olacaqlar

“وَ جَحَدُوا بِها وَ اسْتَيْقَنَتْها أَنْفُسُهُمْ ظُلْماً وَ عُلُوًّا فَانْظُرْ كَيْفَ كانَ عاقِبَةُ الْمُفْسِدينَ” (“Nəml” surəsi, 14-cü ayə) ((Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!) Bir dəstə var idi ki, İlahi ayələri, Məhəmməd (s) peyğəmbərin və başqa peyğəmbərlərin (s) nübüvvətini inkar edirdilər. Amma, onların haqq olmasına öz daxillərində yəqinləri var idi. Əbucəhl Peyğəmbəri (s) bizdən yaxşı tanıyırdı. Allah ayələrini yəqinləri olduğu halda inkar etdilər.

İnsanın elə bir həddə çatacağı, hətta öz insanlığını ayaq altına atacağı və İlahi ayələri inkar edəcəyi zaman, bunun mənşəyi nədir? İnsanın yəqini olan şeyə əməl etməməsinə və vəzifəyə boyun olmamasına səbəb olan şey xudbinlikdir. İnsanın öz insanlığını ayaq altına atmasının səbəbi mənəm-mənəmlik, xudbinlik və ucalmaq istəyidir. Görün onların aqibəti necə olur.

Allah özünə vacib edib ki, hər hansı günahı edən istənilən şəxs, axirət əzabından əlavə dünyada da o günaha uyğun bəlaya düçar olsunlar. Misal üçün, əgər bir şəxs orucunu bilərəkdən yesə, mümkündür acından ölsün. Yəni, o qədər ac olsun və heç bir şey yeyə bilməyib ölsün və (Allaha sığınırıq) Allahla düşmənçiliklə dünyadan köçsün.

Bir şəxs mənəm-mənəmlik üzündən “mən” desə və həqiqəti qəbul etmək istəməsə, nəticəsi budur ki, zillətə düçar olar, xar olar. Uca məqama çatmaq əvəzində alçalar! Xain və mənfur Məhəmmədrza (İranın şahı) inqilab rəhbərini (İmam Xomeynini (rə)) dəqiq tanıyırdı, dəqiq bilirdi ki, kimdir və nə deyir. Hətta, bir məclisdə etiraf etmişdi ki, mərcəi-təqlid belə olmalıdır. Amma, mənəm-mənəmlik üzündən İmam Xomeyninin (rə) nəsihətinə qulaq asmadı. Nəticədə, zillətlə qaçdı. Amerika və İsrailin nökərləri olan ağalarına sığındı. Sonda isə, Fironun ayağı altında torpağa tapşırıldı.

Diqqət etməliyik ki, əgər bizlərdən hər birimiz öz çapımızda təkəbbür göstərsək, Allaha and olsun ki, mübtəla olacayıq.

Mənbə: “Subhe sadiq” həftəlik jurnalı. Hicri şəmsi təqvimilə 1389-cu ilin şəhrivər ayı, 464-cü say.

Mübarək ramazan ayı; Əxlaq müəllimi “Ayətullah Məzahiri”

Həzrət Ayətullah əl-Üzma Şeyx Hüseyn Məzahiridən bir neçə əxlaqi kəlam

Rəhman və Rəhim Allahın adı ilə.

Ramazan ayı əxlaq müəllimidir

İnsan ramazan ayında yüz illik yolu keçə bilər. Ay bitəndə isə, Allahdan bayram payı ala bilər. Bayram payınız nə olsun? İnsanlıq. Bəlkə də şəvval ayının ilk gününün İslamda bayram olmasının səbəbi budur ki, biz mübarək ramazan ayı vasitəsilə məqsəd və istəyimizə çatmışıq.

Orucun böyük mükafatı

Bir hədis var ki, bu hədisi iki cür oxumuşlar: “الصَّوْمُ لِي وَ أَنَا أَجْزِي بِه” (1. Əs-Səvmu li və ənə əczi bihi. 2. Əs-Səvmu li və ənə ucza bihi.) (“Mən la yəhzuruhu əl-fəqih” c-2, səh. 75) Məşhur nəzər budur ki, oruc Mənə məxsusdur, onun mükafatını da Mən verəcəyəm. Belə demişlər ki, namaz və həcc də Allaha məxsusdur və Allah mükafat verəcəkdir. Onda “الصوم لی و انا اجزی به” nə deməkdir? Bu hədisin mənası nədir? Buna görə, ürfan əhli “اجزی” kəlməsini məchul oxumuşlar. Onlar deyiblər: “الصوم لی و انا اُجزا به” (Əs-Səvmu li və ənə ucza bihi.) Oruc Mənə məxsusdur və onun mükafatı Özüməm. Özümü buna mükafat olaraq təqdim edəcəyəm.

Bəzən əməl Allaha məxsusdur. Bu fiqhi ixlas və səmimiyyətdir. Bəzən qəlb Allaha məxsusdur. Bu əxlaqi səmimiyyətdir. Əməlin Allaha məxsus olmasından əlavə, qəlb də Allaha məxsusdur. Mübarək ramazan ayında insan bu məqama çata bilər. Yəni, “لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه” (“Nur” surəsi, 37-ci ayə) (O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz.) qəlbində Allahdan başqa heç bir kəsə bağlılığı olmayanların nümunəsi olsun. Bunların ürfan olduğunu zənn etməyin. Bunlar əxlaqi kəlamlardır və Quran, hədislər və ziyarətnamələrdə çox nəzərə çarpır.

Allahın bəndə ilə minacatı!

“Şəbaniyyə” minacatında buyurulur: “إِلَهِي هَبْ لِي كَمَالَ الانْقِطَاعِ إِلَيْكَ” (İlahi! Başqalarından tam şəkildə qırılmağı mənə hədiyyə et!) Artıq qəlbində heç bir şey yoxdur. Başqalarından qırılıb Allaha doğru yönəlmək yaranıb. Yəni, Allah onun qəlbinə hökm edir. Sonra deyir: İlahi, artıq elə bir məqama çatacağam ki, mən Səninlə minacat edəcəyəm, Sən də mənimlə minacat edəcəksən. “فناجيته سرّاً” (Biz onunla gizli olara minacat etdik).

Bəzən biz Allahla minacat edirik, bəzən də Allah bizimlə. Ola bilməz ki Allah minacat etsin, amma mən eşitməyim. Bu ki, minacat deyil. Bəzən biz minacat edirik, Allah eşidir. Deyirik; Allah, Allah, Allah. Bəzən də Allah bizimlə minacat edir. Deyir; Bəndəm, bəndəm, bəndəm. “عبدی اطعنی حتی اجعلك مثلی اقول كن فیكون تقول كن فیكون” Yəni, “Mənim bəndəm, Mənə itaət et, səni Özüm kimi edim. Necə ki, Mən deyirəm “ol”, olur. Sən də deyəcəksən ki, “ol” olacaq!” Bunlar nadir şeylər deyil. Xüsusilə də elm əhli arasında çoxdur.

Allah buyurur: -“Mənim bu bəndəm, nafilə namazlar və müstəhəb əməllərlə (yəni, vacibatı yerinə yetirməkdən əlavə) elə bir məqama çatar ki, Mən onun gözü, əli, dili, əzası və bədən üzvləri olaram. Artıq mənim vasitəmlə görər və eşidər”. Belə bir şəxs Allahın qüdrətinə bağlanar və İlahi işlər görər. Allahın nuruna qoşular və Allahın nuru ilə görər.

Qəlbin Allahdan başqasına qarşı oruc olması

Pəhriz tələb etdiyi məlumdur. Əlbəttə, hindu və sufilərin pəhrizi nəfsi istəklərdən ibarətdir və heç bir şəxsi bir məqama çatdırmır. Əksinə, dini pəhriz meyardır. İnsan mübarək ramazan ayında bir ay oruc tutmalıdır. Əgər bacarmasa, qəlbi oruc olsun. Heç olmasa, onun bütün əza və orqanları oruc olsun. Ancaq qarın olmasın! Fiqhi oruc olmasın! Əxlaqi oruc, ürfanı oruc olsun.

Qəlbi oruc olsun. Yəni, qəlbində Allahdan başqa heç bir şey, heç bir kəs olmasın: “في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فيها بِالْغُدُوِّ وَ الْآصالِ * رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ” (“Nur” surəsi, 36 və 37-ci ayələr) (Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz.)

Belə olmamalıdır ki, tənbəllik edib ticarətlə məşğul olmağa getməsin. Xeyir! Ticarətlə məşğul olur, Amma; “لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ” (Nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz.) Artıq qəlb sahibindən başqa heç bir şey bunun qəlbinə əldə edə bilməz! İnsan bir ay oruc tutsun və qəlbin sahibini evə gətirsin. Qəlbin sahibini qəlbə gətirsin. Beləcə, yavaş-yavaş orada məskunlaşdırsın.

Gecə-gündüz Allahla

Mübarək ramazan ayında biz Allahın qonağıyıq. Əsas budur ki, iftar edən zaman, aləmlərin Pərvədigarı bizə ruhi iftar versin və biz bir addım önə gedək. Bu çox çətin yoldur. “يا أَيُّهَا الْإِنْسانُ إِنَّكَ كادِحٌ إِلى‏ رَبِّكَ كَدْحاً فَمُلاقيهِ” (“İnşiqaq” surəsi, 6-cı ayə) (Ey insan! Sən Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan!) Çox əziyyətli və çətindir. Lakin, İlahi seyrlə tamamlanır. “إِنَّ إِلى‏ رَبِّكَ الرُّجْعى” (“Ələq” surəsi, 8-ci ayə) (Axı sənin axır qayıdışın Rəbbinədir!) “وَ أَنَّ إِلى‏ رَبِّكَ الْمُنْتَهى” (“Nəcm” surəsi, 42-ci ayə) (Həqiqətən, axır dönüş sənin Rəbbinədir!) İnsan elə bir məqama çatar ki, indi heç kəs onu hara olduğunu təsəvvür edə bilməz.

Bu ayədə deyilir: “تَتَجافى‏ جُنُوبُهُمْ عَنِ الْمَضاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفاً وَ طَمَعاً وَ مِمَّا رَزَقْناهُمْ يُنْفِقُونَ * فَلا تَعْلَمُ نَفْسٌ ما أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزاءً بِما كانُوا يَعْمَلُونَ” (“Səcdə” surəsi, 16 və 17-ci ayələr) (Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!) Yəni, onlar gecə yarısı ayağa qalxar, yataqdan üz çevirərlər. Bəzən Allahın camal sifəti, bəzən də Allahın cəlal sifəti bunların qəlbini fəth edər. Bəzən xüşu məqamı, bəzən də rəhmət məqamı bunların qəlbini fəth edər. Onların gecəsi Allahla, gündüzləri də imkanları daxilində Allah yolunda olar.

Cənnətdən üstün...

İnsan elə bir məqama çata bilər ki, dünya və onda olanlar (yəni, Allahsız dünya) onun üçün işkəncəyə çevrilər. Lakin gecə namazı, Allahla əlaqə, Allahın məxluqlarına xidmət onun üçün nemətlərin ən üstünüdür. Cənnətdən də üstün! Həzrət Məryəm (Allahın salamı ona olsun) barədə deyiblər ki, vəfat etdikdən sonra, Həzrət İsa (ə) onun kəfən və dəfnindən sonra, onu diriltdi. Soruşdu: -“Anam, qayıtmaq istəyirsən?” Dedi: -“Bəli! Çünki, gündüzlər oruc tutmaq və gecələr namaz qılmaq üçün bunu istəyirəm”. Buradan məlum olur ki, gecə namazı Həzrət Məryəm (s.ə.) üçün o cənnətdən də üstündür. İstəyir ki, gecə namazı qılmaq və oruc tutmaq üçün o cənnətdən qayıtsın.

Canda Allahdan qorxan ruh

Bu mübarək ramazan ayı bir əxlaq müəllimidir. Bu əxlaq müəllimindən çox faydalanmaq lazımdır. Mübarək Quran özü buyurur ki, əxlaq müəllimidir: “كُتِبَ عَلَيْكُمُ الصِّيامُ كَما كُتِبَ عَلَى الَّذينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ” (“Bəqərə” surəsi, 183-cü ayə) (Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi. Bəlkə siz təqvalı olasınız!)

Bu orucun verdiyi ilk dərəcə pəhrizkarlıq hissi, özünü saxlama hissidir. Bizim canımızın dərinliyində Allahdan qorxma ruhu verir. Əgər bizim canımızın dərinliyində bu Allahdan qorxma ruhu olmasa, biz özümüzü qoruya bilmərik. Pis məqamlara yuvarlanarıq.

Mübarək ramazan ayında dua və Allahla razü-niyaz çox mühümdür. Bu Əbu-Həmzə Sumali duasını hər gecə oxuyun. Yuxuya getməyin! Bu İftitah duası çox dəyərli duadır. İnsafla deyək ki, həmişə gecə namazı qılırsınız. Lakin, bu gecə namazı mübarək ramazan ayında çox əhəmiyyətlidir.

Mənbə: “Subhe sadiq” həftəlik jurnalı. Hicri şəmsi təqvimilə 1389-cu ilin mordad ayı, 462-ci say.

Müxaliflər qarşısında İslam ədəbi; Seyid İzzəddin əl-Hüseyni əz-Zəncani

Müxaliflər qarşısında İslam ədəbinin nümunəsi idi

Rəhman və Rəhim Allahın adı ilə.

İslam elmlərini özündə toplamış, əxlaqi fəzilətlər və insani dəyərlərlə bəzənmiş böyük və dahi şəxsiyyətlər barədə söhbət etmək, xüsusilə də, bu qısa fürsətdə çox çətindir. Çünki, onların elmi və əxlaqi həyatından hər bir yarpaq özünə görə söz istəyir. Buna görə də, biz onların həyatından xüsusi bir hissəyə işarə edirik. O da, səadətə çatmış mərhumun elmi və ictimai həyatda nümunə və örnək olmasıdır.

Bu gün təkamül və fəzilət yolunun müştaqlarını hidayəti üçün çoxlu yollar var. Lakin, o yollardan biri də bəşər cəmiyyətində mücəssəm bir nümunənin olmasıdır. Belə ki, onların həyatı hamı üçün örnək ola və əməli hidayətçi ola bilərlər. Qurani-kərim İslam peyğəmbərini (s) nümunə sayır və buyurur: “لَقَدْ كانَ لَكُمْ في‏ رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ” (“Əhzab” surəsi, 21-ci ayə) (Həqiqətən, Allahın Rəsulu sizin üçün gözəl örnəkdir!). Peyğəmbər (s) cəmiyyətdə kamilliyin və haqqın camalının aşkar nümunəsi idi. Onun rəftarı da sözləri qədər hidayət edici idi.

Rəbbani alim, dəyərli təfsirçi, mərhum Ayətullah Mirzə Cavad Ağa Tehrani doğurdan da əxlaqın, fəzilətlərin və dəyərlərin kamil nümunəsi idi. Bu sözləri deyən, “گوینده این سخن که با چند نخ خواسته است در ردیف خریداران یوسف قرار بگیرد، قریب چهار ماه در مجلس خبرگان نخست در سال 58 با ایشان مأنوس بوده و از نزدیک کمالات معنوى و روح بلند او را احساس مى‌کرد.”

İmam Əli (ə) “رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه”(“Nur” surəsi, 37-ci ayə) (O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz.) ayəsinin təfsirində, bu ayədə sözü gedən kişiləri belə mədh edir: “مَا بَرِحَ لِلَّهِ عَزَّتْ آلَاؤُهُ فِي الْبُرْهَةِ بَعْدَ الْبُرْهَةِ وَ فِي أَزْمَانِ الْفَتَرَاتِ عِبَادٌ نَاجَاهُمْ فِي فِكْرِهِمْ وَ كَلَّمَهُمْ فِي ذَاتِ عُقُولِهِمْ فَاسْتَصْبَحُوا بِنُورِ يَقَظَةٍ فِي الْأَبْصَارِ وَ الْأَسْمَاعِ وَ الْأَفْئِدَةِ يُذَكِّرُونَ بِأَيَّامِ اللَّهِ وَ يُخَوِّفُونَ مَقَامَهُ بِمَنْزِلَةِ الْأَدِلَّةِ فِي الْفَلَوَات” (“Nəhc əl-bəlağə”, 222-ci xütbə) (Nemətləri əziz olan Allaha məxsus, həmişə zamanın bir kəsiyindən sonra istənilən bir kəsiyində, peyğəmbərlərin olmadığı dövürlərdə, elə bəndələri olmuşdur ki, fikirləri sahəsində onlarla sirlərin demişdir. Onlarla ağıllarının zatında danışmışdır. Bunlar gözlərində, qulaqlarında və qəlblərində hidayət çırağı yandırmışlar. Camaata İlahi günləri xatırladırlar. Onun məqamından qorxudurlar. Yol göstərən şəxslər kimi.)

Ayətullah Tehrani istər Nəcəfdə, istərsə də, Məşhəddə öz əsrinin alimlərindən bəhrənləndiyi halda, yuxarı aləmlərdən də feyz və hədiyyələr əldə etmişdir. O “عِبَادٌ نَاجَاهُمْ فِي فِكْرِهِمْ وَ كَلَّمَهُمْ فِي ذَاتِ عُقُولِهِمْ” (Fikirləri sahəsində onlarla sirlərin demişdir. Onlarla ağıllarının zatında danışmışdır.) məsələsinin aşkar nümunəsi idi. Buna görə, bu nuranilik onun söz və yazılarında tamamilə aşkardır.

O zahirdən elm öyrəndiyi kimi, batindən də həqiqətləri dərk etmişdir. İbadət, bəndəlik və nəfsi cilovlama yolunu davam etmək sayəsində başdan ayağa İlahi əmrlərə təslim idi. Çalışırdı ki, bir an olsun belə Allahı xatırlamadan qafil olmasın. Həqiqətdə pəhrizkarların əlamətləri onda cilvələnmişdi. İmam Əlinin (ə) Həmmama buyurduğu kəlamın nümunəsi idi: “غَضُّوا أَبْصَارَهُمْ عَمَّا حَرَّمَ اللَّهُ عَلَيْهِمْ وَ وَقَفُوا أَسْمَاعَهُمْ عَلَى الْعِلْمِ النَّافِعِ لَهُمْ ... فَهُمْ وَ الْجَنَّةُ كَمَنْ قَدْ رَآهَا فَهُمْ فِيهَا مُنَعَّمُونَ وَ هُمْ وَ النَّارُ كَمَنْ قَدْ رَآهَا فَهُمْ فِيهَا مُعَذَّبُونَ” (“Nəhc əl-bəlağə”, 193-cü xütbə) (Allahın haram etdiklərindən gözlərini yummuş və qulaqlarını xeyirli elmlərə vəqf etmişlər. Onlar cənnətə nisbətdə elədirlər ki, sanki, onu görmüş və orada nemətə qərq olmuşlar. Cəhənnəm əzabına nisbətdə elədirlər ki, sanki, onu müşahidə etmiş və onda cəzalanırlar.)

Tehrandakı onun evi, məşhur alim, elm əhli və xətiblərin yığıncaq yeri idi. Onun böyük qardaşı, mərhum Hacı Ağarza Tərxani bütün tehranlıların hörmətini qazanmışdı. Mənim yadımda olan qədər mərhum Ayətullah əl-Üzma Burucerdi onu Məscide-əzəmin tikintisində ümumi əmanətdar təyin etmişdi. Onun maddi imkanına baxmayaraq bir fəhlə kimi məsciddə olur, tikintinin gedişinə rəhbərlik edir və bəzən də salam verməkdə bizi qabaqlayırdı.

Son vaxtlar vəfat etmiş onun qardaşı oğlu, bu pak ağacdan bir budaq idi. Belə ki, bütün xeyir işlərdə iştirak edirdi. Qumdakı İmam məscidini dirçəltdi. Bu ailə sanki, bu mübarək ailənin aşkar nümunəsidir: “أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُها ثابِتٌ وَ فَرْعُها فِي السَّماءِ * تُؤْتي‏ أُكُلَها كُلَّ حينٍ بِإِذْنِ رَبِّها” (“İbrahim” surəsi, 24 və 25-ci ayələr) (Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər.)

Biz bu elmi və əxlaqi itkini Həzrət İmam Zaman (əc), alimlər, əzəmətli müctəhidlər, Məşhəd elmi hövzəsi və onun yaxın və uzaq qohumlarına baş sağlığı verir və öz sözümü bu cümlə ilə bitirirəm: “فَسَلامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَ يَوْمَ يَمُوتُ وَ يَوْمَ يُبْعَثُ حَيًّا” (Dünyaya gəldiyi, vəfat etdiyi və yenidən dirilib qalxacağı gündə ona salam olsun.)

Qum, Cəfər Subhani, 29.2.1389.

Ayətullah Seyid İzəddin Hüseyni Zəncaninin Ayətullah Mirzə Cavad Ağa Tehrani barədə müraciəti

Əxlaq və nəfsi paklama təcəssümü

“رَبِّ اشْرَحْ لي‏ صَدْري وَ يَسِّرْ لي‏ أَمْري وَ احْلُلْ عُقْدَةً مِنْ لِساني يَفْقَهُوا قَوْلي” (“Taha” surəsi, 25-28-ci ayələr) (Köksümü açıb genişlət; İşimi yüngülləşdir; Dilimdəki düyünü aç ki, Sözümü yaxşı anlasınlar!)

Həyatda olduqları dövürdə yerin sahibi olan cəmallı idilər. Onlar ölümdən sonra qütb və seyrin cəmalı oldular.

Allah-taalanın şiə aləminə əta etdiyi böyük nemətlərdən biri də, şiə tarixi boyunca önə çıxmış rəbbani alimlərdir. Onlara Rəhmani və vilayət nəfəsi dəymiş və “alimlər mürsəl peyğəmbərlərin əmanətdarlarıdır” kimi uca məqama yetişmişlər.

Həyatım boyu gördüyüm rəbbani alimlərdən biri də, sədaqət və ədalətli rəbbani alim olan Ayətullah Hacı Mirzə Cavad Tehrani (Allah onun pak nəfsini müqəddəs etsin) olmuşdur. Bu böyük şəxsiyyət dahi alim və nicat tapmış zahid olmuşdur. İmam Əlinin (ə) buyuruğunn bir nümunəsi idi; “إِنَّمَا الْعَالِمُ مَنْ دَعَاهُ عِلْمُهُ إِلَى الْوَرَعِ وَ التُّقَى وَ الزُّهْدِ فِي عَالَمِ الْفَنَاءِ وَ التَّوَلُّهِ بِجَنَّةِ الْمَأْوَى” (3\94) (“Təsnif ğurər əl-hikəm və durər əl-kəlim”, səh. 48) (Həqiqətən alim o şəxsdir ki, elmi onu vərə və təqvaya, fəna aləmində zöhdə və Məva cənnətinə (???) dəvət etsin.) Onun bu dünyadakı hüzuru insanı liqaullah məqamına, hətta bir müddət keçincə, insanın ruhunu bu dünyadan uzaqlaşdırıb qüds və mələkut aləminə çatdırırdı.

Otuz ilə yaxın bu İlahi şəxsiyyətlə tanış olmuşam. Onun çox bərəkətli vücudu əxlaq və nəfsi saflaşdırma təcəssümü idi. Mən Məşhəd şəhərinə təzə gəldikdə, o şəhərdə qərib idim. Ayətullah Tehrani mənə çox hörmət göstərdi. Bu şəxsiyyətin olduğu məclislərdə söhbətlər elmi və ya fiqhi söhbətlər idi. Dünya barədə danışmırdı. Geniş tutumlu ruhu təqva və Əhli-beyt (ə) elmlərinin təsirində, xüsusi köks genişliyinə sahib idi. Belə ki, müxtəlif sözləri eşitməyə dözümü var idi və xüsusi vüqarla rəftar edirdi.

O elmi fəzilətdən əlavə, İlahi nəfəsə də sahib idi. Bir dəfə özüm xəstələnmişdim və qızdırmam yüksək idi. Onun duasının bərəkətindən tamamilə sağaldım. Sədi (Ona Allahın rəhməti olsun) demişkən:

Amma, əlini duaya elə qaldırdı ki, incimiş və əldən düşmüş idi. Tovuz quşu kimisi haradadır ki, ayaq üstə beləsi görünməyib. Sanki, şadlıqdan uçacaqdı.

O cənab “Fəlsəfeye ilahi və bəşəri” kitabında özünün də sahib olduğu mənəvi kəlamlardan birini işarə edir. Bu “İxtiyari ölüm” məsələsidir. Zahiri və etibari inayət və ünvanlardan ciddi pəhriz edirdi. Onun hüzurunda xüsusi ehtiram adlarını istifadə etməyə icazə vermirdi. Bütün bunlar onun ruhunun ucalığı və müəyyən məqamlara çatmasından xəbər verirdi. İnsan belə ruhi imkana çatdıqda, artıq onda belə adlara ehtiyac duyumu məhv olur. Əgər “öz nəfsinin əleyhinə” kəlamına bir nümunə göstərmək istəsək, bu görkəmli alim həmin alim və fəqihlərdəndir.

Mən bu dəyərli fəqih və alimin anılması məclisini təşkil edənlərə öz təşəkkür və minnətdarlığımı çatdırıram. Belə alimlər şiə cəmiyyətində tanıdılası və anılası şəxsiyyətlərdir.

Allahın geniş rəhməti ona olsun və Allah onu öz övliyaları ilə birgə həşr etsin.

Müqəddəs Məşhəd şəhəri, Seyid İzzəddin əl-Huseyni əz-Zəncani.

Mənbə: “Ufuqe hovze” həftəlik jurnalı, 1389 xordad, 271-ci say.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/11/22
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap