Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Əzm məqamı

Müzakirə mövzusu: Əzm məqamı

Allah-taala buyurur: \\ فَاصْبِرْ كَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُل \\ (Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et.) (1)

Allaha doğru seyr-süluk edənlərin məqamlarından biri də əzm məqamıdır. Yəni, İlahi vəzifə və əhkama riayət etmək üçün polad iradəli və əzmli olmalıyıq ki, dövrün hadisələri qarşısında titrəməyək. Bilmək lazımdır ki, qəsd məqamı əzmin müqəddiməsidir. Yəni, insan əvvəlcə qəsd edir, sonra əzm yaranır. Deməli, əzm əmələ daha yaxın olur.

Peyğəmbərlər (ə) insanları tərəqqiyə çatdırıb ucaltmaq üçün göndəriliblər. Bu məsələnin çox təhlükəli və çətin olması və bol zəhmət tələb etməsi şübhəsizdir. Buna görə, Allah-taala İslamın ən böyük təbliğatçısı olan Məhəmməd Peyğəmbərə (s) buyurdu: " فَاصْبِرْ كَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُل " Yəni, "peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də (dinin təbliğ və rəvacında) səbr et.

Peyğəmbərlərin təbliği insanların mənəvi təkamülə çatması və cənnətin dərəcələrini əldə etməyə yönəlmişdir: "إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَ الْعَمَلُ الصَّالِحُ يَرْفَعُه", Pak sözlər Ona doğru qalxar və saleh əməllər ucalar. Yuxarı qaldırmağın aşağı salmaqdan daha çətin olması şübhəsizdir. Əgər bir şəxs ağır bir daşı aşağı atmaq istəsə, bu iş asandır. Amma, həmin daşı yuxarı qaldırmaq istəsə, olduqca çətin olacaqdır. Hazırda Qərb mədəniyyətinin bütün dünyada rəvac tapması və yayılmasının səbəbi insanların şəxsiyyətinin azalan templə geriləməsidir. Lakin, İlahi elçilər nə qədər çalışsalar da, İlahi və mələkuti mədəniyyətə asanlıqla rəvac verib, qloballaşdıra bilmədilər. Buna görə də, bu ayənin müxatəbi oldular: "فَاصْبِرْ كَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُل" (Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et.)

Hədisdə buyurulur: "إِنَّ الْعُلَمَاءَ وَرَثَةُ الْأَنْبِيَاء" (Həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər.) Həqiqətdə peyğəmbərlərin saleh xələfi olan əməli saleh alimlər də, bu ayənin müxatəbidirlər. Onlardan da çətinliklər qarşısında səbr və polad iradəli olmaq tələb olunur. İmam Əli (ə) Kumeyl duasında belə buyurur: " قوِّ عَلى خِدمَتكَ جَوارحي وَ اشدُد عَلى العَزيمةِ جَوانِحي " Yəni, "İlahi! Sənə xidmət etmək üçün əzalarımı möhkəm et. Xoşagəlməz hadisələr qarşısında mənim əzmimi möhkəm et".

Buna əsasən, özlərini həqiqətdə dinə vəqf etmiş peyğəmbərlərin varisləri və ali məqamlı peyğəmbərlərin yadigarları olan şəxslər diqqətli olmalıdırlar ki, din yolunda onlara edilən təhqirlər və qarşıya çıxan narahatlıq, əziyyət və çətinliklər İslam peyğəmbərinin (s) də qarşısına çıxırdı. Peyğəmbər (s) buyurub: -"Heç bir peyğəmbərə mən qədər əziyyət verilməyib".Mühüm məqam budur ki, alimlər bu hadisə və planların qarşısında səbirli və camaata ürəyi yanan olmalı, əzm və ixlasla öz məsuliyyətlərini davam etdirməlidirlər. Necə ki, Peyğəmbər (s) camaatın əziyyəti qarşısında buyururdu: -"İlahi! Həqiqəti dərk etməyən bu şəxsləri hidayət et!"

Aşkarda və gizlində belə fəryad edirdi

Mənim qövmümü hidayət et, həqiqətən onlar bilmirlər.

İşlərdə əzmli və möhkəm olmağın əsas səbəbi budur ki, öz rəftar və fikirlərimizin həqiqətən səhih və onunla uyğun olmasını yəqinlə bilək. Bu halda, israr və təkidlə onun arxasınca getməliyik. Misal olaraq, Allah rəsulu (s) müşriklərin qarşısında özünün dini seyr-süluk və fikri etiqadına yəqinlə israr edir və deyirdi: -"Əgər günəşi mənim sağ əlimə, ayı isə sol əlimə qoysanız, yenə də öz etiqadımdan əl çəkmərəm!" Habelə, Həzrət Yusuf Siddiq (ə) Züleyxanın şeytani istəyi nəticəsində iki yol ayrıcında qalmışdı. Özünün etiqad və seyr-sülukuna sadiq qaldı, əzm və ixlasla o çirkin əməldən pərhiz etdi və Züleyxanın nəzərinə tabe olmadı. Buna görə, zindanla təhdid olduqda dedi: -"رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَني‏ إِلَيْه" (Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur.) (2) Zahiri zindan pərhizkar insan üçün məhdudiyyət sayılmır. Amma, şəhvət və dünya pərəstlik kimi batini və nəfsani zindanlar hər bir halda insanı məhdud və asılı edir.

Mən muradıma çatmayınca

İstəkdən əl çəkməyəcəyəm

Ya canım canana qovuşacaq

Ya canım bədəndən çıxacaq

Əlbəttə, qəti əzm və güclü iradə Allah-taalanın inayətlərindəndir. Biz təvəssül və təvəkküllə bu məqamla zinətlənməliyik. İnsan Allahdan tovfiq tələb etməli və özünü Ona tapşırmalıdır. Əgər belə olmasa, bu mərhələ boyunca Xızır (ə) peyğəmbərlə yoldaşlıq mümkün olmaz. Necə ki, Həzrət Yusuf (ə) ərz etdi: -" وَ ما أُبَرِّئُ نَفْسي‏ إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ ما رَحِمَ رَبِّي" (Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər.) (3) Allah-yaala buyurur: "وَ لَقَدْ هَمَّتْ بِهِ وَ هَمَّ بِها لَوْ لا أَنْ رَأى‏ بُرْهانَ رَبِّهِ" (Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi.) (4) Buradan aydın olur ki, əgər Allahın tovfiq və inayəti olmasa, hamı günaha doğru axışar.

Allahın lütfü yardım etməyincə, iş çətindir.

İnsan heç bir vaxt özünün iradə və qərarlarına arxayın olmamalıdır. Çünki, bu qürur və təkəbbür gətirir. Əksinə, hər bir işdə Allaha arxayın olmalıdır ki, Allah onun vəziyyətini öhdəsinə alsın.

Əgər Sənin lütfün nur saçmasaydı

Fikir harada, sirr xəzinəsi harada

Bütün peyğəmbərlər İlahi tövfiqlərə arxalanmışlar və özlərinin heç bir şeyi olmamışdır. Əksinə, hər bir şeyi Allahdan bilmişlər.

"أَوْفُوا بِعَهْدي أُوفِ بِعَهْدِكُم" Allah-taala buyurur: -"Siz mənim əhdim olan ibadət və bəndəliyə riayət edin, mən də sizə insani və mənəvi meracı ruzi və nəsib edim!" (5) İmam Sadiq (ə) Unvan Bəsriyə buyurduğu hədisdə belə deyir: -"فَإِنْ أَرَدْتَ الْعِلْمَ فَاطْلُبْ أَوَّلًا فِي نَفْسِكَ حَقِيقَةَ الْعُبُودِيَّة" (Əgər elm istəyirsənsə, əvvəlcə nəfsində ibadətin həqiqətinin olmasını istə.)

Allahın salam, rəhmət və bərəkəti sizə olsun!

Qeydlər:

(1) "Əhqaf" surəsi, 35-ci ayə.

(2) "Yusuf" surəsi, 33-cü ayə.

(3) "Yusuf" surəsi, 53-cü ayə.

(4) "Yusuf" surəsi, 24-cü ayə.

(5) "Bəqərə" surəsi, 40-cı ayə.

Müzakirə mövzusu: Əzm məqamı

Allah-taala buyurur: \\\" فَاصْبِرْ كَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُل \\\" (Peyğəmbərlərdən əzm sahibləri olanların səbr etdiyi kimi, sən də səbr et.) (1)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/12
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap