Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Böyük mühəddis, ilahiyatçı həkim, Mövla Möhsün Feyz Kaşani adı ilə tanınmış Məhəmməd ibn Murtəza

Namazda qəlbin hüzuru

Namazda qəlbin hüzurunun dəlilləri

Çoxlu ayə və hədislərdə ibadət üçün qəlbin hüzurunun şərt sayan dəlillər var. O cümlədən:

“Məni xatirlamaq üçün namaz qıl” (“Taha” surəsi,  ayə: 14)

Ayədə “namaz qıl” kəlməsi zahiri baxımdan onun vacib olmasını göstərir.

“Xatırlma”-nın ziddi unutmaqdır. Namaz boyu Allahı unudub diqqətsiz olan, Onu xatırlmaq üçün ibadət etmir. Allah taala buyurub:

“Qafillərdən olma” (“Əraf” surəsi, ayə: 205)

Ayədə qəflət nəhy olunur. Zahiri baxımdan onun haram olmasına dəlalət edir.

Başqa bir ayə:

“Nə dediyinizi bilənədək namaza yaxınlaşmayın.” (“Nisa” surəsi, ayə: 43) Ayədə sərxoşların namazdan nəhy olmasının səbəbi açıqlanıb. O mənanın öz hədəfində, vəsvəsələrdə, dünyəvi fikirlərində qərq olmuş bir qafil insana aid olması istisna deyil.

Başqa bir dəlil Peyğəmbərin (s) kəlamıdır. Həzrət buyurub:

“Namaz, zəlilliyi və baş əyməyi üzə çıxarmaqdan başqa bir şey deyil.” (“Müsnədi-Əhməd”, c.4, səh. 167)

O həzrət digər rəvayətdə buyurub:

“Namaz insanı pis işlərdən, günahlardan uzaqlaşdırmırsa, onu Allahdan uzaqlaşdırır.”

Məlum olur ki, qafil şəxsin namazı onu günahlardan saxlamır. O həzrət buyurub: “Nə çox namaz qılanlar var ki, namazdan nəsibi əzab və zəhmətdən başqa bir şey deyil”.

Kəlamda məqsəd diqqətsiz halda namaz qılanlardır. Yenə də buyurub: “Bəndə üçün namazdan anladığı istisna olmaqla bir fayda yoxdur.”

Namaz və qəlbin hüzuru

Hədis və rəvayətlərdən aydın olur ki, bəndə namazı ilə Allaha raz-niyaz edir (dərdləşir). Diqqətsiz halda deyilən söz şübhəsiz ki, raz-niyaz deyil. Məsələn, zəkat qəflət halında əda olduğu təqdirdə də, ona qatlanmaq çətindir və nəfslə mübarizə saylırır. Oruc adamı gücdən salır və Allahla düşmənlik alətinə sayılan meyili aradan qaldırır. Onlar hüzuri-qəlb olmadan da yerinə yetiril bilər. Şəriətə görə onların qəflət halında yerinə yetiriməsinin səhih (qəbul) olması mümkünsüz deyil.

Allah zikri və Onunla danışmaqda məqsəd “xitab və münacat”dır. Orucluqda da insanın mədəsi (aclıqla), şəhvətdən çəkinmlə, Həccdə bədən çətinliklərlə, insanın sevdiyi maldan zəkat verməyə qatlamaqla sınanır. Bəziləri yuxarıda sayılanları nəzərə alıb namazda hərf və səslərin düzgün tələffüzünü də onun üçün əsas məqsəd və sınaq sayıla bilər. Şübhəsiz ki, o yanlış düşüncədir.  Bihudə danışmaq aqğıllı insan üçün çox asandır. Ona görə ki, o sınaq sayılmır. Zikr, insanın düşüncə və danışğını təşkil edən hərflərdən ibarətdir. Onlar insanın daxilini ifadə edə biləcəyi zaman nitq və söz sayılır. İnsan məhz hüzuri-qəlbə sahib olduğu zaman söz onun daxlilini ifadə edə bilər.

“Bizi doğru yola yönəlt” deyənin ürəyi o sözün mənasından xəbərsizdirsə onun Allahdan hidayət isəyib-istəməməsini necə bilmək olar?!

Yalvarış və dua məqsədi olmadan, insanın adəti üzrə dilini tərpədib söz deməsi zəhmətsiz işdir.

Məsələn, hər hansı bir şəxsi tərifləyib ondan bir dilək diləyəcəyinə and içən şəxs, söz verdiyini yuxuda yerinə yetirsə andını yerinə yetirmiş sayılmır. Yaxud da qarınlıqda yerinə yetirsə, təbii ki,  diqqətli və qəlbən müraciət edə bilməyəcək. Sözünü deyərkən nəzərdə tutduğu şəxs onu görmədiyi üçün yenə də andını yerinə yetirməyib. İşıqlı bir gündə, o şəxsin hüzurunda olub lakin öz xəyallarına qərq olduğundan sözünü deyərkən məqsədi xitab etmək deyilsə yenə də öz andına vəfa etmiş sayılmır.

Qiraət və zikrdə də hədəf Allah həmd səna etmək, Onun dərgahına dua edib yalvarmaqdır. Yalnız o surətə Ona xitab etmək olar. Qəlbi qəflət hicabında olanın nə gözü görür, nə qəlbi ilə müşahidə edir. Beləsi ümumiyyətlə xitab etdiyi şəxsdən xəbərsizdir. O, təkcə adəti üzrə dilini tərpədir. Bu isə şarenin məqsədindən külli olaraq uzaqdır.

Allah taala namazı ürəkləri zəncirdən qurtarmaq, Onun xatirini yeniləmək, iman kökünü möhkəmlətmək üçün qərar verib.

Yuxarıda izah olunanlar qiraət və zikrə aid idi. Onun hərəkətlərə deyil təkcə düşüncəyə aid olması mümükünsüz deyil. Bununla da hər hansı işin dil ilə deyilib düşüncəli şəkildə yerinə yetirilməsini də inkar etmək olmaz.

Rüku və səcdədə məqsəd Allah taalaya təzim və onu böyük saymaqdır. Əgər özüdən xəbərsiz halda bir əməli yeirnə yetirmək təzim sayılarsa, şəxsin qarşısında qoyulmuş bir bütə xəbərsizcə təzim etməsi də mümkündür. Halbuki belə bir rüku və səcdə Allaha talaya təzim sayılmır. Bu təqdirdə namaz mənasız hərəkətlərdən başqa bir şey deyil. Elə isə o, çətin bir iş deyil ki, insan onunla sınansın. Belə bir ibadət növü dinin sütunu, küfrü islamdan ayıran xətt deyil və digər ibadətlərdən üstün sayıla bilməz. Allaha münacat etmək məqsədi istisna olmaqla namazın bu böyüklüydə əzəməti onun zahiri hərəkətlərinə görə olmasını güman etmirəm. Yalnız namazda məqsəd Allaha münacat olduğu təqdirdə o, oruc, zəkat, həcc, qurbanlıq, Allaha yaxınlaşamaq üçün verilən hər növ malın infaqından üstün sayılır.

“(Qurbanlıqların) ət-qanından Allah bir şey çatmır. Ona çatan sizin təqvanızdır. (“Həcc”surəsi, ayə: 37)

Ürəyi Allahın əmrlərini yerinə yetirməyə vadar edən olan bəzi hallar Allahın istəyindən doğur. O mənanı nəzərə alsaq, namaz və onda riayət olunan ədəb və hərəkətləri namaz üçün şərt saymaq olar.

Qəlbin hüzuru namazın düzlüyu üçün şərtdirmi?

Belə bir sual oluna bilər: Hüzuri-qəlbi namazın doğrulu üçün şərt qoyub onsuz namazı batil saymaq,  fəqih icmasının fətvasına ziddir. Onların fətvasına əsasən “təkbürətül-ehram” istisna olmaqla hüzüri qəlb onun üçün şətr saymır.”

Cavab:

Fəqihlər camaatın mənəvi aləminə qarışmır. Onlar ürəkdə olanlara, onların axirət yolu üçün (ürəklərində seçdikləri) yollarına diqqət etmirlər. Məsələn, qətl hökmünün yerinə yetirilməsi, yaxur cəza hükmünün aradan qaldırılması üçün işin zahiri kifayət edir. Namazda qəlbin hüzuru axirət üçün faydalıdır. Bu üzdən o, fiqhin çərçivsəindən xaricdir. Qəzzali deyir: “Namazda qəlbin hüzurunun onun düzlüyü üçün şərt olmasını bilmək üçün, şəri dəlillərər müraciət edək. Ayə və hədislər onun şərti oluğunu göstərmirmi?

Şəri vəzifə elə bir həddə olmalıdır ki, onu yerinə yetirə bilsinlər. Namazda qəlbin hüzuruna sahib olmağı bütün camaat üçün vəzifə saymaq mümkün deyil. Camaat az qismi istisna olmaqla ona yiyələnə bilmir. Ona görə bir an da olsa, hüzuri-qəlb (“təkbirətül-ehram”da) həyata keçdiyi üçün onu namaz üçün şərti hesab etmək olar. Namaz üçün ən ləyaqətli an “təkbürətül-ehram” sayılır. Vəzifənin yerinə yetirilməsi üçün o miqdarla kifayətlənərik. Bütün bunlarla yanaşı ümid edirik ki, qəflət halında və diqqətsiz namazqılan onu tərk edən kimi deyil. Çünki zahirdə onu yertinə yetirmək üçün bir addım atmış, bir an da olsa belə qəlbən ona hazır olmuşdur. Lakin yerinə yetirdiyi əməlin qüsur və üzrü nəzərə alınmaqla savab əldə edir.

Hər vaxt (bir şəxin mənəviyyatında) qorxu və ümid bir araya gəlməsi mümkün olmadıqda və ya o səbəbdən çətin və çıxılmaz vəziyyət irəli gələrsə, o zaman ehtiyatla davranıb yüngül yolu seçmək olar. Fəqihlər qəflət halında namazın düzlüyü barədə fətva verib və onun əleyhinə çıxmaq olmaz. Öncə izah olunduğu kimi, o, fətvanın zərurətidir. Amma namazın sirlərini dərk edən bilir ki, qəflət onunla ziddiyyət təşkil edir. Biz “Qəvaidül-əqaid” kitabının “zahiri və batini elmin fərqi” bölməsində demişik ki, camaatın həqiqətləri dərk edə bilməməsi o maneənin yaradan səbəblərdəndir. Camaata, şəriət sirləri nə qədər açılanıbsa o miqdarda deyilməlidir. O miqdarla kifayətlənmliyik . Axirəti istəyənlər üçün o miqdar kifayətdir. Sözün qısası budur ki, qəlbin hüzuru namazın ruhu kimidir və ən azı “təkbürətül-ehram”da vacib olan miqdarda olmalıdır. Ondan az olduqda azğınlığa səbəb olacaq. Qəlbin hüzuru çoxaldıqca o ruh, namazın digər hissələrini də əhatə edicək.

Hərəkətsiz diri ölüyə bənzəyir və beləsinin sayı çoxdur. Əvvəldən sonadək namazını qəflətdə qılan şəxs də hərəkətsiz bir diridir.

Namazın batini mənası

Namazın baitini mənası müxtəlif şəkildə izah olunub. Lakin onların altı qimsə bölündüyü qənaətinə gəlmək olar:

1.Hüzuri-qəlb.

2. (Namazın sözlərin mənasını) anlamaq.

3.Təzim.

4. Heybət.

5. Ümid.

6. Həya.

1. Hüzuri-qəlb. İnsan təkcə namazda yeirnə yetirdiyi hərəkətlərə və nə dediyinə qəlbən diqqət etməli, namazdan başqa hər bir düşüncəni tərk etməlidir. Namazılanın dili də, zikrdən başqa hər bir sözü tərk etməli. Düşüncə isə (onların zahiri icrasını deyil) lazım olanı düşünməldir. Belə ki, qəlbin diqqəti namazdan başqa hər bir məsələdən yayınaraq, dil ilə tələffüz olunanın mənasını dərk edib möhkəm şəklildə onun mənasına bağlanırsa “qəlbin hüzuru” hasil olur.

Bil ki, qəlbin hüzuru iradə və səy tələb edir. Ürək həmişə sənin əzminə və gəldiyin qərara tabedir. Ürək, istəmədiyin məqamda olmaz. Sənin diqqətini bir məsələ özünə cəlb etsə, istər-istəməz  ürəyin o məsələyə yönələcək. Çünki ürək dəyişkən şəkilli yaradılıb. Namazda qəlbin hüzruru təsadüfi deyil. Namazqılan, dünya işlərindən biri kimi namazı da (düzgün yerinə yetirməyi) qərara aldığı üçün onun qəlbi də orada hazırdır. Bu üzdən qəlbin hüzurunun hasıl olması üçün namazqılanın bütün səy və iradəsini ona yönəltməsindən başqa çarə yoxdur. İnsan diqqətini namaza yönəldikdə zaman bilsin ki, onun arzu etdiyi hədəfə çatması o vasitə ilə mümkündür. Çünki nəzərdə olan hədəf imandan və onun təsdiqindən ibarətdir. Axirət dünya ilə müqayisədə daha yaxşı və daimidir. Namaz ona çatmaq üçün vasitədir. İnsan dünyəvi istəklərin alçaqlığını dərk etdikdə onun üçün bir daha o həqiqət təsdiqlənəcək.  O məlumatlar üst-üstə gəldikdə namazda qəlbin hüzuru hasil olacaq.

İnsan yüksək rütbəli şəxsin hüzuruna daxil olanda ona qəlbən hazır olur. Halbuki o, zərəri dəf etmək və fayda verməyə qadir deyil. Belə olduğu təqdirdə hər növ fayda və zərərin  Ona bağlı olduğu, aləmlərin Sahibi - şahlar şahı ilə raz-niyaza qəlbən hazır olmamalıdır? Yəqin bik ki, onun yeganə səbəbi imanın zəifliyidir. Beləsi  yubanmadan imanını gücləndirmək üçün çalışmalıdır. Bunun üsulu öz yerində açqılanıb.

2. “Anlamaq” odur ki, ürək deyilən sözlərin mənasını dərk etsin. O, hüzuri-qəlbdən başqa bir məsələdir. Çoxları sözü qəlbən desə də onun mənasını bilmir. “Anlayış” da məqsəd, deyilən kəlmələrin mənasının dərk etməsidir. İnsanların anlayışı fərqlidir. Quran və zikirlərin mənası müxtəlif dərəcələrdə anlayırlar.

İnsanın namaz əsnasında öncə xəyalından keçməyən çox incə mənaları anlaması mümkündür. Məhz onları dərk etməsi sayəsində pis əməllərdən  uzaqlaşdırır.

Mənaların dərki, zehni o mənalara ardıcılıq olaraq cəlb etməklə hasil olur. O da, hüzruri-qəlb, zehnin namazın mənasının cəlb edilməsi və xəyalı özünə çəkən düşüncələri uzaqlaşdırmaq səyinə əlavə olur. Əlbəttə, xəyalları dəf etmək onların kökünü kəsmədən müyəssər olmur. Diqqət etmək lazımdır ki, xəyallar kökü kəsilmədikcə düşüncəni yayındırcaq.

Hər kəs sevdiyini çox xatırlayır. İxiyrarsız olaraq ürək də ona cəlb olur. Ona görə də Allahdan başqasını sevən namazda xəyallardan qurtula bilməz.

3.Təzim də qəlbin hüzuru və namazın (sözlərini) anlmaqdadan fərqlidir. İnsan birinə qəlbən xitab edib dediyi sözlərinin mənasını anlamaqla yanaşı, onu böyük saymayıb təzim etməməsi mümkündür. Xitab olunanı böyük saymaq o ikisinə əlavə olmalıdır. Təzim, iki prinsipdən irəli gələn qəlbə xas bir haldır:

1). Təzim Allah taalanın cəlal və əzəmətini tanımaqla gerçəkləşir. Öz növbəsində o da imandan doğur. Çünki Allahın  əzəmətinə etiqad bəsləməyən Ona təzim etməz, onu böyük saymaz.

2). Təzimi dorğuran digər səbəb, insanın öz nəfsini həqir və alçaq saymaq mərifətidir. İnsan özünün (qəzəbə uğuramış)  düşkün, uduzmuş və qul olduğunu bilməldir. Bu iki məsələni dərk etdikdən sonra Allahın müqabilində əyilir, Ona yalavarıb itaət edir. Bəndə Allah taalnın cəlalın tanımaqla yanaşı özünü həqir saymasa, “təzim” və “itaət” hasil olmayacaq. Özünü ehtiyacsız görüb nəfsinə əmin olan şəxs başqasının əzəmətini tanımaması mümkünsüzdür. Beləsi Onun müqabilində təzim etməz. Bəndənin özünü həqir sayıb zatən Allaha ehtiyaclı olduğunu bilməsi o mərifətin (təzimin) yarısnı təşkil edir.

4. Heybət, bəndənin xitab etdiyi şəxsi böyük saymaq nəticəsində yaranan qorxu hissidir. Çünki Qorxusuz  “heybət” də olmaz. Əlbəttə .. camaatın pis xasiyyətlərindən, pis adamdan baş verəcək pisliklərindən qorxmaq heybət sayılımır. Yüksək rütbəli şəxsdən qorxmağa heybət deyilir.Heybətin mənşəyi Onun cəlalının əzəmətidir. Bəndə, Allah taalanın qüdrətini, Onun istəyinin keçərli olmasın nəzərdə saxlayıb qorxur, öhdəsinə düşən vəzifəni yerinə yetirməkdə səhlənkarlığa yol vermir.

Namaz qılan bilmədir ki, Allah taala bütün yaranmışları məhv etsə, onun şahlığına bir zərrə belə xələl gəlməz. Ona əlavə olaraq bəndə düşünməlidir ki, Allahın peyğəmbərləri və övliyaları müxtəlif müsibət və bəlalara düçar olublarş Halbuki onları dəf etməyə qadir olublar. (Qeyd etmək lazımdır ki, bəlanı dəf etməyə qadir olduğu halda ona dözmək məziyyəti yer üzündə olan rəhbər və  yüksək rütbəli şəxslərin təfəkkürünə ziddir.) Allah taala haqqında hər nə qədər insanın məlumatı çoxalsa, qorxusuna da bir o qədər əlavə olacaq. (Qorxunun yaranma səbəbləri digər yazıda açıqlanıb.)

5. Ümid.

Camaatın qorxuduğu yüksək rürtbəli şəxslərdən qorxması halın çox rast gəlmək olar. Lakin heç də onlardan bir xeyirin gəlməsinə ümid etmirlər. Bəndə, Allah taalanın hüzurunda namaz qıldıqda günahının cəzasından qorxmaqla yanaşı yerinə yetirdiyi ibadət görə mükafat alacağına da ümid etməlidir. Ümidin yaranma səbəbi Haqq taalaya xas olan lütf və kərəmə, ümimi nemətlərə, Onun namazqılanara verdiyi cənnət vədəsində sədaqətli olmasına etiqad bəsləməkdir. Verdiyi vədələrə sədaqət Onun lütfüdür. Yuxarıda sayılanlar düşüncədə toplandıqda ümid yaranır.

6. Həya. O günah və təqsirdən doğan hisslərdən yaranır. insanın etiyi Təqsir və günahlar təsəvvür olmadıqca təzim, qorxu, ümid, həya olmadan təsəvvür olunmur. Həyanın yaranma səbəbi ibadətdə səhlənkarlıq, Haqq taalanın haqqının əda etməkdə özünü aciz bilməsidir. İki xislət bu xisləti qüvvətləndirir. 1. Nəsfin eybləri, bəlalar, ixlasın azlığı, batinin  xəbisliyi, onun dünyada öz mənafeini güdməsi onun keçəri ləzzətlərinə olan meyli. 2. Allah taalnın əzəməti iqtiza edir ki, o, qəlbdəki sirləri, ondan keçən hər nə qədər incə olsa xəyallar Ona gizli deyil. Əgər bu mərifət yəqin halında birində hasil olsa, çarəsiz onda bir hal yaranır ki, ona həya deyilir. Bunlar o sifəti yaradan səbəblərdir. Mütləq istədiyimizi əldə edə bilərik. Gərək onun vasitələrini hazırlayaq. Səbəbləri tanımaq çarəni tanımaqdır. Amma bu səbəblərin əsası o məarifə iman və yəqindir ki, dedik. Yəqinin mənasını digər yerdə açıqlaşmışıq. Qəlbdən şəkki silib aparmaq və bu mərifətin qəlbə istilasıdır. Yəqin miqdarında qəlb itaət edir. Bu üzdən aiçə deyib: Peyğəmbər (s) bizimlə danışar və biz də onunla danışardıq. Namaz vaxtı çatanda sanki o bizi tanımır və biz də onu tanımırdıq. Rəvayət olur ki, Musaya (ə) vəhy etdi ki, ey Musa! Məni xatırlayarkən bədəninə düşsün, Məni yad edərkən başaşağı və dilinin qəlbindəkini söylədiyinə yəqin et. Mənim hüzurumda durduğun zaman bir zəlil bəndə kimi dur. Doğru dil və qorxan qəlblə mənimlə raz-niyaz et.

Nəql olunub ki, Allah taala həzrət Musaya (ə) buyurub: “Öz ümmətindən günahkarlara de ki, Məni xatırlamasınlar. Çünki günahakarlar Məni xatırlayan zaman onları lənətlə xatırlayacağıma and içmişəm.”

Daha əhəmiyyətlisi odur ki, o rəvayət kafirlərə deyil günahkarlar aiddir. Qəflət günahla birlikdə olarsa bəndənin vəziyyət necə olacaq?!

Yuxarıda deyiləni əsas tutub camaatın qəlbinin növlərini müxtəlif qismlərə bölmək olar:

Onlardan bir qismi bir an belə hüzuri qəlbə sahib olmadan namazı başa vuranlar.

Digər bir qismə aid olanlar namazı başdan ayağa qəlbən qılır. Beləsi ibadətə elə qərq olur ki, onlar üçün baş vermiş hadisəni belə hiss etmirlər. Bu barədə hekayətlər çoxdur. Onlardan bir nümunəni xatırladıram:

Bir məscid yıxıldı. Camaat tamaşa üçün onun ətrafına toplanmışdı. Amma məsciddə namaz qılanlardan bəziləri onu hiss etməmişdi.

Yaxud da bəziləri də uzun müddət camaat namazında iştirak edir, lakin heç vaxt sağ-soluda namaz qılanları tanımırdı.

Namazda Həzrət İbrahibin (ə) qəlbinin döyüntüsü eşidilirdi. Həmçinin dünyada namaza görə rəngi saralan və bədəni titrəyən şəxslər olub. Onların heç biri mümkünsüz sayılmır. Ona görə ki, camaat rəhbər yaxud yüksək rütbəli şəxllərlə görüşdükdə o halların daha artıq dərəcəsini müşahidə etmək olar. Belə ki, böyük bir şəxs, bir şahın otağına daxil olub onunla görüşür. Onun ətrafında kimilərin olduğunu və görüşdüyü şahın paltarlarının rəngini soruşsalar o, cavab verə bilməyəcək. Çünki bütün diqqətini şaha yönəltdiyi üçün onun paltarının rəngini və ətrafdakıları görməyib.

“Hər şəxs üçün etidiklərinə görə dərəcə var” (“Ənam” surəsi, ayə:132)

Hər kəs daşıdığı qorxu, itaət və tə`zim miqdarında namazdan faydalanır. Çünki Allah taala zahiri hərəkətlərə deyil ürəklərə nəzər edir.

Səhabələrdən biri deyir: “Qiyamət günü hər kəs hansı halda namaz qılıbsa (qəlbin diqqəti və münacatdan aldığı ləzzəti nəzərə alınmaqla) o halda da məhşur olacaq. Qiyamat günü insan fiziki cəhətdən dünyada yaşadığı şəkildə dirilsə də onun özü deyil, qəlbi etibar daşıyacaq. Axirətdə hər kəs ürəyinin daşdıdığı surətdə görüncək. Allah dərgahında təkcə sağlam qəlbə sahib olanlar qurtuluşa çatacaq.”

Möminin imanı yəqin həddinə çatsa da Allaha təzim etmək, Onun müqabilində əyilmək, Ondan qorxub, Ona ümid etmək, günahlarından utanmaqdan başqa çıxış yolu yoxdur.

İnsan belə bir hala namazda sahib ola bilmirsə onun səbəbi Yaradana qəlbən münacat edtməyə hazır olmaması, fikirlərini dağınıqlığından başqa bir şey deyil. İnsanı qafil edən ürəyində bağlandığı dəyərsiz xəyallardır. Ondan xilas olmağın yeganə çarəsi o xəyalları yaradan amillərin kökünü kəsməkdir. Ona görə də onu yaradan səbəbləri tanımaq lazımdır. O amillər iki haldan kənar deyil: İnsanın özünə aid olmayan (onun mənəviyyatının xaricində olan amillər) və ya (mənəvi aləmində aid olan) özündən asılı amillər.

Qəlbin hüzurunun xarici amilləri

Xəyalları törədən səbəblər, xarici - ətraf amillərdən yaranırsa o, qulaq və ya göz vasitəsilə olur. İnsanın gördükləri onun düşüncəsini özünə cəlb edir. O zaman düşüncə onun arxasınca düşür. Nəhayət ixtiyarının cilovunu əlindən buraxır. Sonra fikir başqa bir fikirlə əvəz olur, silsiləvi hala keçir. Görmək düşünməyə, bəzi düşüncələr başqa düşüncələrin yaranamasına səbəb olur. Ələbəttə iman dərəcəsi yüksək möhkəm iradəli şəxsin hisslərinə hər hansı bir şey təsir göstərib onun iradəsini əlindən ala bilməz. Lakin iradəsi zəif olanın düşüncəsi görmək və eşitmək vasitəsilə dağlılır. Beləsinin çarəsi odur ki, deyilən səbəbləri aradan qaldırsın. Belə ki, namazda gözlərini yerə diksin. Qaranlıq yerdə namaz qılsın. Onun diqqətini özünə çəkə biləcək hər hansı şeyi önündən götürsün. Görüntüləri məhdudlaşdırmaq üçün divara yaxın məsafədə namaz qılsın. Yollarda, rəng və naxışa bürünmüş, rəngarəng xalçalarla bəzədilmiş yerlərdə namaz qılmaqdan çəkinsin. Ona görə də bəzi ibadət edənlər fikir və xəyalı toplamaq üçün kiçik, qaranlıq və təkcə səcdə üçün kifayət edəcək həcmi olan otaqda namaz qılırlar.  Qüvvətli nəfsdən yararlanan şəxslər məscidlərdə hazır olur. Gözlərini səcdə yerinə dikir və digər yerə yönəltmir. Beləsi üçün kamil namaz odur ki, camaat namazı qılarkən ətrafındakıları tanımasın.

Şədid Sani deyir: Namazqılan təkcə vəzifəsini yerinə yetirə biləcək miqdar istisna olmaqla gözlərini bağlamaldır. O da, səcdə yerinə və şəriətdə deyilən digər məslələri yerinə yetirmək üçün baxmaqdan ibarətdir. Əgər gözləri açıq olduğu təqdirdə səcdə yerinə baxanda xəyalı digər yerə yönəlirsə, gözləri bağlamaq ondan daha yaxşıdır. Çünki namazın bir müstəhəb əməlini tərk etmək, xəyal və düşüncənin dağılmasından daha mühüm deyil.”

Gözü yerə dikmək, bədən üzvlərinin itaəti hesab olduğundan müstəhəb əməldir. Yəni bu müstəhəb əməli yerinə yetirməklə namaz qılanın gözlərini bağlamağa ehtiyacı qalmır. Səcdə yerinə baxmaq sünnətdir və onu tərk etməyə ehtiyac yoxdur. Lakin səcdə yerinə və qədəmlərin arasına baxmaq namazqılanın fikrini dağıdıb digər səmtə yönəldirsə, Şəhid  öz  sözündə haqlıdır.

Xəyalları yaradan daxili amilləri

Qəzali deyir:

Əgər ürəyin xəyalları daxili məsələlələrdən qaynaqlanırsa, onun “dərman” etmək daha çətindir. Çünki  fikirləri dünya məsələlərində pərakəndə olan düşüncəsini bir nöqtəyə yönəldə bilməz. Onun fikri həmişə bu tərəfdən o tərəfə, uçmaqdadır. Beləsinə gözləri bağlamaq da kifayət etmir. Çünki öncədən onun ürəyinə hakim kəsilmiş istəklər onun diqqətini özünə çəkir. Belə bir şəxsin çarəsi odur ki, öz nəfsini məcbur edib namazda oxunanların anlamına yönəltsin. Ürəyini namazdan başqa hər bir şeydən çəksin. Bu yolda ona kömək edə biləcək ən yaxşı şey odur ki, “təkbürətül-ehram”- dan öncə özünü namaza hazırlasın. Diqqətini axirətə yönəldib onu  xatırlasın. Haqq taalanın rizasını qazanmaq üçün yalvarıb öz məqamını bilsin. Onun dərgana üz tutub hüzurunda durmağın əhəmiyyətini dərk edib, ölümdən qorxuduğunu xəyalına gətirsin, “təkbir” deməzdən öncə ürəyini özünə çəkən məsələləri kənara qoysun, onun xəyalını özünə çəkəcək heç bir şey saxlamasın.

Peyğəmbər (s), Osman ibn Əbi Şibiyə buyurub: “Unutdum sənə deyəm ki, evdə olan qazanı örtəsən. Çünki evdə səni namazdan diqqətini yayındırıb özünə cəlb edə biləcək bir şey olmamalıdır. Bu, fikirləri sakitləşdirib toplamaq üçün bir yoldur. Lakin bu dərman ona təsir etməyib fikirləri toplamasa, o zaman onun xəstəliyin kökünündən qoparıb çıxaran bir dərmana ehtiyaclıdır. Belə ki, o insan fikirini özünə cəlb edənə - qəlbin hüzurunun manesəinə baxıb (onun nədən ibaət olduğunu öyrənsin). Şübhəsiz ki, bu məsələ hədəfə çatmaq üçün faydalı  olacaq. Onun əhəmiyyət verəcəyi hədəf nəfsani istəklərdir. Allahla tapınıb o istəkləri tərk etməklə özünü cəzalandırsın. Onu namazdan saxlayan hər bir şey, dininin düşmənidir. Dinin düşməni isə şeytandır. Aydın məsələdir ki, (onları tərk etməmək) belə bir vəziyyətdə fikiri namaza yönəltmək, onların kökünü kəsib qəlbdən çıxarmaqdan daha çətindir. Ondan xilas olmağın yolu onu özündən uzaq etməkdir. Rəvayət olunub ki, Peyğəmbər (s) Əbu Cəhimin onun üçün gətirdiyi naxışlı libası geyinib onunla namaz qıldı. Namazdan sonra onu çıxarıb buyurdu: “Bu paltarı Əbu Cəhimə aparın. (Qoy bu paltar heç vaxt) namazda mənim diqqətimi çəkməsin. Ondan mənim üçün naxışsız paltar alıb gətirin.”

Qəzali deyir: “Səhabələrdən biri ağacalar olan bostanda namaz qılırdı. Bu zaman bir quş bir ağacın qanad vurdu. Oradan xaric olub uçmaq üçün özünə yol axtarırdı. O, quşdan xoşlandı. Bir müddət baxışları ilə onu təqib etdi. Nəticədə neçə rükət namaz qılıdığını bilmədi. Öz əməlindən peşmanlıq əlaməti olaraq və itirdiyinin yerini doldurmaq üçün o bostanı sədəqə verdi.

Bəli, bu yolla fikri dağıdan amillərin kökü kəsilməli, namazın kəffarəsi ödənməlidir. Bu xəstəlyi kəskin şəkildə aradan qaldıran dərman odur və başqa çarəsi yoxdur. Əlbəttə, nəfslə yumşaq davranıb, (öncə izah etdiyimiz kimi) ürəyi zikrin anlamına yönəltmək, təkcə zəif istək, şəhvət və fikirlərə malik şəxs üçün faydalı ola bilər. İtaətsiz, üsyankar şəhvətlərin müqabilində ürəyi namaza yönəltməyə adət etdirmək və onunla yumşaq davranmaq, faydasızdır. Beləsi  həmişə çəkişmədə olacaq. Bu hal namazda üz versə, nəticədə bütün namazını davada - mübarizədə keçirmiş olacaq. Beləsi ağacın altında oturub fikirini cəmləşdirmək istəyən şəxs kimidir. ..O nə qədər çalışıb diqqətini toplamaq istəsə, ağacın yuxarısından eşidlən sərçə səsləri, onun fikrini dağıdır. O da əlindəki çubuqla onları qovub fikirni toplayır. Yenə də quşlar qayıdır və o da əlindəki çubaqla onları qovur. Onu bu əməli və quşların qayıtması dönə-dönə təkrar olur. Ona deyilər: Sənin sərçələrlə olan mübarizən “su çəkən dəvə”-nin məsələni bənzəyir. Onun sonu olamayacaq. Bu vəziyyətdən xilas olmaq istəyirsənsə ağacı kökündən kəs.

Şübhəsiz ki, “şəhvət ağacı” da o şəkildədir. Ucalıb budaqlandıqan sonra fikir və xəyallar sərçə kimi onun ətrafına daraşır. Onların qarşsını almaq uzun çəkəcək.Hər nə qədər onları uçursan yenə qayıdacaqlar. İnsanın qəlbində xəyal və şəhvətlər çoxdur. Çox az adam var ki, ürəyində onlar olmasın. Amma hamının kökü birdir: Dünyanı sevmək. O, bütün günahların mənşəyi, hər növ nöqsanın əsası bütün puçluqların sərçeşməsidir. Qəlbində dünya məhəbbət olan hər kəs istəklərini əldə edərkən axirət üçün azuqə götürməsə namazda münacatın ləzzətini dadacağına ümid etməsin. Dünya ilə sevinəni Allah və Onun münacatı sevindirməz. İnsan öz səyini sevdiyi və xoşlandığına sərf edir. Əgər insanın ürəyi dünya işlərininə görə sevinib, gözü onlarla aydılaşsa onun bütün səyi də ona yönələcək. Bütün bunlarla yanıaşı mübarizdən əl çəkmək olmaz. Ürəyi xəyallardan yayındırıb namaza yönəltməli, diqqəti yanyındıran səbəbləri daha da azaltmalıdır. O yeganə dərmanı budur. O dərman açı olduğu üçün çoxları ondan qaçır. Nəticədə xəstəlik köhnəlib çarəsiz həddə çatır. Çox böyük şəxlər ürəkdə dünya məhəbbətinə aid bir bağlılığa yol vermədən iki rükət saf niyyətlə namaz qılmağa çalışsalar da onun öhdsəndin gəlməyib. Belə olduğu təqdirdə bizim kimilərin vəziyyətinin necə olacağı aydındır! Kaş namazımız yarınısını yaxud üçdə birini vəsvəssiz qılıb, Quranda buyrulan ayə bizə da aid olaydı:

“Onlar yaxşı və pis əməli pis əməllə qarışdırıblar. Ola bilsin ki, Allah onalrın tövbəsini qəbul etsin.” (Tövbə surəsi, ayə 102).

Xülasə odur ki, dünya istəkləri, axirət istəkləri ilə bir araya sığmaz. O ikisin bir ürəkdə saxlamaq içi su dolu olan bir qədəhin məsəlinə bənzəyir. Qədəh su ilə dolu olduğu halda onun üzərinə sirkə tökülsə, sirkə miqdarında su daşıb yerə axacaq. Odur ki, heç bir vaxt dolu qədəhdə sirkə ilə su bir araya sığmaz.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap