Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Təqva və yalandan pəhriz Ərdəbilin Muhəmmədiyyə məscidi

Əllamə Bəhrül-ulum Kərbəlaya gəldi. Həzrət İmam Hüseynin (ə) mübarək hərəminin yanında oturmuşdu ki, bir dəstə bədəvi ərəb sinə vura-vura hərəmə daxil oldular. Birdən gördülər ki, Əllamə də onların arasında “Hüseyn, Hüseyn” deyir və sinəsinə və başına vurur. Tələbələr də gəlib onlara qoşuldular. Gecə Əllamədən əzadarlara qoşulmasının səbəbini soruşdular. Buyurdu:

-“Onlara baxırdım. Birdən gördüm ki, İmam Zaman (əc) onların arasında sinə vurur. Mən də imamıma tabe oldum”.

Bizdə sənin qəmindən sınmış bir ürək var, ey dost. Səndən başqasından yumulmuş bir gözümüz var, ey dost. Dedin ki, qəlbi sınmışlara yaxınsan, bizim də bir sınıq qəlbimiz var, ey dost.

Quranda təqva

“يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ” (“Maidə” surəsi, 35-ci ayə) (Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın.) Allah-taala Quranın 17 ayəsində “təqva” sözünü, 250 ayəsində isə “təqva” sözündən götürülmüş sözlərdən istifadə etmişdir. Bunun özü təqvanın əhməiyyətli mövzu olmasına işarədir. Şeyx Bəha (Allah onun məqamını uca etsin!) buyurur: -“Əgər dünya və axirətin bütün xeyir və bərəkətlərini özündə toplayan bir söz göstərməli olsaq, bu söz “təqva” sözü olacaqdır”.

Bizim üçün ən yaxşı azuqə təqvadır: “إِنَّ خَيْرَ الزَّادِ التَّقْوى” (“Bəqərə” surəsi, 197-ci ayə) (Ən yaxşı azuqə isə təqvadır.) Bəndələrdən Allah yanında ən əziz şəxs, onların ən təqvalı olanıdır: “إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقاكُمْ” (“Hucurat” surəsi, 13-cü ayə) (Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır.) Kim təqva yolunu seçsə, Allah bütün rəhmət qapılarını onun üzünə açar və ona saysız hesabsız ruzi nəsib edər: “وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ * وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا” (“Təlaq” surəsi, 2 və 3-cü ayələr) (Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər.) Təqva əhli Allahın sevimliləridir və Allah təqvalıları sevər: “إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقين” (“Ali-İmran” surəsi, 76-cı ayə) (Şübhəsiz ki, Allah müttəqiləri sevər.) Allah həmişə təqvalılarladır: “أَنَّ اللَّهَ مَعَ الْمُتَّقينَ” (“Bəqərə” surəsi, 194-cü ayə) (Bilin ki, Allah müttəqilərlədir.) Allah cənnəti təqva əhli üçün hazırlamışdır: “وَ سارِعُوا إِلى‏ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَ جَنَّةٍ عَرْضُهَا السَّماواتُ وَ الْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقين” (“Ali-İmran” surəsi, 133-cü ayə) (Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.) Xilas, qurtuluş və xoş aqibət təqva əhli ilədir: “وَ العاقِبَةُ لِلْمُتَّقين” (“Əraf” surəsi, 127-ci ayə) (Aqibət müttəqilərindir!) Çünki, Allah aləmin bütün feyzlərini günahdan uzaqlıqda cəmlədi.

Əziz cavanlar bu hədisi əzbərləsinlər və yazıb gözləri görən yerə assınlar: “عَنِ النَّبِيِّ (صلی الله علیه و آله) قَالَ: إِنَّ رَبَّكُمْ يَقُولُ كُلَّ يَوْمٍ أَنَا الْعَزِيزُ فَمَنْ أَرَادَ عِزَّ الدَّارَيْنِ فَلْيُطِعِ الْعَزِيز” Peyğəmbər (s) buyurub: Həqiqətən sizin Rəbbiniz hər gün nida edir: -“Mən Əzizəm! Kim hər iki evdə (dünya və axirətdə) əziz olmaq istəyirsə, Əzizə (Allaha) itaət etsin!”

Züleyxa bütün macəralardan sonra Yusif (ə) peyğəmbərin yanına gəldi və dedi: -“O Allaha şükür edirəm ki, padşahları günaha görə zəlil etdi və qul və kölələri təqvaya görə əziz etdi! Ey Misir bazarında ən aşağı qiymətə alınıb satılan Yusif!” Sən təqva və Allaha bəndəliyə görə Misirin əzizi oldun. Amma, mən bir gün Misirin mələkəsi (Misir əzizinin arvadı) idim, indi isə, torpaq üstündə oturan bir dilənçiyəm!”

Həzrət Yusif Siddiqin (ə) hadisəsində Allah-taala belə buyurur: “إِنَّهُ مَنْ يَتَّقِ وَ يَصْبِرْ فَإِنَّ اللَّهَ لا يُضيعُ أَجْرَ الْمُحْسِنينَ” (“Yusuf” surəsi, 90-cı ayə) (Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!)

Bəndəlik et ki, əziz olasan

Mərhum Əllamə Təbrəsi (Allah ondan razı olsun) “Məcmə əl-bəyan” təfsirində bu ayənin təfsirində İmam Rzadan (ə) çox gözəl bir hədis nəql edib. Həzrət buyurur: -“O yeddi il qıtlıq dövründə hər bir şey Həzrət Yusifin (ə) ixtiyarında idi. Camaatın nəyi vardısa, Yusifə (ə) satdılar. Dirhəm və dinar verib buğda aldılar. Evlərini verib buğda aldılar. Əkin yerlərini verib buğda aldılar. Ləl-cəvahirlərini verib buğda aldılar. İnək və qoyunlarını verib buğda aldılar. Sonuncu il verəcək bir şeyləri qalmadı. Bütün Misir xalqı özlərini qul və kəniz olaraq Yusifə (ə) satdılar və buğda aldılar”. İmam Rza (ə) ardında buyurur: -“Allah bütün Misir xalqını Yusifin (ə) itaətkarı və qulu etdi. Çünki, Yusif (ə) Allaha itaət etmişdi. Buna görə, əgər əziz olmaq istəyirsənsə, günah etmə!”

Mübarək “Şəms” surəsinin məzmununa diqqət edin:

Allah günəşə and içir ki, Peyğəmbərin (s) vücudu olaraq təfsir edilmişdir. Aya and içir ki, İmam Əlinin (ə) vücudu olaraq təfsir edilmişdir. Gündüzə and içir ki, bu da İmam Zamanın (əc) vücudu olaraq təfsir edilmişdir. Allah gecəyə and içir ki, bu da zalımların Əhli-beytə (ə) hakimiyyəti olaraq təfsir edilmişdir. Sonra Allah səma və yerə and içir. Bundan sonra isə, bəşərin canına and içir. Allah bu surədə neçə dənə möhkəm and içir və nəhayət ki, belə buyurur: “قدْ أفلحَ مَن زَكـّاها” (“Şəms” surəsi, 9-cu ayə) (Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!)

Buna görə də, “Safi” təfsirində deyilir: -“Əziz Peyğəmbər (s) bu mübarək ayəyə çatdıqda, dayanar, əllərini yuxarı qaldırar, dua edərək deyərdi: “اللَّهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا” (İlahi! Sən mənim nəfsimin təqvası ol. Mənə mərhəmət elə!”

Bizim bir çoxumuz təqvanın mənasını bilmirik. Bu gecə, bu kəlmənin mənasını deyəcəyəm. Məzlumların ağası, möminlərin əmiri, Allahın mərifətli aslanı, İmam Əli ibn Əbutalibin (ə) təqva barədə buyurduğu iki hədis var.

İmam Əlidən (ə) soruşurlar: -“Təqva nədir?” Həzrət təqvanı elə anlatdı ki, biz vicdanımızla dərk edə bilərik ki, biz təqva əhliyik yoxsa özümüz özümüzü aldadırıq! Həzrət buyurdu: -“Əgər Allah sənin əməlindən pərdəni qaldırsa, sənin bütün əməllərini bir tabağa yığsa, bir məclisin ortasına qoysa, yaxud bütün şəhər boyu dolandırsa ki, camaat sənin əməllərini görsün, belə olan halda, tabaqda elə bir əməlin olmasın ki, camaat səni görəndə xəcalət çəkəsən! Əgər sənin əməlin belədirsə, təqva əhlisən. Yəni, Allah desə ki, ey danışan şəxs, indi istəyirəm ki, sənin əməllərini sənə qulaq asanların qarşısındakı stolların üzərinə boşaldım. Sənin hansı işləri gördüyünü bilsinlər. Əgər mənim bu tabaqda elə bir əməlim olmasa ki, siz görəndə mən xəcalət çəkim, onda mən təqvalıyam. Lakin, özümüz bilirik ki, belə deyilik.

İmam Əli (ə) buyurur: “لو تكاشَفتم ما تَدافَنتُم” Əgər Allah pərdələri götürsə və sizin batininizi göstərsə, siz bir-birinizi dəfn etməzsiniz. Sizin cəsədlərinizi canavarlar yeməlidir. Çünki, siz o qədər müxtəlif günahlar etmisiniz.

Hamımız insanlıq dərisini geyinmişik

Qacar şahın dövründə Tehranda geniş bir zoopark var idi. Yüksək vəzifəli şəxslərdən biri o zaman zooparkın müdirinə xəbər göndərdi ki, zooparka gəlmək və ora baxmaq istəyirəm. Təsadüfən zooparkdakı şir həmin gecə öldü. Zooparkın müdiri, zooparkda şirin olmamasını çox pis dəyərləndirdi. Gecə ilə şir tapmaq da çətin idi. Buna görə, gedib bir nəfəri tapdı, şir dərisi də tapdı və o kişiyə yüz tümən pul verdi. Sonra dedi: -“Şirin dərisinin içinə girirsən, Sultan qəfəsin yanına gəldikdə, əllərini qaldırırsan, səs-küy sal və nərə çək ki, bizim abrımız qorunsun!” Kişi də qəbul etdi. Qacarın adamı gəldi. Şirin qəfəsinin yanında dayanıb dedi: -“Əcəb xoş görünüşlü şirdir. Bu pələngin qəfəsinin qapısını aç və pələngi şirin qəfəsinə sal. Onlar bir birilə qapışsınlar, mən də onlara tamaşa edim. Zooparkın müdiri də pələngin qəfəsinin qapısını açdı və onu şirin qəfəsinə atdı. Çarəsiz şirin rəngi qaçdı və öz-özünə dedi: -“Məhv oldum! Yüz tümənə görə canımı da itirdim!” Pələng qabağa gəlib dedi: -“Dostum, ancaq qorxma. Biz də pələng dərisindəyik!!”

Bu dünyada hər birimiz bir dəridəyik. Mən ruhanilik dərisində, biri nazirlik dərisində, başqa birisi prezidentlik dərisində və başqası da tələbəlik dərisində. Quranın buyuruğuna əsasən, qiyamət elə bir gündür ki, bu dərilər bütünlüklə töküləcək: “يَوْمَ تُبْلَى السَّرائِر” (“Tariq” surəsi, 9-cu ayə) (Bütün sirlərin aşkar olacağı o qiyamət günü.) Bütün pərdələr götürüləcək və hamı öz dərisindən çıxacaq.

“Nur əs-səqəleyn” təfsirində mübarək “يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْواجاً” (“Nəbə” surəsi, 18-ci ayə) (Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz.) ayəsinin təfsiri olaraq Peyğəmbərdən (s) belə bir hədis nəql edilir: -“Qiyamət günü mənim ümmətimdən on dəstə müxtəlif simalarda məhşərə gələcəklər: Bəziləri meymun simasında, bəziləri donuz simasında, bəziləri başları aşağıda ayaqları isə yuxarıda olan halda, bəziləri dillərini çeynəyən halda gələcəklər və onların ağzının pis qoxusundan məhşər əhli əzab çəkəcəklər”... Başqa hallar da var ki, onların ətraflı müzakirəyə ehtiyacı var.

Əgər mən və sən təqvalı olduğumuzu bilmək istəyiriksə, baxmalıyıq ki, əgər Allah bizi dərimizdən çıxarsa, həqiqətən də insan simasında olacayıq? Həzrət buyurdu: -“Donuz simasında məhşərə gələnlər o şəxslərdir ki, qazancları haramdandır. Haram yeyirlər və qazanclarında camaata zülm edirlər. Meymun simasında məhşərə gələnlər o şəxslərdir ki, camaat arasında fitnə yaradarlar: Söz gəzdirənlər, qeybətçilər, bir kəlmə sözlə qohumların arasını vuranlar”. Hər halda, insan özü öz əməlləri və batinindən daha çox xəbərdardır.

Özünü tanıyan ol!

İmam Kazim (ə) gözəl və diqqətə layiq bir hədisdə Hişama buyurur: “يَا هِشَامُ لَوْ كَانَ فِي يَدِكَ جَوْزَةٌ وَ قَالَ النَّاسُ لُؤْلُؤَةٌ مَا كَانَ يَنْفَعُكَ وَ أَنْتَ تَعْلَمُ أَنَّهَا جَوْزَةٌ” “Ey Hişam! Əgər sənin əlində bir qoz olsa, camaat isə “ləldir” desə, sənə bir faydası olmaz. Çünki, sən bilirsən ki, o qozdur”. Yəni, əgər dinin yoxdursa, təqvan yoxdursa, ixlasın və saleh əməlin yoxdursa, amma çöhrən gözəldirsə, qəşəng zahiri görünüşün varsa, camaat sənin təqvalı olduğunu düşünürsə, camaatın təfəkkürü sənin əlindəki qozu lələ çevirmir. Camaatın gümanı sənin üçün təqva yaratmır. Camaatın bəh-bəhləri, camaatın “Nə yaxşı oğlansan!”, “Nə yaxşı adamsan!” demələri səni oyuncağa çevirməsin.

Lakin, ey Hişam! “وَ لَوْ كانَ فِي يَدِكَ لُؤْلُؤَةٌ وَ قَالَ النَّاسُ إِنَّهَا جَوْزَةٌ مَا ضَرَّكَ وَ أَنْتَ تعْلمُ أَنَّهَا لؤْلؤَةٌ” (Əgər sənin əlində ləl olsa, amma camaat desə ki, sənin əlindəki qozdur, sənə heç bir zərər verməz. Çünki, sən bilirsən ki, sənin əlindəki ləldir.) Əgər sənin əlində ləl olsa, cəvahir olsa, zümrüd olsa, iman almazı ya Əhli-beyt (ə) vilayəti cövhəri olsa, amma camaat desə ki, sənin əlindəki qozdur və sənə məhəl qoymasalar, səni qəbul etməsələr, ayağına durmasalar, şəhərində heç bir sayğın olmasa, lakin özün bilirsənsə cəvahirin var; Sənə heç bir zərər verməz. Çünki, özün bilirsən ki, təqva ləli varındır.

 Biz camaatın çoxunun qozu da yoxdur. Qəlbimizi yersiz olaraq sevincli etmişik.

İmam Əlidən (ə) təqva haqqında soruşdular. İmam buyurdu: “هل سلکتَ طریقاً ذا شوکةٍ؟” Bu vaxta qədər tikanlı səhradan keçmisən? Sual soruşan şəxs dedi: -“Bəli”. Həzrət iki dəfə buyurdu: -“وَ ما صنَعتَ؟” (Bu tikan dolu yoldan keçəməyə məcbur olduğun zaman) –“Nə edirsən?” Dedi: -“Mən o qədər ehtiyatla gedirəm ki, heç bir balaca tikan mənim ayağıma batmasın!” Həzrət buyurdu: “کُن في دین اللهِ کذلک” “Allahın dinində də belə ol”. Kiçik bir tikandan qorxduğun kimi, kiçik bir günahdan da qorx”.

Demə ki; bu qeybətdən vaz keç, bu yalandan vaz keç, göz naməhrəmin üzünə sataşdısa, bir eybi yoxdur, indi möminin bir qeybətinin problemi yoxdur! Müttəqilərin məqamına çatmaq istəyirsənsə, kiçik bir tikandan qorxduğun kimi, kiçik bir günahdan da qorx.

Bir qeybətə görə üç gün xəstəlik!

Ayətullah Məzahiri İsfəhanda mənə belə nəql etdi: Bir tələbə İmam Xomeyninin (rə) hüzurunda alimlərdən birinin qeybətini etdi. İmam Xomeyni qüssədən üç gün xəstələndi və dərs deyə bilmədi. Üç gün dərsini tətil etdi ki, niyə görə bir alimin qeybəti mənim qulağıma dəydi? Dördüncü gün dərsə gələrkən gördük ki, İmam Xomeyninin (rə) nəfəsi yavaş-yavaş gedib gəlir və hələ də vəziyyəti yaxşı deyil.

O zaman, əgər müttəqilərin məqamına çatmaq istəyirsənsə, kiçik bir günahdan da qorx.

“Məfatih əl-cinan” kitabının müəllifi Şeyx Abbas Qumi ölüm zamanı çox ağladı. Soruşdular ki; -“Niyə ağlayırsan?” Buyurdu: -“Mən yetmiş ildən çox olan bu ömrümdə yalnız bir dəfə yalan danışmışam ki, o da mənim nəzərimə görə məsləhət üzündən olmuş yalandır. Ağlamağım buna görədir ki, Allah-taala məhşər səhrasında bu yalanı danışmaq üçün mənim səbəbimi qəbul etməsin. Qiyamətdə əməl naməmdə bir yalanla Allah və məsumlar (ə) qarşısında nə edəcəyəm? Nə cavab verəcəyəm?”

İndi biz nə cavab verək? Səhərdən indiyə qədər əlli dəfə yalan danışmışıq ki, vecimizə da deyil.

Təqva üç növdür: Ümumi, xüsusi və xüsusidən də xüsusi təqva. Camaatın yaxşı bildiyi biz camaat, biz dindarlar, biz yaxşılar təqva məktəbinin ibtidai sinifində də ləngiyirik.

Yeddi üzv; əzab darvazası

Ümumi təqva bədən üzvləri və orqanlarını Allaha günahdan qorumaqdır. Quran buyurur; Cəhənnəmin yeddi qapısı var: “لَها سَبْعَةُ أَبْواب” (“Hicr” surəsi, 44-cü ayə) (Onun yeddi qapısı var.) Bəzi təfsirçilər deyib ki, cəhənnəmin bu yeddi qapısı bədənimizin yeddi üzvüdür: Qulaq, göz, dil, əl, ayaq, qarın və ətək (yəni, cinsi hiss).

Bunlar cəhənnəmin yeddi qapısıdır. Bütün bunlar öz ixtiyarındadırlar. Əgər onları qorusan, cəhənnəmin qapısını öz üzünə bağlamısan. Amma, əgər onları azad buraxsan, cəhənnəmin qapılarını öz üzərinə açmış olarsan.

Yersiz təçrifatçılıq haramdır!

Bir gün Peyğəmbərin (s) yaxınlarından bir dəstəsi o həzrətin qonağı idi. Həzrət onları süd və xurmaya qonaq etdi. Həzrət qonaqlara buyurdu: -“Süd için, xurma yeyin!” Dedilər: -“Ey Allahın Rəsulu! Meylimiz yoxdur!” Həzrət buyurdu: -“ لَا تَجْمَعْنَ جُوعاً وَ كَذِباً” (Aclıq və yalanı bir yerə toplamayın). Soruşdular: -“Ey Allahın Rəsulu! Məyər mələklər bunları da yazırlar?” Həzrət buyurdu: -“Mələklər yazırlar. Hətta “kuzəybə”ni də”. “Kuzəybə” kiçik yalana deyilir.

Sizə çay təklif edilir. Boğazınız qurumuş, ürəyiniz yanan zaman, bir stəkan çaya görə əgər “meylim yoxdur, istəmirəm” desən, yalandır və yazacaqlar.

Mərhum Ayətullah Bafiqi (Allah onun şərafətli məqamını uca etsin) Nəcəf-əşrəf şəhərinə gəldikdə, mübarək İmam Zaman (əc) beytül-malından istifadə etmək istəmədiyi üçün, bir dükan icarə etdi. Orada qatıq və kömür satırdı. İmam Xomeyni (rə) deyir ki, Ayətullah Bafiqi bir müddət alver etdi. Amma, zərər etdiyi üçün dükanı bağladı. Zərər etməsinin səbəbi də bu idi ki, müştəri gəldikdə deyirdi: -“Bu qatıq bu gün gəlib və şirindir. Amma, o biri dünən gəlib və turşdur!” Buna görə də, təzə qatıqlar satılırdı, köhnə qatıqlar isə qalırdı. Bilmirdi nə etsin. Sonda da, dükanı bağlamağa məcbur oldu. Qazancında da bu qədər sədaqətli idi.

Əziz cavanlara ərz edirəm ki, İmam Səccad (ə) oğluna buyurur: -“Beş dəstə ilə dost olma! Onlardan birincisi yalançılardır. Yalançı ilğım kimidir. Uzağı sənə yaxın, yaxını isə uzaq göstərər”...

Heyvana da yalan danışmayın!

Şeyx Səduq (rə) bir gün bir küçədən keçirdi. Dostlarından birini keçinin ağzına bir qədər ot tutub arxasıyca apardığını görür. (Görmüsünüz ki, bir hüyvanı harasa aparmaq istədikdə, bir qədər otu onun ağzına yaxınlaşdırıb aparırlar.) O an Şeyx Səduq (rə) dostuna deyir: -“Mən bundan sonra səninlə dostluq etməyəcəm. Sən bundan sonra mənim dostum deyilsən”. Dostu soruşdu: -“Ağa, niyə?” Şeyx buyurdu: -“Heyvana yalan danışan insan etimad olunası və dostluğa layıq biri deyil. Sən indi bu heyvana yalan danışırsan. Deyirsən ki; -“Gəl sənə ot verim!” Amma vermirsən”.

Bir gün bir nəfər mərhum Ayətullah Mirzə Cavad Ağa Məliki Təbrizinin (rə) yanında qeybət edir. Mirzə hirsli halda qalxır və buyurur: -“Eşitmək istəmədiyim, lakin qulağımın eşitdiyi qeybətə görə, məni qırx gün zəhmətə saldın. Gərək qırx gün şəri “riyazət” (nəfsi paklama, müxtəlif ibadətlər etmək) çəkim ki, eşitməyi qəlbən istəmədiyim qeybətin pis təsirləri mənim nəfsimdən paklansın.

İmam Əli (ə) buyurur: -“Əgər müttəqilərin məqamına çatmaq istəyirsənsə, kiçik tikanlardan qorxduğun kimi, kiçik günahlardan da qorx!”

Sərçə sahibsiz deyil!

Günahın “vəzi” (qeyri-şəri, təbii, müəyyən) təsiri var. İlahi övliyalardan biri buyurdu ki; Bir zaman mənəvi hallarım əlimdən alındı. Göz yaşlarım əlimdən alındı. Ürəyi yananlığım məndən alındı. Yaxşı əhval-ruhiyyəm var idi. Hamısı məndən alındı. Gecə namazına qalxa bilmir, namazda halsız olurdum və göz yaşım qurumuşdu. Nə olduğu barədə düşündüm. Mənim problemim haradandır? Çünki, böyük şəxsiyyətlər giriftar olduqda, öz problemlərini axtarardılar ki, onu tapıb həll etsinlər. O buyurdu: -Gecə, röya aləmində qeybi bir nida mənə belə ilham etdi: “شَکـَت عنکَ عُصفورةٌ ..” Bir sərçə səndən şikayət etdi, biz də sənin halını aldıq, göz yaşlarını qurutduq. Yuxudan ayıldım və bildim ki, sadiq röyadır.Yadıma düşdü ki, otağın pəncərəsi açıq idi. Birdən bir sərçə otağa daxil oldu. Mən qalxıb pəncərəni bağladım, sərçəni tutdum və onunla oynamağa başladım. Onu bir qədər tumarladım. Sonra isə azad etdim. Bu sərçə məndən Allaha şikayət edib ki, Sənin saleh bəndən mənə əziyyət verib. Bu sərçənin inciməsinə görə, saleh bəndənin göz yaşı quruyur və gecə namazı feyzindən məhrum olur. Səhəri gün səhraya getdim. Ürəyim də sıxılırdı ki, nə olacaq? O an Allah mənim üçün bir səhnə icad etdi. Bir ilanı gördüm ki, bir sərçəni tutdu. Gecəki yuxu yadıma düşdü. Əsa ilə ilanı qatdım. İlan ağzını açdı və sərçə uçub qurtuldu. Gecə yuxuda mənə buyurdular: “شَکـَرَت عنک عُصفورةٌ ..” “Bir sərçə Allaha səndən təşəkkür edib. Biz də, mənəvi halını və göz yaşını sənə qaytardıq”.

Bir sərçəni incitsən hesabı var. Sən bu qılınc kimi dilinlə necə qeybətlər etmisən? Necə ürəkləri yandırmısan! Yoldaşına acı sözlər deməklə necə qəlb dağlamısan! Camaata atdığın töhmətlərlə necə narahatlıqlar icad etmisən! Bunların “vəzi” təsiri var. Buna görə, daima öz dövrəmizə dolanırıq və deyirik ki; niyə inkişaf etmirik? Necə olub ki, illərlə mənəvi baxımdan yerimizdə dayanmışıq?

Mirzə Şirazinin şagirdi İrana gələn zaman, şimal tərəfə səfəri zamanı bir dəyirmana girdi. Gördü ki, bir heyvanın gözlərini bağlayıblar və heyvan dəyirmanın başına dolanır.

Mirzənin şagirdi dedi: -“Niyə heyvanın gözünü bağlamısan?” Cavab verildi: -“Bilmirsənmi?” Mirzənin şagirdi dedi: -“Yox!” Cavab verdi: -“Onun gözünü bağlayan zaman, heyvan elə bilir ki, yol gedir və buna görə hərəkət edir. Əgər onun gözü açıq olsa, mənim üçün işləməz”. Mirzənin şagirdi bu sözü eşitdikdə ağladı. Dəyirmançı dedi: -“Ağa, mən pis söz dedim ki, ağlayırsan?” Dedi: -“Öz bədbəxtliyimə ağlayıram. Bu heyvan öz ətrafında gözü bağlı fırlanır. Mən bədbəxt isə, əlli ildir ki, açıq gözlə öz ətrafımda fırlanıram və bir addım da irəli getməmişəm”.

Bizim tutacağımız hanı?

Kim bu dünyada bizim əlimizdən tutub bataqlıqdan çıxarmaq istəyir? Buyurdular: “نحنُ وسيلة الله” “Biz on dörd məsum (ə) Allaha vasitəçiyik!” Bizlərdən hansının ətəyindən yapışsanız, sizi məqsədə çatdıracayıq. “کُلـُّنا سفينة النجاةِ ولکن سفينة الحسين أسرعُ” “Biz hamımız nicat gəmisiyik. Lakin, İmam Hüseynin (ə) nicat gəmisi daha sürətlidir!” Sizi məqsədə daha tez çatdırar.

Qədim və müasir mərcəi-təqlidlərdən bir neçə fətva ərz edirəm ki, siz azərbaycanlılar bu nemətin qədrini daha yaxşı biləsiniz. Bütün elmi şəxsiyyətlər və dahilər tarix boyu bu cümləni demişlər: -“Sizi dünyada Allaha yaxınlaşdıran ən üstün müstəhəb əməl, İmam Hüseynin (ə) məzlumluğuna ağlamaqdır. Bundan üstün müstəhəb yoxdur”. Sədəqə vermək müstəhəbdir. Xeyir iş görmək müstəhəbdir. Nafilə namazlar müstəhəbdir. Lakin, heç bir müstəhəb əməl İmam Hüseynə (ə) ağlamağa çatmaz.

Mərhum Ayətullah Davi Yəzdi (rə) belə buyurdu: -İsfahanda, “Sədr” elmi mədrəsəsində Şeyx Məhəmməd adlı bir şəxs var idi ki, rövzə məclislərində iştirak etmirdi. Bir gün ona dedim: -Siz nə üçün rövzəyə gəlmirsiniz? Dedi: -Bəzən rövzədə yalan rövzə deyirlər. Vəzifəm budur ki, pisdən çəkindirim və deyim; -“Müstəhəb ağlatmaq üçün yalan danışmayın, camaatı harama batırmayın”. Etiraz etdiyim zaman isə, məclis sahibinin acığına gəlir. Buna görə, məcbur oluram ki, evdə oturum və rövzəyə gəlməyim, amma özüm evimdə və otağımda rövzə deyim. Dedim: -Olar ki, mən də sizin rövzənizə gəlim? Dedi: -İstixarə edərəm və sizə deyərəm. Əgər yaxşı gəlsə, gələrsiniz. Bir gün istixarə etdi və dedi: -Sabah sübh, sübh azanına iyirmi dəqiqə qalmış otağa gəl. Otağın qapısı açıqdır. Salam verməmiş oturarsan, rövzə qurtarandan sonra durub gedərsən. Qapını da örtərsən. Səhəri gün sübh getdim. Gördüm otağın qapısı açıqdır. İçəri girib oturdum. Ağa rövzə oxumağa başladı. Rövzəsi çox sadə idi. Bu formada bir neçə kəlam dedi: -“Allahın salavatı olsun sənə ey Məzlum! Ya Əba-əbdillah! Ağa, sizi qonaqlığa dəvət etdilər, amma sizə su da vermədilər. Sizin Əkbərinizi öldürdülər. Sizin Əsğərinizi öldürdülər. Sizin Abbasın əllərini kəsdilər”. Deyirdi və ağlayırdı. Birdən otağın axırından bir xanımın nalə və şivən səsini eşitdim. Əlimi cibimə saldım və kibrit çıxardım ki, yandırım və ağlayan şəxsi görüm. Amma, özümü saxladım və kibriti yandırmadım. Ağa iki-üç dəfə o cümlələri dedi və ağladı. Xanım da ağladı və rövzə bitdi. Mən qalxıb getdim. Səhər ağanı gördükdə dedim: -“Ağa, necə də səfalı rövzə idi. İcazə versiniz ki, yenə də iştirak edim?” Dedi: -“Yox”. İsrar etdim ki; -“Çox zövq aldım. Bir daha icazə verin, gəlib iştirak edim”. Cavab verdi: -“Artıq sənin gəlməyə haqqın yoxdur!” Dedim: -“Niyə?” Buyurdu: -“Çünki, sən istədin ki, kibriti yandırasan və anası Zəhranı (s.ə.) ağlama halında görəsən!”

Azərbaycan İranın ağlamaq mərkəzidir. Buna əsasən, biz də bu cazibəyə görə gəlirik. Gəlirik ki, sizin ağlamanızın, sizin zümzümənizin, sizin əhvalınızın bərəkətinə bizə də bir şey nəsib olsun. İnşa Allah.

Ey Allahın geniş rəhməti! Ey Əbu-əbdillah! Ey Allahın əzəm adı! Bu mənim sözüm deyil. Allah Rəsulu (s) buyurur: -“Mən Allah Rəsulu (s) qiyamət günü İmam Hüseynə (ə) ağlayan kişiləri qucağıma alıb cənnətə salacağam. Qızım Zəhra (s.ə.) isə, İmam Hüseynə (ə) ağlayan qadınları qucağına alıb cənnətə salacaq. Allahın salavatı olsun sənə ey Məzlum! Ya Əba-əbdillah!

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/12
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap